Xəbərlər / Abituriyent
13 aprel 2021
1 238


25 şəhər və rayonda buraxılış imtahanı keçiriləcək

25 şəhər və rayonda buraxılış imtahanı keçiriləcək

 

Dövlət İmtahan Mərkəzi tərəfindən 15-16 aprel 2021-ci il tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

Mərkəzdən verilən məlumata görə, imtahanlar respublikanın 25 şəhər və rayonunda təşkil olunacaq. İmtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə DİM-in saytından aprelin 5-dən etibarən çap edib götürə bilirlər.

İmtahanlar 15-16 aprel tarixlərində respublikanın 25 şəhər və rayonunda keçiriləcək.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 115 imtahan binası, 2001 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 115 ümumi imtahan rəhbəri, 334 imtahan rəhbəri, 2490 nəzarətçi-müəllim, 230 buraxılışı rejimi əməkdaşı (mühafizə), 115 bina nümayəndəsi ayrılıb.

Aprelin 15-də keçiriləcək imtahanlarda 8124, aprelin 16-da keçiriləcək imtahanlarda isə 18367 nəfər olmaqla, ümumilikdə 26491 şagirdin iştirakı nəzərdə tutulur.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Bundan əlavə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər - binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü göstərməlidir.

DİM tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici videoçarx və davranış qaydaları ilə buradan tanış ola bilərsiniz.






Загрузка...
Həmçinin oxuyun:
İyulun 2-də və 3-də növbəti buraxılış imtahanları keçiriləcək

İyulun 2-də və 3-də növbəti buraxılış imtahanları keçiriləcək

38 şəhər və rayonunda buraxılış imtahanları keçiriləcək

38 şəhər və rayonunda buraxılış imtahanları keçiriləcək

Budəfəki buraxılış imtahanında 20 minə yaxın şəxs iştirak edəcək

Budəfəki buraxılış imtahanında 20 minə yaxın şəxs iştirak edəcək

20 mindən çox şagird yenidən imtahan verəcək

20 mindən çox şagird yenidən imtahan verəcək

İyunun 24-25-də bu bölgələrdə növbəti buraxılış imtahanları keçiriləcək

İyunun 24-25-də bu bölgələrdə növbəti buraxılış imtahanları keçiriləcək

İyunun 10-11-də 39 bölgədə ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək

İyunun 10-11-də 39 bölgədə ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək

İyulun 10-da qəbul imtahanları keçiriləcək

İyulun 10-da qəbul imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi abituriyentlərə XƏBƏRDARLIQ ETDİ

Dövlət İmtahan Mərkəzi abituriyentlərə XƏBƏRDARLIQ ETDİ

Bu gün 17021 abituriyent üçün buraxılış imtahanı KEÇİRİLİR

Bu gün 17021 abituriyent üçün buraxılış imtahanı KEÇİRİLİR

Bu gün 10 mindən çox şagird buraxılış imtahanı verir

Bu gün 10 mindən çox şagird buraxılış imtahanı verir

13-14 avqust tarixlərində 35 şəhər və rayonda imtahan keçiriləcək - VİDEO

13-14 avqust tarixlərində 35 şəhər və rayonda imtahan keçiriləcək - VİDEO

Bu gün ilk qəbul imtahanı keçirilir

Bu gün ilk qəbul imtahanı keçirilir

Bu gün daha 13483 abituriyent imtahan verir

Bu gün daha 13483 abituriyent imtahan verir

I və IV qruplar üzrə qəbul imtahanları keçirilir

I və IV qruplar üzrə qəbul imtahanları keçirilir

Sabah növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək

Sabah növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək

Sabah 36 mindən çox şagird imtahan verəcək

Sabah 36 mindən çox şagird imtahan verəcək

Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 27-də növbəti imtahanlar keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 27-də növbəti imtahanlar keçiriləcək

Bu gün buraxılış imtahanları keçirilir

Bu gün buraxılış imtahanları keçirilir

Şagirdlər sabah buraxılış imtahanı verəcək

Şagirdlər sabah buraxılış imtahanı verəcək

Bu gün mindən çox şəxs buraxılış imtahanı verəcək

Bu gün mindən çox şəxs buraxılış imtahanı verəcək

Bu gün 4606 nəfər imtahan verir

Bu gün 4606 nəfər imtahan verir

DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA

DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA

24 şəhər və rayonda şagirdlər buraxılış imtahanı verəcək

24 şəhər və rayonda şagirdlər buraxılış imtahanı verəcək

“İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannamənin DETALLARI

“İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannamənin DETALLARI