Xəbərlər
14 iyun 2017

AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2016-2017-ci tədris ilinin yaz semestri imtahanlarının gedişini müşahidə etmək üçün mediatur təşkil edilib. Mediaturda Universitetin rəhbərliyi, millət vəkilləri, ictimai təşkilatların nümayəndələri, təhsil ekspertləri və KİV mənsubları iştirak edib. 
 
AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

Tədbirdən əvvəl AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqları qəbul edib, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Mediaturun təşkilinin təhsilin keyfiyyətinin artırılması və neqativ hallarının aradan qaldırılması ilə bağlı olduğunu deyən rektor bildirib ki, eyni zamanda  əsas məqsəd imtahan sessiyasının obyektiv və şəffaf şəraitdə keçirilməsi barədə ictimaiyyəti məlumatlandırmaqdır. Sonra rektor qonaqlara universitetdə aparılan islahatlar, görülən işlər və yeniliklər haqqında, imtahan sessiyasının gedişi barədə ətraflı məlumat verib. 
 
AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

O, imtahanların şəffaf, normativ sənədlərə uyğun həm test üsulu ilə, həm də yazılı formada keçirildiyini qonaqların diqqətinə çatdırıb. G.Məmmədova bildirib ki, universitetdə bütün məsələlər "Elektron Universitet Portalı" vasitəsilə nəzarətə götürülür, istər yazılı, istərsə də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən dərhal sonra kompüterin ekranından görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb, yazılar şifrələnir, sonra yoxlanılır, həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün sonunda istər yazılı, istərsə də test imtahanlarının nəticələri universitetin elektron portalında yerləşdirilir.
 
AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

Rektor qeyd edib ki, universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Qərargah və Apelyasiya Komissiyası yaradılıb: "Qiymətləndirmədən narazı qalan tələbələrin Apellyasiya Komissiyasına ərizə ilə müraciət etməsi üçün şərait təmin edilib. Komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə şəffaflıq və operativliyi təmin edir".
 
AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

Mediaturdan sonra iştirakçılar imtahanların gedişini canlı izləmək üçün universitetin bir neçə auditoriyasına baş çəkib, imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi haqqında məlumat əldə ediblər. Eyni zamanda onlar Memarlıq fakültəsində tələbələrin kurs işlərinin müdafiəsi prosesini də izləyiblər, gənc memarların əl işlərindən ibarət sərgiyə də baxıblar.
 
AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

Mediaturda Aztehsil.com-dan Mehman Nəbiyev də iştirak edib. Monitorinq başa çatdıqdan sonra imtahanlarla bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.
 
AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

Nəcibə Mirzəyeva(AzMİU-nun mətbuat xidmətinin rəhbəri)

Загрузка...
loading...

Həmçinin oxuyun:
SDU-da imtahanların gedişini izləmək üçün mediatur təşkil olundu

Barselonanın sabiq memarı AzMİU-da mühazirə oxuyub-FOTOLAR

AzMİU-nun Türkiyədə təbliğatı kampaniyası  uğurla tamamlanıb

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

AzMİU-nun tələbəsi müsabiqədə İphone 7 qazanıb

AzMİU-da

AzMİU-da "Açıq qapı" günü keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

Tələbə memarların yazın gəlişinə həsr olunmuş sərgisi təşkil olunub

ADPU-nun Elmi Şurasının iclası keçirilib

AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf  konsepsiyası” layihəsi təqdim olunub

AzMİU-da “İtalyansayağı dizayn günü” keçirilib

İmtahan prosesini cəmiyyətə etibar edən universitet – UNEC

Qafqaz Universitetinin ləğvetmə komissiyası işini başa çatdırıb

Təhsil ekspertləri ADPU-da imtahan prosesini müşahidə ediblər

ADPU-da payız semestrinin imtahan sessiyası başa çatdı

ADU-da növbəti mediatur təşkil olunub - Fotolar

Bütövlükdə imtahanların şəffaf və obyektiv keçirilməsi ADPU rəhbərliyinin diqqət mərkəzindədir

ADPU-nun rektoru, professor Cəfər Cəfərov imtahanların çevik, şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir.

Yanvarın 18də ADU-da mediatur təşkil olunub

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

ADPU-də 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir

Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır