AzTehsil.com


Xəbərlər / Ekspert
29 iyul 2022
1 139


Nadir İsrafilov : Əgər ictimai rəy sentyabrın 1-nə qayıtmaq istəyirsə, niyə görə hələ qalıb?




Son zamanlar istər mediada, istər cəmiyyətdə, istərsə də Milli Məclisdə ən çox müzakirə edilən mövzulardan biri yeni tədris ilinin 1 sentyabr tarixində başlayıb may ayının sonunda yekunlaşmasıdır. Bu barədə deputatlar, təhsil ekspertləri, vətəndaş cəmiyyətinin nümayəndələri təkliflər irəli sürüblər.


Lakin bütün bunlara baxmayaraq təhsil naziri Emin Əmrullayevin bu gün imzaladığı əmrə əsasən növbəti tədris ili sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.


Təhsil eksperti Nadir İsrafilov açıqlamasında bildirib ki, tədris ilinin 15 sentyabr tarixinə keçirilməsi dərsləri 2 həftə geri salır.


“Aydın məsələdir ki, may ayının əvvəlindən dərslərdə davamiyyət zəifləyir. Belə halda tədris ilinin iyuna qədər uzanması təhsili geri salır. Eyni zamanda absurd olan bir məsələ də var. Hansı ki, dərs ili başa çatmadan buraxılış və qəbul imtahanları keçirilir. Dövlət İmtahan Mərkəzinin əsasları var ki, imtahan keçirtsin. Amma elə şikayətlər də bundan ibarətdir ki, tədris ili başa çatmayıb, amma imtahanlar keçirilir və ya şagird buraxılış imtahanı verib və iyunun 14-nə qədər dərsə getməlidir. Niyə? Belə halda hansı şagirdi məcbur etmək olar ki, bu istidə dərsə gəlsin?


Bu müddət ərzində heç olmasa Təhsil Nazirliyi tərəfindən gərək bu məsələ təhlil olunardı. Ölkə başçısının sərəncamına əsasən, Milli Məclis tərəfindən “İctimai iştirakçılıq haqqında” qanun qəbul edildi. Burada təhsil prinsipləri, tərəflərin bu işlərə cəlb olunması, ictimai rəyin öyrənilməsi birmənalı şəkildə göstərilir. Əgər ictimai rəy sentyabrın 1-nə qayıtmaq istəyirsə, niyə görə hələ qalıb?”,- deyə ekspert bildirib.


Onun sözlərinə görə, qərar qəbul olunduğu gündən ictimaiyyətdə narazılıqla qarşılanıb:


“O vaxt hətta 5 min nəfərlik petisiya imzalandı ki, dərs ili 1 sentyabr-25 may arasında keçirilsin. Petisiyada qeyd edilirdi ki, əvvəllər dərslər 1 sentyabrda başlayırdı, sonradan bunu hansısa səbəblərdən 15 sentyabr tarixinə keçirdilər. Bu sənəd Nazirlər Kabinetinə göndərildi, amma çox təəssüf ki, qərarla bağlı dəyişiklik edilmədi.


Nə demək olar, bəlkə də belə hesab etmişik ki, 1 sentyabr da sovetdən qalma nümunədir”.


Ekspert bildirib ki, bu məsələ Təhsil Nazirliyi tərəfindən qaldırılmalıdır:


“Məlumdur ki, bu qərar Nazirlər Kabineti tərəfindən verilir, amma Nazirlər Kabineti qarşısında məsələ qaldırmaq Təhsil Nazirliyinin işidir. Bu problemləri Təhsil Nazirliyi qarşı tərəfə çatdırmalıdır.


Əgər beynəlxalq təcrübəni əsas götürürdüksə, bildiyim qədər, dünyanın müxtəlif ölkələrində dərs ilinin başlama və başa çatması tarixləri ənənəvi olaraq iqlimdən və dərs yükündən asılı olmayaraq müxtəlifdir. Deyək ki, Rusiyada ənənəvi olaraq 1 sentyabr Bilik Günüdür, məktəblilərin tətilə yollandığı tarix isə mayın 25-dir. Gürcüstanda dərs ili sentyabrın 10-dan sonra gələn ilk bazar ertəsi günü başlayır. Bizdə isə əsassız şəkildə tədris ilinin başlama və bitmə tarixi dəyişdirildi”.


N. İsrafilov qeyd edib ki, Milli Məclisdə bir sıra deputatlar - Fazil Mustafa, Ceyhun Məmmədov bu mövzunu parlamentdə gündəmdə saxlayır. Onun fikrincə, media da yetərli dəstəyi göstərə bilsə, “1 sentyabr” ənənəsi nə vaxtsa yenidən bərpa ola, gec-tez belə bir addım atıla bilər:


“Hər halda növbəti səhvlərə bir daha yol verməmək üçün, heç olmasa, keçmiş səhvlərin aradan qaldırılması da bir qazancdır. Necə ki təhsilə deyil, daha çox kommersiya məqsədlərinə xidmət edən və valideynlərə məcburi sırınan “İş dəftərləri”nin məcburi olmaması barədə, gec də olsa, qərara gəldik.


Necə ki şagirdin dərsə gəlməməsinə görə valideynin 100 manat məbləğində cərimələnməsi barədə absurd qərarı ləğv etdik, necə ki qanun layihəsindən çıxarmaq istədiyimiz magistrlara hərbi xidmətdən möhlət hüququ verilməsi müddəasını yenidən qanuniləşdirdik və s. Nəhayət, unutmayaq ki, təhsil ümumdövlət işi olmaqla yanaşı, həm də ümumxalq işidir, ümummilli məsələdir”.


Xatırladaq ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarının icrası ilə 2015-ci ilindən etibarən ümumtəhsil məktəbində dərslər sentyabrın 15-də başlayıb, iyunun 14-də bitir. Redaktor.az 




Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Müstəqillik dövrümüzdə alınan ən yersiz, lazımsız, faydasız, zərərli qərarlardan biri və bəlkə də birincisi  bu qərardır

Müstəqillik dövrümüzdə alınan ən yersiz, lazımsız, faydasız, zərərli qərarlardan biri və bəlkə də birincisi bu qərardır

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Metodbirləşmələr

Metodbirləşmələr

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

"Təhsilə marağın azalmasının əsas “baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir"

"Təhsilə marağın azalmasının əsas “baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir"

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Sədr müavini-Təhsil naziri Emin Əmrullayevin sözügedən  məsələ ilə bağlı son açıqlamasının əlavə şərhə ehtiyacı yoxdur .

Sədr müavini-Təhsil naziri Emin Əmrullayevin sözügedən məsələ ilə bağlı son açıqlamasının əlavə şərhə ehtiyacı yoxdur .

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Dünya ölkələrində məktəblilərin yay tətili müddəti nə qədərdir və ölkəmizdə bu, nə üçün qısaldılır? (ARAŞDIRMA)

Dünya ölkələrində məktəblilərin yay tətili müddəti nə qədərdir və ölkəmizdə bu, nə üçün qısaldılır? (ARAŞDIRMA)

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Emin Əmrullayev: “Qazilərlə bağlı məsələyə güzəşt kimi yox, status kimi baxmalıyıq”

Emin Əmrullayev: “Qazilərlə bağlı məsələyə güzəşt kimi yox, status kimi baxmalıyıq”