AzTehsil.com


H/N sənədlər
25 may 2016
6 197


Əmək hüquq münasibətlərinin anlayışı, meydana gəlməsi və subyektləri



Əmək hüquq münasibətlərinin anlayışı, meydana gəlməsi və subyektləri Əmək hüquq münasibətləri ictimai münasibətlərin bir növü olub hüquqla tənzimlənən sahələr sırasına daxildir. Hüquq elminə görə əmək hüquq münasibəti əmək müqaviləsi əsasında yaranan və əmək hüququ normaları ilə tənzimlənən əmək münasibətləridir. Əmək münasibətləri hüquqi formada ifadə olunmuş elə bir ictimai - əmək münasibətidir ki, onun çərivəsində işçi müəyyən haqq müqabilində işəgötürənin xeyrinə və onun rəhbərliyi altında özünün əmək qabiliyyətini realizə edir. Əmək hüquq münasibəti digər növ ictimai münasibətlərdən fərqli olaraq aşağıdakı səciyyəvi xüsusiyyətlərə malikdir:
1) Bu hüquq münasibəti vətəndaşların, təşkilatlarınəmək kollektivinə daxil olmağı ifadə edir. Bunun nəticəsində vətəndaşlar konkret təşkilatın işçisinə çevrilirlər;
2) Bu münasibətin subyekti işçi və işəgötürəndir;
3) Əmək hüquq münasibətlərinin yaranması əsası kimi işəgötürənlə işçinin qarşılıqlı iradə ifadəsi hesab olunan əmək müqaviləsi çıxış edir;
4) Bu münasibətin predmetini işçinin əmək funksiyasını şəxsən yerinə yetirməsi təşkil edir;
5) Münasibət iştirakçılarının davranışları təşkilatın müəssisədaxili intizam qaydaları ilə tənzimlənir;
6) Əmək münasibətləri birdəfəlik deyil, davamlı xarakter daşıyan hüquq münasibətidir.
Yuxarıda göstərilən əlamətlərə malik halların mövcudluğu əmək hüquq münasibətinin yaranması anlamına gəlməlidir.
Əmək münasibətlərinin subyektləri işəgötürən və işçidir. Həmkarlar ittifaqı da əmək hüquq münasibətlərinin subyekti qismində özünü göstərə bilir. Əmək hüquq münasibətlərinin subyektləri dedikdə əməklə bağlı olan, onun həyata keçirilməsi üçün yaranmış ictimai münasibətlərin birbaşa iştirakçıları başa düşülməlidir. Təşkilati-hüquqi formasından, mülkiyyətin növündən, fəaliyyət istiqamətindən asılı olmayaraq bütün hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti məşğul olan fiziki şəxslər əmək hüquq münasibətlərinin tərəfi olduqda işəgötürən hesab olunur. 15 yaşına çatmış hər bir şəxs  işçi qismində əmək münasibətlərinin tərəfi ola bilər. Yəni işəgötürənlə əmək müqaviləsi imzalayıb münasibət iştirakçısı ola bilər (Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsi və Əmək Məcəlləsinin 249-cu maddəsi).
Bundan başqa həmkarlar ittifaqları da əmək hüquq münasibətlərinin subyekti sayılır. Düzdür əmək müqaviləsinin bağlanmasında, ümumiyyətlə əmək münasibətlərinin yaranmasında tərəf olmasa da bu münasibətlərin tənzimlənməsində böyük rola malikdir. Belə ki, əmək hüquq münasibətlərində işəgötürən rəhbər rola malikdir. İşçi onun tabeçiliyindədir. İşçi ilə işəgötürən arasında tez-tez ziddiyyətlərin, hüquq pozuntularının baş verməsini nəzərə alsaq işçinin bu qarşıdurmada ciddi və etibarlı müdafiəçiyə ehtiyacı olması gün kimi aydındır. Bu müdafiə rolunu uzun illərdən bəri həmkarlar ittifaqları oynamışdır və bu indi də belədir. Konstitusiyamızın və digər qanunvericilik aktlarının vətəndaşlara verdiyi ixtiyara əsaslanaraq hər bir vətəndaş həmkarlar ittifaqında birləşə bilər. 



Загрузка...
Həmçinin oxuyun: