AzTehsil.com


H/N sənədlər
30 may 2016
6 778


Əmək hüququnun subyektlərinin ümumi xarakteristikası



 Əmək hüququnun subyektlərinin ümumi xarakteristikası
 Əmək hüququnun subyektlərinin ümumi xarakteristikası
   Hüququn  subyektləri dedikdə hüquqla tənzimlənən ictimai münasibətlərin, daha doğrusu hüquq münasibətlərinin iştirakçıları başa düşülür.  Hüququn subyektləri müvafiq hüquqlara, vəzifələrə malikdir, habelə qanunla müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşıyırlar.
    Əmək hüququnun subyektləri ilə əmək hüquq nünasibətlərinin subyektləri bir-birindən fərqlənir. Əmək hüququnun subyektləri hüquq münasibətlərinin potensial iştirakçılarıdır, əmək hüquq nünasibətlərinin subyektləri isə real iştirakçılardır.
   Əmək hüququnun subyektləri  əmək qanunvericiliyi ilə tənzimlənən ictimai münasibətlərin əmək hüquq və vəzifələrinə malik olan və onları realizə edən bilən iştirakçılarıdır. Bu subyektlər əmək hüquq fəaliyyət qabiliyyətinə və delikt qabiliyyətinə malik olmalıdırlar. Əmək fəaliyyət qabiliyyəti əmək qanunvericiliyi normaları üzrə öz hərəkətləri ilə əmək hüquq və vəzifələrini həyata keçirmək qabiliyyətidir. Əmək delikt qabiliyyəti dedikdə isə subyektlərin hüquq pozuntularına görə məsuliyyət daşımaq qabiliyyəti başa düşülür.
    Əmək hüququnun bütün subyektləri əmək sahəsində müəyyən hüquqi statusa malik olan, müvafiq əmək hüquq və vəzifələrinin daşıyıcılarıdır. Əmək hüququ subyektinin hüququ statusu onun həmin subyekt kimi əmək qanunvericiliyi ilə təsbit olunmuş əsas hüquqi vəziyyətinə deyilir.Əmək hüququnun əsas subyektlərindən biri işçi hesab olunur və o, əmək münasibətinin və əmək hüquq münasibətinin tərəflərindən biridir. Vətəndaşların əmək hüququnun subyekti kimi çıxış etmələri üçün ilk öncə onların əmək hüquq subyektliyinə malik olmaları vacibdir. Əmək hüquq subyektliyi işçinin hüquqi statusunun məzmununun əsas elementidir. Vətəndaşın əmək hüquq subyektliyi on beş yaşdan yaranır. AR ƏM –in 42-ci maddəsinə əsasən on beş yaşına çatmış hər bir kəs əmək müqaviləsinin tərəfi kimi çıxış edə bilər. Müstəsna hallarda əmək hüquq subyektliyi 14 yaşından yarana bilər. Işçinin əmək müqaviləsi üzrə əsas hüquq və vəzifələri AR ƏM-in 9 və 10-cu maddələrində öz əksini tapmışdır.
     İşçi kimi, işəgötürən də əmək münasibətinin və əmək hüquq münasibətinin tərəfidir. Işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malikmülkiyyətçi və ya onun təyin etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir.  Işəgötürən qismində həm hüquqi şəxs, həm də fiziki şəxslər çıxış edə bilərlər. Işəgötürənin hüquq və vəzifələri qanunvericilikdə dəqiq təsbit olunmuşdur.
     Əmək hüququnun subyekti kimi həmkarlar ittifaqı orqanlarının hüquqi vəziyyəti işçilərin və işəgötürənin hüquqi vəziyyəti ilə müqayisədə spesifik xüsusiyyətlərə malikdir. Işçi və işəgötürəndən fərqli olaraq həmkarlar ittifaqə orqanları əmək münasibətinin tərəfi deyildir. Lakin buna baxmayaraq əmək hüquq münasibətlərinin tənzimlənməsində onların təsiri böyükdür. Bəzən elə olur ki, əmək münasibəti subyeklərinin mənafeləri bir-birinə zidd olduqda işçinin mənafeyinin müdafiə olunmasında həmkarlar ittifaqı orqanları xüsusi rol oynayır. 
   AR Konstitusiyasının 58-ci maddəsinin II hissəsinə görə hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, hənkarlar itifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir.həmkarlar ittifaqının hüquq subyektliyinin əsasında işçilərin həmkarlar ittifaqında birləşmək hüququ durur. Azərbaycan Respublikasında bu hüquq, AR konstitusiyasında ( maddə 58), AR ƏM –in 19-cu, habelə " Həmkarlar ittifaqı haqqında " AR-nin 24 fevral 1994-cu il tarixli Qanununun 3-cü maddələrində təsbit olunmuşdur. Həmkarlar ittifaqı təşkilatı işçilərin ən kütləvi təşkilatıdır. AR ƏM-nin 19-cu maddəsi Həmkarlar ittifaqlarına həsr olunmuşdur.
    Həmkarlar ittifaqları müstəqil sürətdə öz nizamnamələrini, fəaliyyət proqramlarını hazırlayır və təsdiq edir, strukturlarını müəyyənləşdirir, rəhbər orqanlarını seçir və geri çağırır, konfranslar, plenumlar, məclislər, qurultaylar keçirir və Konstitusiya hüquqları əsasımda fəaliyyət göstərirlar. Adından və təşkilatı quruluşundan asılı olmayaraq bütün həmkarlar ittifaqları bərabər hüquqlara malikdirlər ("Həmkarlar ittifaqları haqqında” AR Qanununun 5-ci maddəsi).
Əmrah Orucov



Загрузка...