Xəbərlər, Müəllim
03 iyul 2021

DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılıb

DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılıb

 

İyulun 2-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı və eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı keçirilib.

DİM-dən bildirilib ki, pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İmtahanlar 12 şəhər və rayonda təşkil olunub.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 44 imtahan binası, 728 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 44 ümumi imtahan rəhbəri, 124 imtahan rəhbəri, 889 nəzarətçi–müəllim, 88 buraxılış rejimi əməkdaşı, 44 bina nümayəndəsi ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İştirakçıların bədən hərarəti normaya uyğun olub.

Bugünkü imtahanlarda nəzarətçilər tərəfindən 3 nəfərdə mobil telefon aşkar edilib və onlar imtahandan xaric olunub.

İyulun 3-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalı aparılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.


Загрузка...
loading...

Həmçinin oxuyun:
2 iyulda keçirilən imtahanlar haqqında

2 iyulda keçirilən imtahanlar haqqında

Bu gün 9000-dən çox şəxs imtahan verəcək

Bu gün 9000-dən çox şəxs imtahan verəcək

Abituriyentə kömək etmək istəyən nəzarətçi zaldan qovuldu – YENİLƏNİB

Abituriyentə kömək etmək istəyən nəzarətçi zaldan qovuldu – YENİLƏNİB

Bu gün universitetlərə qəbul imtahanı keçiriləcək

Bu gün universitetlərə qəbul imtahanı keçiriləcək

Bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib

Bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib

Bu gün 9-cu sinif buraxılış imtahanları keçirilib

Bu gün 9-cu sinif buraxılış imtahanları keçirilib

2 nəfər imtahana buraxılmayıb,1 nəfər xaric edilib

2 nəfər imtahana buraxılmayıb,1 nəfər xaric edilib

Dörd şagird buraxılış imtahanından qovuldu - SƏBƏB

Dörd şagird buraxılış imtahanından qovuldu - SƏBƏB

Şagirdə kömək edən nəzarətçi imtahandan xaric olunub

Şagirdə kömək edən nəzarətçi imtahandan xaric olunub

DİM tərəfindən keçirilən buraxılış imtahanları başa çatıb

DİM tərəfindən keçirilən buraxılış imtahanları başa çatıb

DİM imtahan keçirdi: Hərarəti olan iki şagird imtahana buraxılmadı

DİM imtahan keçirdi: Hərarəti olan iki şagird imtahana buraxılmadı

Bu gün növbəti qəbul imtahanı keçiriləcək

Bu gün növbəti qəbul imtahanı keçiriləcək

İlk qəbul imtahanı başa çatdı - 3 nəfər imtahandan qovuldu

İlk qəbul imtahanı başa çatdı - 3 nəfər imtahandan qovuldu

Sabah ilk qəbul imtahanı keçiriləcək

Sabah ilk qəbul imtahanı keçiriləcək

DİM 1 nəfəri bugünkü buraxılış (qəbul) imtahanlarına buraxmadı

DİM 1 nəfəri bugünkü buraxılış (qəbul) imtahanlarına buraxmadı

Bu gün keçirilən imtahanlarda 3 nəfər imtahandan xaric olunub

Bu gün keçirilən imtahanlarda 3 nəfər imtahandan xaric olunub

5 nəfər bugünkü qəbul imtahanlarına BURAXILMADI

5 nəfər bugünkü qəbul imtahanlarına BURAXILMADI

Bugünkü buraxılış imtahanlarının nəticələri 5 günə açıqlanacaq - RƏSMİ

Bugünkü buraxılış imtahanlarının nəticələri 5 günə açıqlanacaq - RƏSMİ

Bugünkü imtahanların nəticələri nə vaxt açıqlanacaq?

Bugünkü imtahanların nəticələri nə vaxt açıqlanacaq?

Hərarəti yüksək olan 2 şagird imtahana buraxılmadı

Hərarəti yüksək olan 2 şagird imtahana buraxılmadı

Növbəti buraxılış imtahanı keçirildi: Üç şagird buraxılmadı

Növbəti buraxılış imtahanı keçirildi: Üç şagird buraxılmadı

4 şagird imtahana buraxılmadı, 3-ü zaldan çıxarıldı

4 şagird imtahana buraxılmadı, 3-ü zaldan çıxarıldı

Bu günkü imtahanlarda 5 şagirdin bədən hərarəti yüksək olduğu üçün imtahana buraxılmayıb

Bu günkü imtahanlarda 5 şagirdin bədən hərarəti yüksək olduğu üçün imtahana buraxılmayıb

20-yə yaxın abituriyent imtahana buraxılmadı

20-yə yaxın abituriyent imtahana buraxılmadı