AzTehsil.com


Xəbərlər
31 avqust 2019
4 828


Dünya ölkələrində məktəblilərin yay tətili müddəti nə qədərdir və ölkəmizdə bu, nə üçün qısaldılır? (ARAŞDIRMA)



 

Təhsil Nazirliyi tədris ili ilə bağlı yeni fikrə gəlib. Nazir Ceyhun Bayramovun son açıqlamasından belə qənaətə gəlmək olur. "Tədris ili müddətinin çox və ya az olmasını demək üçün digər inkişaf etmiş ölkələrlə müqayisə etməli idik. Gəldiyimiz nəticə o idi ki, həmin ölkələrdə orta hesabla dərs ili 36-38 həftədir”, - deyə Ceyhun Bayramov mediaya açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycanda təhsil 32 həftə olan təqdirdə, il ərzində şagirdlər 4-6 həftə daha az oxuyurlar. Ümumilikdə isə bizdə və digər ölkələrdə gözlənti və standartlar eynidir. Beş həftəni orta müddət götürsək, bu 11 il ərzində 55 həftə edir. Bunu da tədris ilinin müddətinə böləndə təxminən 2 akademik il edir.

Nazir qeyd edib ki, dəyişiklik hesabına Təhsil Nazirliyin məntiqi odur ki, tədris ilini 2 həftə uzatmaqla 11 il ərzində əlavə 22 həftə tədris vaxtı qazanırıq. Proqramın bəlli həcmi və ağırlığı var. Bu proqramı əlavə 22 həftəyə böləndə onu daha yaxşı mənimsəmək olur, bir günə düşən tədris yükü azalır: "32 həftəlik dərs ili olan zaman yay tətili 3 ay yarım idi. Tədris ilinin sonu və başlanğıcı arasında uzun müddətin tədris prosesinə mənfi təsiri var. Tədris ili iki həftə uzadıldıqdan sonra kifayət qədər uzun - 3 aylıq yay tətili var”.
 

 

C.Bayramov vurğulayıb ki, proqramın 34 həftə üçün nəzərdə tutulması istiqamətində müvafiq tədbirlər görülüb. Yeni yazılan dərsliklər bu müddətə hesablanıb. Müddəti keçməyən kitabların yeniləri ilə əvəz edilməsi üçün də müvafiq metodik göstərişlər hazırlanıb və məktəblərə çatdırılıb: "Tədris ilinin 2 həftə uzadılmasını labüd hesab edirik. Bu müddətin necə istifadə edilməsi ilə bağlı mütəmadi monitorinq keçirilir”.
 

 

Təhsil üzrə ekspert Elşən Qafarov Xeberle.com-a mövzu barədə açıqlama verərkən təhsil ilinin müddətinin 2 həftə artırılması ilə heç nəyə nail ola bilməyəcəyimizi bildirib. Ekspert həmçinin söyləyib ki, bu gün ümumtəhsil sistemimizdə olan problemlərə baxsaq, ən sonda təhsil ilinin müddətinin uzadılması məsələsi yer alar. Təbii ki, müddət uzadılmalıdır, 36 həftəyə çatdırılmalıdır, çünki ümumdünya üzrə təhsil ilinin müddəti 36 həftədir. Lakin buna qədər həll olunmalı olan bir çox problem var. Bu gün təhsilimizdə köklü problemlər mövcuddur. Bunlardan ən başlıcası budur ki, təhsilimiz "kölgə təhsili”nin ixtiyarına verilib. Bu gün ümumtəhsildə qazanılan bütün uğurlar kursların və fərdi repititorların hesabına əldə olunur. Bu, kölgə təhsilidir. Burada maraqlı tərəflər var və onlar dərs saatlarını düzgün apararaq təhsilin keyfiyyətini qaldırıb müəyyən nəticələr ortaya qoymaqdansa, özlərinə də maraqlı olan kurslar və repititor yanında əldə olunan bütün uğurlar məktəblərin adına yazılacaq, ad da olacaq ki, Nazirliyin məktəbləri bu uğurları əldə etdi. Acınacaqlı olan isə budur ki, kölgə təhsili yalnız ali məktəbə hazırlıqları əhatə etmir, məktəbə hazırlıqdan, ali təhsil pilləsinə qədər davam edir, ta ki, müəllimlərin işə qəbuluna qədər. Saydıqca bitməyən problemlər sırasında dərsliklərimiz də var. Bütün bu və sair kimi problemlər həll olunmadıqca, təhsilin müddətinin uzadılması əhəmiyyətsizdir. 365 günün hamısını da dərs günü etsək, problemlər aradan qalxmadıqca nəticələr yenə eyni olacaq.

Təhsil ilinin 2 həftəyə qədər artırılması öz növbəsində yay tətilinin də bir o qədər qısalması deməkdir. Bəs görəsən uzun müddətli yay tətilinə uyğunlaşanşagird və müəllimlərə bu, psixoloji olaraq necə təsir edəcək?
 

 

Psixoloq və ailə terapevti Zeynəb Eyyubova məsələyə aydınlıq gətirərək bildirib ki, buna 2 aspektdən yanaşmaq olar. Təbii ki, bütün yayını səmərəli keçirən bir ailə üçün yay tətilinin qısaldılması psixoloji olaraq mənfi təsir edəcək. Çünki istirahət müddətləri azalacaq. Lakin o valideynlər ki, övladını heç yerə apara bilmir, yay tətili boyunca 2-3-4 uşaqla onları necə sakitləşdirəcəyini və evdə rahat auranı necə yaradacağını bilməyən valideynlər üçünsə bu əlverişli bir fürsət olacaq. Dediklərim həmçinin istirahət etmə formasına görə müəllimlərə də aiddir. Bu, insandan insana, ailədən ailəyə dəyişən bir şeydir. Mənim əgər bütün yay boyu istirahət komfortum varsa, təbii ki, yay tətilinin müddətinin qısaldılmasını istəməyəcəm”.

Yeri gəlmişkən, məlumat üçün bəzi dünya ölkələrində təhsil ilinin başlanma və sona yetmə tarixlərinə də nəzər salaq:

ABŞ-da hər ştatdan asılı olaraq yeni dərs ili avqustdan sentyabra qədər istənilən tarixdə ola bilər.

Danimarkada isə məktəblər avqust ayında açılır.

Fransada yeni dərs ili sentyabrın əvvəlində başlayır, lakin dərslərin başlanacağı gün məktəblər tərəfindən təyin edilir.

Yaponiyada məktəblər aprelin 6-da açılır. Tədris ilinin yekunu mart ayına təsadüf edir.

Cənubi Sudanda isə məktəblər martın 20-də açılır.

Bolqarıstanda da dərslərin başlama tarixi Azərbaycan ilə eynidir.

Gürcüstanda qəbul olunan təhsil qanununa görə, dərs ili sentyabrın 10-dan sonra gələn ilk bazar etrəsi günü başlayır.

Ermənistanda məktəblər 1 sentybarda açılır və mayın sonuna qədər davam edir.

Rusiyada ənənəvi olaraq 1 sentyabr "Bilik günü”dür. Məktəblilərin tətilə yollandığı tarix isə mayın 25-dir.

İranda isə dərslər sentyabrda başlayıb iyuna qədər davam edir.

Türkiyədə dərslər sentyabrda başlayıb iyun ayında başa çatır.

Çində "Bilik bayram”ı iyulun 1-də qeyd olunur. Məktəblər bir də sentyabr ayının əvvəllərində bağlanır.

Koreyada isə dərslər martda başlayır və dekabra qədər davam edir.

Belçikada dərs ili sentyabrın 1-i başlayır və iyunun 30-na kimi davam edir.

Çilidə isə ibtidai və orta məktəblər, ali təhsil müəssisələri fevralın sonları, yaxud martın əvvəllərində açılır. Yerli şagird və tələbələr təhsillərini dekabrın ortalarına kimi davam etdirirlər.

Kosta-Rikada dərslər fevralın ilk həftəsində başlayır və noyabrın son həftəsinə qədər davam edir.

Çexiyada "Bilik günü” 1 sentyabrda başlayır və 30 iyuna kimi davam edir.

Danimarkanın ibtidai və orta təhsil müəssisələrində dərslər avqustda başlayıb növbəti ilin iyun ayına qədər uzanır.

Estoniyada dərslər 1 sentyabrda başlayır və iyunun sonlarında başa çatır.

Almaniyada hər inzibati bölgədə fərqli vaxtlarda tədris prosesi başlasa da, adətən, bu tarix iyulun sonları ilə sentybarın əvvəllərindən başlayıb iyunun ortalarına və iyula qədər davam edir.

Macarıstanda dərs ili sentyabrın 1-dən iyunun 15-nə qədər davam edir.

Hindistanda ibtidai və orta məktəblərdə dərslər iyun ayından növbəti ilin mart ayına qədər olan dövrü əhatə edir.

İndoneziyada dərs ili iyuldan növbəti ilin iyununa qədər olan 11 ayı əhatə edir.

İsraildə 1 sentyabrda başlayan təhsil prosesi iyunun 20-nə qədər davam edir.

İtaliyada məktəblər sentyabrın ilk 15 günlüyündə başlayır və iyunda başa çatır.

Malayziyada ibtidai və orta məktəblər yanvarın əvvəlində açılır və noyabrın ortasına qədər fəaliyyət göstərir.

Meksikada dərslər avqustun ortalarından növbəti ilin iyulun ortalarına qədər olan dövrü əhatə edir.

Yeni Zellandiyada bu təhsil dövrü 7 fevralda başlayıb 20 dekabra qədər uzanır.

İngiltərə və Uelsdə dərs ili sentyabrın əvvəllərində başlayır və iyunun sonlarına qədər olur.

Amma Böyük Britaniyanın digər subyekti Şotlandiyada dərslər avqusutun ortalarında, yaxud sonlarında başlayıb növbəti il iyunun sonlarına və iyulun əvvəllərinə qədər davam edir.


Xeberle.com//



Загрузка...
Həmçinin oxuyun:
Dünya ölkələrində Bilik günü bu tarixlərdə qeyd edilir - MARAQLI

Dünya ölkələrində Bilik günü bu tarixlərdə qeyd edilir - MARAQLI

Bəs digər ölkələrdə təhsil ili nə vaxt başlayır?

Bəs digər ölkələrdə təhsil ili nə vaxt başlayır?

Son zəng əvvəlki kimi mayın 25-də keçirilə bilər

Son zəng əvvəlki kimi mayın 25-də keçirilə bilər

Məktəblərlə bağlı daha bir anormallıq

Məktəblərlə bağlı daha bir anormallıq

Qış tətili başlayır.

Qış tətili başlayır.

"Guya, dərslər  sentyabrın 1-də başlayıb, mayın 31-də bitsə  nə olacaq ki?"-ekspertlərin rəyi

"Guya, dərslər sentyabrın 1-də başlayıb, mayın 31-də bitsə nə olacaq ki?"-ekspertlərin rəyi

Təhsil Nazirliyindən yeni dərs ilinin müddəti ilə bağlı – AÇIQLAMA

Təhsil Nazirliyindən yeni dərs ilinin müddəti ilə bağlı – AÇIQLAMA

Sabahdan məktəblilərin payız tətili başlayır

Sabahdan məktəblilərin payız tətili başlayır

Azərbaycanda dərslər sentyabrın 18-dən başlayacaq?

Azərbaycanda dərslər sentyabrın 18-dən başlayacaq?

"Təhsilə marağın azalmasının əsas “baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir"

"Təhsilə marağın azalmasının əsas “baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir"

İbtidai siniflər üçün əlavə yaz tətili başlayır

İbtidai siniflər üçün əlavə yaz tətili başlayır

Növbəti dərs ili nə vaxt başlayıb nə vaxt bitəcək?/SON QƏRAR

Növbəti dərs ili nə vaxt başlayıb nə vaxt bitəcək?/SON QƏRAR

Qış tətili başa çatır

Qış tətili başa çatır

Dərslər bu tarixdə başlayacaq

Dərslər bu tarixdə başlayacaq

Sabahdan ibtidai siniflər üçün 5 günlük tətil başlayır

Sabahdan ibtidai siniflər üçün 5 günlük tətil başlayır

Sabahdan məktəblərdə qış tətili başlayır -DİQQƏT

Sabahdan məktəblərdə qış tətili başlayır -DİQQƏT

Neçənci sinif şagirdi dərsə nə qədər vaxt ayırsın - MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

Neçənci sinif şagirdi dərsə nə qədər vaxt ayırsın - MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

Bu il Azərbaycanda dərslər sentyabrın 15-də başlamayacaq

Bu il Azərbaycanda dərslər sentyabrın 15-də başlamayacaq

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

Nazir əmr verdi - Yeni dərs ilinin başlanma, sona çatma və tətil günləri açıqlandı

Nazir əmr verdi - Yeni dərs ilinin başlanma, sona çatma və tətil günləri açıqlandı

Nazirlik: Valideynlərin tədris müddətinin azaldılması ilə bağlı istəyi əsassızdır

Nazirlik: Valideynlərin tədris müddətinin azaldılması ilə bağlı istəyi əsassızdır

2018-2019-cu tədris ili üçün tətil günləri açıqlanıb

2018-2019-cu tədris ili üçün tətil günləri açıqlanıb

"Təhsil müddətinin azaldılmasından çox artırılmasının böyük faydası var"

"Təhsil müddətinin azaldılmasından çox artırılmasının böyük faydası var"

Nazir məktəblərin gec bağlanması ilə bağlı narazılıqlara cavab verdi

Nazir məktəblərin gec bağlanması ilə bağlı narazılıqlara cavab verdi