AzTehsil.com


Xəbərlər / Valideyn
11 dekabr 2017
4 426


Neçənci sinif şagirdi dərsə nə qədər vaxt ayırsın - MÜTƏXƏSSİS MƏSLƏHƏTİ



Neçənci sinif şagirdi dərsə nə qədər vaxt ayırsın?


4-5-ci siniflərdə ev tapşırığına 2 saatdan, 6-8-ci siniflərdə 2.5 saatdan, yuxarı siniflərdə isə 3.5 saatdan artıq ayırmaq lazım deyil.


İstirahət etmək mütləqdir. İdeal odur ki, məktəbdən sonra uşaq bir qədər gəzsin, sonra evə qayıdıb nahar etsin, ardınca istirahət etsin və ancaq ondan sonra dərslərə başlasın.


Uşaq üçün ən aktiv dönəm - saat 11-dən 13-ə qədər, eləcə də saat 16.00-dan 19.00-a qədər olan dönəmdir. Nəzərə alanda ki, 5-ci dərs saat 13.00-13.30-da bitir, o zaman gəzinti, yemək və istirahətdən sonra saat 16.00-ya yaxın dərs oxumağa başlamaq ən ideal variantdır.


Uşağa dərs oxumaq üçün yer hazırlayın


Məktəblinin öz dərs masası olmalıdır. "Divanda oturub, dərslərimizi oxuyarıq” söhbətini yığışdırın. Anası kələm doğrayan vaxt uşağın mətbəx masasının yanında riyaziyyat tapşırığı etməsinin heç bir mənası yoxdur. Onun daimi dərs oxuyacağı yer olmalıdır - dərs masası, stulu, şkafı. Və ətrafda onu dərsdən yayındıracaq nə varsa, hamısını uzaqlaşdırmaq vacibdir. Oyuncaqlar, disklər, konstruktorlar... Bunların hamısı mane olanlar siyahısına daxildir.


Bəs, ardıcıllığı necə qurmalı?


- Dərslərin yerinə yetirilməsi prosesinə uşağın ən çox sevdiyi dərsdən başlayın. Uşağınız hansı dərsi daha tez və zövqlə edirsə, siyahıda birinciliyi ona verin. "Məndə hər şey alınır” deyə, həvəslə dərs oxumağa başlayan uşaq daha qısa zamanda və uğurla işlərinin öhdəsindən gələ bilir.


- Əgər uşaq tapşırığın üzərində uzun müddət dayanır və onun öhdəsindən gələ bilmirsə, ona daha rahat yerinə yetirəcəyi tapşırıq verin. Bu, beyin gimnastikası üçün çox önəmlidir.


- Yox, əgər uşaq dərsə çox tez köklənib, tez də yorulursa, o halda ən çətin bildiyiniz dərslərdən başlayın. Çünki maksimum enerji və diqqət tələb edən tapşırıqları enerjili vaxtda etmək məsləhətdir.


- Şifahi və ya yazılı tapşırıqların hansından başlamağın heç bir önəmi yoxdur. Yəni, uşaq öncə qaydaları öyrənməli, ardınca qaydalara uyğun olan yazılı tapşırıqları yerinə yetirməlidir. Yəni bu işin doğru olan qaydası belədir.


Mütəxəssislər həm də məsləhət görür ki, əgər siz uşağınızın yorulduğunu görürsüzsə, israrla yuxusunu qaçırıb, dərslərini davam etməsində dirəniş göstərməyin. Ən yaxşısı budur ki, ona dərsi özünüz oxuyun. Uşaq özünü pis hiss edirsə, ona dərslərində kömək edin. Yuxu vaxtına az, dərslərinin bitməsinə isə çox qalıbsa, bəzi yükləri paylaşmağa çalışın. Məsələn, o, riyaziyyat tapşırıqlarını edirsə, siz də ona rəsmdən verilən kağızların kəsilməsi tapşırıqlarını edin.


Hamıdan çox oxuyuruq, ya hamıdan az?


Müqayisə üçün sizə dünya məktəblərindəki dərs müddətini də təqdim edək. Məlum, biz yeni başlamışıq və dərs ilinin uzunluğundan, tətillərin azlığından şikayət edirik. Bəs dünyada vəziyyət necədir? Amerikada tədris ili 180 gündür. Məktəblilərin yay tətili 9-11 həftə çəkir. Milad bayramında 1,5-2 həftə, Şükran Günü bayramında 2-3 gün, Pasxa bayramında isə 2-5 günlük kiçik tətillər olur.


Danimarka, Fransa və İngiltərədə yay tətili 6 həftə olur. Bu ölkələrin ara tətilləri də (rüblük) cəmi 5 gündür. İsveçdə tədris ili iyunun ortasından avqustun ortasınadək davam edir. Milad bayramı ilə bağlı 15 günlük tətil İsveçdə məktəblilərin dərs ili iki hissəyə bölünür. Yaponiyada ildə iki böyük tətil - martın sonundan aprelin əvvəlinə və iyulun sonundan avqustun sonuna kimi nəzərdə tutulub. Yay tətili ilin ən uzun tətilidir. 24 dekabrdan 7 yanvara qədər ənənəvi qış tətilidir.


Kanadada yay tətili iyul-avqustu əhatə edir. Qış tətili isə cəmi 2 həftə olur. "Marta Break” adını daşıyan yaz tətili isə martın üçüncü bazar ertəsindən başlayıb bir həftə sürür. Almaniyada yay tətili 6 həftədən çox olmur. Pasxa bayramında 2, payızda 1 həftəlik tətil, habelə dekabrın sonundan yanvarın ilk ongünlüyünə qədər davam edən qış tətilindən başqa tətil yoxdur. Norveçdə dərs ili avqustun son həftəsindən başlayır və iyunun ortasına kimi davam edir. Qış tətili və Pasxa bayramı da 1 həftəlik tətillərlə müşayiət olunur.


Azərbaycanda isə il ərzində şagirdlərə 3 ay 15 gün yay, Yeni il və Novruz bayramlarında isə hərəsi 1 həftə olmaqla istirahət verilir. Yəni ildə 4 ay. Bundan başqa, İngiltərədə tədris ili 38 həftə davam edir. Yəni yayda 6, Milad və Pasxa bayramlarında isə 2-3 həftə tətil olur. Orada tətillərin müddəti keçilən dərslərin saatları ilə də mütənasibdir. ABŞ-da səhər saat 8:30-da başlayan dərs 16:00-da qurtarır. İngiltərədə saat 9:00-da başlayan dərs 15:30-da başa çatır.


Azərbaycan orta məktəbi rəqabətə uyğun deyil. Standartlara görə, orta təhsil ən azı 12 il nəzərdə tutulur. ABŞ, Kanada, Fransa, İspaniya, Yaponiya, Polşa, Moldova, Özbəkistan, Ukrayna, Belarus və Gürcüstanda orta təhsil 12 ildir. Almaniya, İsveçrə, İtaliya və Çexiyada 13, Hollandiyada 14 ildir. 12 illik təhsilə keçidin tətillərə təsiri ola bilərdi. Yəni o zaman bol tətillər tətbiq oluna bilər.




Загрузка...
Həmçinin oxuyun:
Uşağa dərs oxutmağın effektli üsulları

Uşağa dərs oxutmağın effektli üsulları

Məktəblilərin payız tətili başlayıb

Məktəblilərin payız tətili başlayıb

Sabahdan məktəblilərin payız tətili başlayır

Sabahdan məktəblilərin payız tətili başlayır

Məktəblilərin qış tətili başlayır

Məktəblilərin qış tətili başlayır

Təhsil Nazirliyi tətil günləri ilə bağlı açıqlama verdi

Təhsil Nazirliyi tətil günləri ilə bağlı açıqlama verdi

Azərbaycanda dərslər sentyabrın 18-dən başlayacaq?

Azərbaycanda dərslər sentyabrın 18-dən başlayacaq?

Nazir əmr verdi - Yeni dərs ilinin başlanma, sona çatma və tətil günləri açıqlandı

Nazir əmr verdi - Yeni dərs ilinin başlanma, sona çatma və tətil günləri açıqlandı

İbtidai siniflər üçün əlavə yaz tətili başlayır

İbtidai siniflər üçün əlavə yaz tətili başlayır

Dərslər bu tarixdə başlayacaq

Dərslər bu tarixdə başlayacaq

Məktəblilər payız tətilinə nə vaxt buraxılacaq?

Məktəblilər payız tətilinə nə vaxt buraxılacaq?

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Təhsil naziri əmr verib -Ümumtəhsil məktəblərinin 2016/2017-ci dərs ilinə aid tədris planlarında qismən dəyişiklik ediləcək.

Təhsil naziri əmr verib -Ümumtəhsil məktəblərinin 2016/2017-ci dərs ilinə aid tədris planlarında qismən dəyişiklik ediləcək.

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Ramazan tətili başlayır

Ramazan tətili başlayır

DƏRS CƏDVƏLİNİN TƏRTİBİ ÜÇÜN TÖVSİYƏ

DƏRS CƏDVƏLİNİN TƏRTİBİ ÜÇÜN TÖVSİYƏ

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

Bir çox müəllim həmkarlarım tərəfindən qınaq obyektinə çevrilmişdim.

Bir çox müəllim həmkarlarım tərəfindən qınaq obyektinə çevrilmişdim.

Uğurlu müəllim dərs saatları içərisində öyrətməyi bacaran şəxsdir

Uğurlu müəllim dərs saatları içərisində öyrətməyi bacaran şəxsdir

Bəs digər ölkələrdə təhsil ili nə vaxt başlayır?

Bəs digər ölkələrdə təhsil ili nə vaxt başlayır?

Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB

Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB

"Guya, dərslər  sentyabrın 1-də başlayıb, mayın 31-də bitsə  nə olacaq ki?"-ekspertlərin rəyi

"Guya, dərslər sentyabrın 1-də başlayıb, mayın 31-də bitsə nə olacaq ki?"-ekspertlərin rəyi

İşçi qanunla hər gün neçə saat işləməlidir?

İşçi qanunla hər gün neçə saat işləməlidir?

Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

TEST 1 Direktor olmaq istəyənlər üçün   İş vaxtı və istirahət vaxtı

TEST 1 Direktor olmaq istəyənlər üçün İş vaxtı və istirahət vaxtı