AzTehsil.com


Xəbərlər
30 aprel 2021
988


2 nəfər imtahana buraxılmayıb,1 nəfər xaric edilib



2 nəfər imtahana buraxılmayıb,1 nəfər xaric edilib

 

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.

İmtahanlar 15 şəhər və rayonda keçirilib.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 81 imtahan binası, 1343 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 81 ümumi imtahan rəhbəri, 220 imtahan rəhbəri, 1666 nəzarətçi–müəllim, 161 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 81 bina nümayəndəsi ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən 2 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Mayın 1-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.



Загрузка...
Həmçinin oxuyun:
Şagirdə kömək edən nəzarətçi imtahandan xaric olunub

Şagirdə kömək edən nəzarətçi imtahandan xaric olunub

Bu gün keçirilən imtahanlarda 3 nəfər imtahandan xaric olunub

Bu gün keçirilən imtahanlarda 3 nəfər imtahandan xaric olunub

DİM tərəfindən keçirilən buraxılış imtahanları başa çatıb

DİM tərəfindən keçirilən buraxılış imtahanları başa çatıb

4 şagird imtahana buraxılmadı, 3-ü zaldan çıxarıldı

4 şagird imtahana buraxılmadı, 3-ü zaldan çıxarıldı

DİM imtahan keçirdi: Hərarəti olan iki şagird imtahana buraxılmadı

DİM imtahan keçirdi: Hərarəti olan iki şagird imtahana buraxılmadı

5 nəfər bugünkü qəbul imtahanlarına BURAXILMADI

5 nəfər bugünkü qəbul imtahanlarına BURAXILMADI

Hərarəti yüksək olan 2 şagird imtahana buraxılmadı

Hərarəti yüksək olan 2 şagird imtahana buraxılmadı

Dörd şagird buraxılış imtahanından qovuldu - SƏBƏB

Dörd şagird buraxılış imtahanından qovuldu - SƏBƏB

Bugünkü imtahanların nəticələri nə vaxt açıqlanacaq?

Bugünkü imtahanların nəticələri nə vaxt açıqlanacaq?

DİM 1 nəfəri bugünkü buraxılış (qəbul) imtahanlarına buraxmadı

DİM 1 nəfəri bugünkü buraxılış (qəbul) imtahanlarına buraxmadı

Bugünkü buraxılış imtahanlarının nəticələri 5 günə açıqlanacaq - RƏSMİ

Bugünkü buraxılış imtahanlarının nəticələri 5 günə açıqlanacaq - RƏSMİ

20-yə yaxın abituriyent imtahana buraxılmadı

20-yə yaxın abituriyent imtahana buraxılmadı

İlk qəbul imtahanı başa çatdı - 3 nəfər imtahandan qovuldu

İlk qəbul imtahanı başa çatdı - 3 nəfər imtahandan qovuldu

Növbəti buraxılış imtahanı keçirildi: Üç şagird buraxılmadı

Növbəti buraxılış imtahanı keçirildi: Üç şagird buraxılmadı

Bu günkü imtahanlarda 5 şagirdin bədən hərarəti yüksək olduğu üçün imtahana buraxılmayıb

Bu günkü imtahanlarda 5 şagirdin bədən hərarəti yüksək olduğu üçün imtahana buraxılmayıb

Ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatdı

Ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatdı

13 minədək şagird buraxılış imtahanı verəcək

13 minədək şagird buraxılış imtahanı verəcək

Növbəti buraxılış imtahanları keçirilir

Növbəti buraxılış imtahanları keçirilir

İyulun 2-də və 3-də növbəti buraxılış imtahanları keçiriləcək

İyulun 2-də və 3-də növbəti buraxılış imtahanları keçiriləcək

25 şəhər və rayonda buraxılış imtahanı keçiriləcək

25 şəhər və rayonda buraxılış imtahanı keçiriləcək

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Qəbul imtahanlarından 2 nəfər xaric olunub

Qəbul imtahanlarından 2 nəfər xaric olunub

Bu gün buraxılış imtahanları keçiriləcək

Bu gün buraxılış imtahanları keçiriləcək

DİM: Bir nəfərin bədən hərarəti yüksək olduğu üçün imtahana buraxılmayıb

DİM: Bir nəfərin bədən hərarəti yüksək olduğu üçün imtahana buraxılmayıb