AzTehsil.com
RU


Xəbərlər
19 aprel 2017
4 106


AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib



AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

 

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) "Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə universitetin foyesində memarlıq abidələrimizə həsr olunmuş foto sərgi ilə tanış olublar. Onu da qeyd edək ki, sərgidə hazırda işğal altında olan rayonlarımızda erməni vandalizminin qurbanı olan memarlıq abidələrimizin foto şəkilləri də yer alıb. 
 

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

 

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova konfrans iştirakçılarını salamlayıb, konfransın işində onlara uğurlar arzulayıb. G.Məmmədova konfransda iştirak edən Milan Politexnik Universitetinin nümayəndələrini bu günkü konfransda görməkdən şad olduğunu deyib, universitetlər arasında əməkdaşlıqdan söz açıb.  
 

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

 

Rektor konfransın mövzusunun aktuallığını və əhəmiyyətini də diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanın zəngin abidələr irsi var və onlar üzərində aparılan tədqiqatlar, yazılan çoxsaylı məqalələr, kitablar mövzunun aktual olduğunu bir daha sübut edir. "Bu bir reallıqdır ki, abidələr münaqişələr, müharibələr nəticəsində ağır fəsadlara uğrayır, dağılır, sıradan çıxır. Hazırda Azərbaycanın işğal altında olan torpaqlarında memarlıq abidələri məhv edilir, erməni qəsbkarları qədim alban abidələrinin üzərində erməniləşdirmə siyasəti həyata keçirirlər. Bu da tariximizə çox böyük zərbə vurur”.
 

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

 

AzMİU-nun Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri, memarlıq doktoru Səbinə Hacıyeva "Qarabağ memarlığının inciləri- Xudavəng və Gəncəsər” mövzusunda məruzə ilə çıxış edərək, Xudavəng və Gəncəsər abidələrinin tarixindən, bu günkü real vəziyyətindən söz açıb. S.Hacıyeva qeyd edib ki, işğal altında olan hər iki alban abidəsinin ermənilər tərəfindən  1997- 2007-ci illərdə restavrasiya və konservasiyası aparılan zaman alban abidələrinə xas xüsusiyyətlər dəyişdirilib və məhv edilib. 
 

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

 

Milan Politexnik Universitetinin dosenti, memarlıq üzrə fəlsəfə doktoru Nora  Lombardini İtalyada abidələrin bərpası istiqamətində, tarixi və müasir binalarda aparılan restavrasiya və konservasiya işlərindən söz açıb, tələbə memarların bu işlərə cəlb edilməsinin əhəmiyyətini vurğulayıb. O, restavrasiya layihələrinin tək fikirlər üzərində deyil, sənədlər üzərində də aparılmasının vacibliyini qeyd edib.
 

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

 

"İrimiqyaslı infrastruktur layihələri zamanı arxeoloji abidələrin qorunması” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı tikinti işləri zamanı abidələrin qorunmasına diqqət çəkib. O bildirib ki, 2004-cü ildə dövlət proqramı çərçivəsində  regionların  sosial-iqtisadi inkişafı istiqamətində böyük tikinti və quruculuq işləri aparılır, tikinti işləri zamanı abidələrimizin qorunmasına xüsusi diqqət yetirilir.  
 
Konfransda  Qala  Dövlət Tarix-Etnoqrafiya qoruğunun  direktoru, tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcova, Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitunun direktoru Telman Kərimli, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül  Əliyev, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Səfər Aşurov və başqaları maraqlı məruzələrlə çıxış ediblər. 
 

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

 

Tədbirdə dinlənilən məruzələr ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
 
Nəcibə Mirzəyeva(AzMİU-nun mətbuat xidmətinin rəhbəri)



Загрузка...