AzTehsil.com


Direktor
12 iyul 2016
36 576


Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA



Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

 


1. İş həftəsinin müddəti, iş vaxtının başlanması və qurtarması növbələrin miqdarından asılı olaraq məktəbin nizamnaməsi ilə tənzimlənir.
Pedaqoji işçilərin iş vaxtı dərs cədvəli, məktəbin nizamnaməsi və daxili intizam qaydaları ilə onlara həvalə olunan vəzifələrə uyğun olaraq müəyyənləşdirilir. Məktəb müdiriyyəti işəgəlmə və işdəngetmənin uçotunu təşkil etməyə borcludur.
2. Pedaqoji işçilərin yeni dərs ili üçün tədris yükü məktəbin direktoru tərəfindən həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılmaqla işçilər məzuniyyətə çıxana qədər müəyyənləşdirilir. Bununla əlaqədar olaraq aşağıdakılar nəzərə alınmalıdır:
a) bir qayda olaraq pedaqoji işçilərdə siniflərin varisliyi və tədris yükünün həcmi saxlanılır.
b) pedaqoji işçilərin dərs yükünün həcmi, bir qayda olaraq bütün dərs ilində sabit olmalıdır. Dərs yükünün azalması yalnız məktəbdə şagirdlərin sayının və ya sinif komplektlərinin ixtisarı, həmin ərazidə yeni məktəb binasının tikilməsi ilə əlaqədar sinif komplektlərinin bir hissəsinin bu məktəbə verilməsi, habelə başqa müstəsna hallarda ola bilər.
Məktəbin müdiriyyəti həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılmaqla, yeni dərs ili üçün pedaqoji işçilərin tədris yükünü təsdiq edir.
3. Dərs cədvəli məktəbin müdiriyyəti tərəfindən pedaqoji məqsədəuyğunluq, sanitar-gigiyenik normalar, müəllimin vaxtına maksimum qənaət etmək tələblərinin təmin edilməsi nəzərə alınmaqla həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılaraq təsdiq edilir. Pedaqoji işçilərə imkan daxilində metodik işlə məşğul olmaq və ixtisasını artırmaq üçün həftədə bir boş gün verilir.
4. Məktəbin tədris-yardımçı heyətinin və fəhlələrin iş gününün davametmə müddəti həftəlik, yaxud digər uçot dövrü üçün iş vaxtının davametmə müddətinə riayət etməklə tərtib olunmuş növbətçilik qrafiki ilə müəyyənləşdirilir. Qrafik məktəbin müdiriyyəti tərəfindən həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılmaqla təsdiq olunur. Qrafikdə iş saatı, fasilə və naharın vaxtı göstərilir. İstirahət yeri və onun qaydası, naharın təşkili müdiriyyət tərəfindən məktəb həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılmaqla müəyyənləşdirilir. Növbətçilik qrafiki işçiyə imza etdirilməklə nəzərinə çatdırılmalı və onun tətbiqinə bir qayda olaraq ən azı bir ay qalmış məktəbdə görünən yerdən asılmalıdır.
İşçilərin bəzi kateqoriyaları üçün (məsələn, gecə dayələri, mərkəzi qızdırılma sistemi, bütün sutka ərzində növbətçilik tələb edən yerlərdə ocaqçı) həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılmaqla, iş vaxtının yekun uçotu aparıla bilər.
5. Bayram və istirahət günlərində iş qadağan olunur. Məktəbin ayrı-ayrı işçilərinin (müəllim, tərbiyəçi və b.) bayram və istirahət günlərində növbətçiliyə və bir sıra başqa işlərə cəlb olunmasına yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş müstəsna hallarda məktəbin müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin razılaşdırılması əsasında yazılı əmri ilə yol verilir. Növbətçilik, yaxud istirahət və bayram günlərində iş üçün əlavə istirahət günü qanunvericilikdə müəyyən olunmuş qaydada və işçinin razılığı ilə növbəti məzuniyyət dövrünə düşməmək şərti ilə tətil vaxtı verilir.
Hamilə qadınların, 12 yaşınadək uşağı olan anaların istirahət və bayram günlərində növbətçiliyə və digər növlü işlərə cəlb olunması qadağandır.
6.Fasiləsiz işləyən müəssisələrin (bütün tipdən və addan olan internat məktəblər, uşaq evləri və xüsusi məktəblər) işçiləri və yekun iş vaxtı müəyyən edilmiş işçilər hamı üçün müəyyən olunmuş qaydada istirahət və bayram günlərində işə cəlb olunurlar. Bu işin vaxtı bir qayda olaraq aylıq iş vaxtının normasına daxil edilir. İstirahət günləri iş qrafikində nəzərdə tutulur. Göstərilən halda bayram günü üçün əməkhaqqı aylıq əməkhaqqıdan (stavkadan) artıq birdəfəlik saat və gün stavkası həcmində verilir. Bayram günündə işləmiş işçinin öz arzusu ilə başqa bir istirahət günü verilə bilər.
7..Məktəbin əmək kollektivinin ümumi yığıncağı ildə iki dəfədən az olmayaraq keçirilir. Məktəb şurasının iclası 3 dəfədən az olmayaraq, pedaqoji şuranın iclası isə bir qayda olaraq rübdə bir dəfə keçirilir. Metodik şura yanında yaradılan müəllimlərin və tərbiyəçilərin metodbirləşmələri tədris rübü ərzində iki dəfədən çox olmayaraq keçirilir. Ümumi valideyn yığıncağı ildə iki dəfədən, sinif iclası isə ildə dörd dəfədən az olmayaraq çağırılır.
7. Əmək kollektivinin ümumi yığıncağı, pedaqoji şuranın iclası və fənn metodbirləşmələrinin məşğələləri, bir qayda olaraq iki saatdan, valideyn yığıncaqları 1,5 saatdan, məktəblilərin yığıncaqları və şagird özünüidarə orqanlarının iclasları 1 saatdan çox olmamalı, maraqlar üzrə kursların, bölmələrin məşğələləri 45 dəqiqədən 90 dəqiqəyədək olmalıdır.
9.Hər il verilən növbəti məzuniyyətlərin vaxtı məktəbin müdiriyyəti tərəfindən həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılmaqla, məktəbin işinin normal təmini və işçilərin istirahəti üçün əlverişli şəraitin yaradılması əsasında müəyyənləşdirilir. Pedaqoji işçilərə növbəti məzuniyyət bir qayda olaraq yay tətili dövründə verilir. Hər il üçün növbəti məzuniyyət qrafiki cari ilin yanvar ayının sonunadək tərtib olunur və bütün işçilərin nəzərinə çatdırılır. Məktəb direktoruna növbəti məzuniyyət müvafiq rayon (şəhər) təhsil şöbəsi üzrə əmrlə, məktəbin qalan işçilərinə isə məktəb direktorunun əmri ilə rəsmiləşdirilir.
Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqıRespublika Komitəsi tərəfindən «30» iyun 2010-cu il tarixində təsdiq edilmişdir.



Загрузка...
Həmçinin oxuyun:
Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Əmək intizamını pozmağa görə məsuliyyət

Əmək intizamını pozmağa görə məsuliyyət

İş vaxtı ,onun müddəti,istirahət vaxtı

İş vaxtı ,onun müddəti,istirahət vaxtı

Məktəb rəhbərlərinin əsas vəzifələri

Məktəb rəhbərlərinin əsas vəzifələri

MƏKTƏBLƏRDƏ QADAĞAN OLUNAN 4 HAL

MƏKTƏBLƏRDƏ QADAĞAN OLUNAN 4 HAL

Əmək Məcəlləsindən çıxarış  IV bölmə   İş vaxtı

Əmək Məcəlləsindən çıxarış IV bölmə İş vaxtı

İş vaxtının anlayışı və növləri

İş vaxtının anlayışı və növləri

İşçi qanunla hər gün neçə saat işləməlidir?

İşçi qanunla hər gün neçə saat işləməlidir?

OXUYUN !!! Məktəbdə işləyən bütün işçilərin əsas vəzifələri

OXUYUN !!! Məktəbdə işləyən bütün işçilərin əsas vəzifələri

İşçi nə qədər məzuniyyət pulu almalıdır?

İşçi nə qədər məzuniyyət pulu almalıdır?

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Sual - Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?

Sual - Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?

İşçilərə məzuniyyət vaxtı əlavə sosial - məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi  QAYDALARI

İşçilərə məzuniyyət vaxtı əlavə sosial - məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi QAYDALARI

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

Valideyn  komitəsinin  hüquqları  və  vəzifələri

Valideyn komitəsinin hüquqları və vəzifələri

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

Körpə uşağı olan qadınlarla sınaq müddətinə Əmək Müqaviləsi bağlana bilərmi ?

Körpə uşağı olan qadınlarla sınaq müddətinə Əmək Müqaviləsi bağlana bilərmi ?

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Əmək hüququnun subyektlərinin ümumi xarakteristikası

Əmək hüququnun subyektlərinin ümumi xarakteristikası