AzTehsil.com
RU


Müəllim
17 may 2016
28 829


Estetik tərbiyə



Estetik tərbiyəEstetik tərbiyə:
      Estetik tərbiyə ahəngdar inkişaf etmiş şəxsiyyət tərbiyəsinin tərkib hissələrindən biridir. "Estetika" yunanca "estezis" sözündən olub, hiss etmək, qavramaq deməkdir. Estetik tərbiyə dedikdə, incəsənət və həyatdakı gözəlliklərin qavranmasına, estetik zövq və qabiliyyətlərin inkişafına yönələn təsirlərin məcmusu nəzərdə tutulur.
        Estetik tərbiyə şəxsiyyət tərbiyəsində böyük rol oynayır. Estetik tərbiyə əqli tərbiyəyə kömək göstərir: o, insana bilik verir, həyatı dərk etməyə yardım edir.
        Estetik tərbiyə əmək tərbiyəsi ilə də sıx bağlıdır. Əmək, yaradıcı fəaliyyət ən gözəl zövq mənbəyidir. İnsanın xoşbəxtliyi yaradıcı əməklə, əmək sevinci ilə bağlıdır.
        Estetik tərbiyə fiziki tərbiyə ilə də əlaqədardır, sağlamlığa müsbət təsir edir. Zövq-estetik şüur və hislərin təsiri ilə formalaşır.
        Estetik zövq gözəlliyi qiymətləndirmək bacarığıdır. Estetik zövq əsasında insanda varlığa, incəsənətə əsaslı, qiymətləndirmə bacarığı formalaşır.
        Böyüyən nəsildə bədii yaradıcılıq bacarıq və vərdişləri, bədii-estetik qabiliyyətləri inkişaf etdirmək lazımdır. Şagirdlər incəsənətin bu sahəsində müəyyən bacarıqlara yiyələnməli (musiqi alətində çalmaq, rəqs etmək, şəkil çəkmək, şer və ya hekayə yazmaq, bədii oxu və bədii tikişlə məşğul olmaq və s.), həyata, cəmiyyətə gözəlliklər bəxş etməlidirlər. Özünü təsdiqin mühüm şərtidə elə budur. Estetik tərbiyənin səmərəsi üçün bir sıra prinsipləri rəhbər tutmaq lazımdır. Bu prinsiplər aşağıdakılar kimi ayırmaq olur:
1. Estetik tərbiyə insanın dünyagörüşünün
formalaşması prosesi ilə sıx əlaqəli şəkildə aparılmalıdır.
2. Estetik tərbiyədə müəyyən ardıcıllıq gözlənməlidir.
3. Estetik tərbiyə hərtərəfli aparılmalıdır.
4. Estetik tərbiyədə uşaqların yaş xüsusiyyətləri nəzərə alınmalıdır.Estetik tərbiyə



Загрузка...
Həmçinin oxuyun: