AzTehsil.com


Abituriyent / Xəbərlər
03 iyun 2024
641


I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib




Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib. İmtahan 20 şəhər və rayonda təşkil olunub.


Dövlət İmtahan Mərkəzindən Aztehsil.com-a verilən məlumata görə, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 149 imtahan binası, 2657 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 149 ümumi imtahan rəhbəri, 436 imtahan rəhbəri, 3312 nəzarətçi, 467 buraxılış rejimi əməkdaşı, 149 bina nümayəndəsi cəlb olunub.


İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.


İlkin məlumatlara əsasən, 4 nəfərdə mobil telefon, 1 nəfərdə isə "ağıllı" saat aşkarlandığı üçün imtahandan xaric olunub. Qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.


İmtahanda 35966 abituriyentin iştirakı nəzərdə tutulurdu.


İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.


İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) cavabları imtahandan dərhal sonra Mərkəzin saytına yerləşdirilib. İştirakçılar doğru cavab etalonları ilə buradan tanış ola bilərlər.


İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) isə DİM-in internet saytının "Xidmətlər" bölməsində > "E-xidmətlər" > "DİM-in nəşrlərinin elektron versiyalarının satışı" > "Test tapşırıqlarının izahı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).


İyunun 3-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.


İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.




Загрузка...
Həmçinin oxuyun:
Təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin   TƏDRİS PLANLARI

Təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin TƏDRİS PLANLARI

Təmayüllü siniflər üçün TƏDRİS PLANI təsdiq edildi. Təhsil Nazirindən yeni əmr

Təmayüllü siniflər üçün TƏDRİS PLANI təsdiq edildi. Təhsil Nazirindən yeni əmr

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Bu gün 48 mindən çox abituriyent II və III qruplara imtahan verib

Bu gün 48 mindən çox abituriyent II və III qruplara imtahan verib

İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin  tədris planının təsdiqi haqqında 467№-li ƏMR +TƏDRİS PLANI

İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin tədris planının təsdiqi haqqında 467№-li ƏMR +TƏDRİS PLANI

Abituriyentə kömək etmək istəyən nəzarətçi zaldan qovuldu – YENİLƏNİB

Abituriyentə kömək etmək istəyən nəzarətçi zaldan qovuldu – YENİLƏNİB

Bu gün keçirilən imtahandan 5 nəfər xaric olunub

Bu gün keçirilən imtahandan 5 nəfər xaric olunub

Bu gün keçirilən imtahanlarda 3 nəfər imtahandan xaric olunub

Bu gün keçirilən imtahanlarda 3 nəfər imtahandan xaric olunub

Üç nəfər II qrupa qəbul imtahanından qovuldu

Üç nəfər II qrupa qəbul imtahanından qovuldu

Bu gün keçirilən imtahanlarda on nəfər imtahandan xaric olunub

Bu gün keçirilən imtahanlarda on nəfər imtahandan xaric olunub

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

20-yə yaxın abituriyent imtahana buraxılmadı

20-yə yaxın abituriyent imtahana buraxılmadı

DİM 1 nəfəri bugünkü buraxılış (qəbul) imtahanlarına buraxmadı

DİM 1 nəfəri bugünkü buraxılış (qəbul) imtahanlarına buraxmadı

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

İlk qəbul imtahanı başa çatdı - 3 nəfər imtahandan qovuldu

İlk qəbul imtahanı başa çatdı - 3 nəfər imtahandan qovuldu

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verib - VİDEO

Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verib - VİDEO

AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

5 nəfər bugünkü qəbul imtahanlarına BURAXILMADI

5 nəfər bugünkü qəbul imtahanlarına BURAXILMADI

Ali məktəblərə qəbul imtahanları keçirildi: Yeddi nəfər qovuldu

Ali məktəblərə qəbul imtahanları keçirildi: Yeddi nəfər qovuldu

DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılıb

DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılıb

Bu gün 46 mindən çox şagird üçün buraxılış imtahanı keçirilib - VİDEO

Bu gün 46 mindən çox şagird üçün buraxılış imtahanı keçirilib - VİDEO

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI