AzTehsil.com


test / Direktor
16 may 2016
66 228


"Təhsil Qanunu"na aid testlər və cavabları



 

"Təhsil Qanunu"na aid testlər və cavabları

 

ÖZÜNÜZÜ YOXLAYIN:

 
"Təhsil Qanunu"na aid testlər və cavabları
1. GÖSTƏRİLƏN BƏNDLƏRİN BİRİ TƏHSİL SAHƏSİNDƏ DÖVLƏT SİYASƏTİNİN PRİNSIPLƏRINƏ AID DEYIL:
A) Humanistlik, demokratiklik, bərabərlik
B) Millilik və dünyavilik, keyfiyyətlilik, səmərəlilik
C) Fasiləsizlik, vəhdətlik, daimilik
D) Aşkarliq, elmilik, əhatəlilik
E) Varislik, liberallaşma, inteqrasiya

2. TƏHSİL SAHƏSİNDƏ DÖVLƏT STANDARTLARI DEDİKDƏ NƏ BAŞA DUŞÜLÜR?
A) Şagirdlarin bilik və bacarıqlarına qoyulan teleblərdir
B) Təhsil verənlərin şəxsi və реşəкаг keyfiyyətlərinə verilən dövlət tələbləridir
C) Fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasmda hazirlanan və müəyyən dövr üçün vahid döviət tələblərini əks etdirən ümumi normalar məcmusudur
D) Мüəyyən dovr üçün ümumtəhsil müəssisələrinin fəaliyyətini əks etdirən normalar toplusudur
E) Elmi-pedaqoji prinsiplər asasında hazırlanan və fənn proqramlarına qoyulan dövlət tələbləridir
 
3. TƏHSIL SAHƏSİNDƏ DÖVLƏT STANDARTLARI HANSI MÜDDƏT ÜÇÜN HAZIRLANIR?
A) 5 ildən az olmayaraq
B) 3 ildən az olmayaraq
C) 10 ildən az olmayaraq
D) 2 ildən az olmayaraq
E) 1 dərs ili müddətinə
 
4. HANSILAR DÖVLƏT TƏHSİL STANDARTLARININ ƏHATƏ ETDİYİ SAHƏLƏRDİR?
1. Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi
2. Təhsilin idarə olunması
3. Dərs vəsaitlərinin məzmunu və tərtibatı
4. Təhsilverənlərinkeyfiyyət göstəriciləri
5. Təhsili idarəetmə orqanlarının strukturu
6. Təhsilin maddi-texniki və tədris bazası
7. Təhsilverənlərin əmək haqlarının ödənilməsi formaları
8. Təhsilin məzmunu
A) 1, 2, 5, 6, 7
B) 1, 2, 4, 6, 8
C) 2, 4, 6, 7, 8
D) 1, 3, 5, 7, 8
E) 1, 4, 5, 6, 7
 
5. AYRI-AYRI TƏHSİL PİLLƏLƏRİ VƏ SƏVİYYƏLƏRİ ÜZRƏ TƏHSİLİN MƏZMUNUNU VƏ MƏNİMSƏNİLMƏ QAYDALARINI NƏ MÜƏƏYƏN EDİR?
A) Təhsil qanunu
B) Təhsil standartları
C) Müvafiq icra hakimiyyəti
D) Təhsil proqramı
E) Dərs vəsaitləri
 
6. AZƏRBAYCAN RESPUBLİKASINDA HANSI TƏHSİL FORMALARI TƏTBİQ OLUNUR?
A) Əyani, qiyabi, axşam
B) Ödənişli, qeyri-ödənişli, güzəştli
C) Distant, əyani, qiyabi
D) Dövlət, özəl, bələdiyyə
E) Formal, qeyri-formal, informal
 
7. AZƏRBAYCAN RESPUBLİKASINDA TƏHSİLALMA FORMALARINI SEÇİN.
1. Formal
2. Əyani
3. Qeyri-formal
4. Qiyabi
5. Distant
6. Ənənəvi
7. İnformal
8. Sərbəst
A) 1, 3, 4, 6
B) 2, 4, 6, 7
C) 1, 2, 3, 7
D) 2, 4, 6, 8
E) 2, 4, 5, 8
 
8. AZƏRBAYCAN RESPUBLİKASINDA MÜLKİYYƏT NÖVÜNƏ GÖRƏ BELƏ TƏHSİL MÜƏSSİSƏSİ MÖVCUD DEYİLDİR:
A) Dövlət
B) Xüsusi
C) Özəl
D) Bələdiyyə
E) Düzgün cavab yoxdur
 
9. TƏSİSÇİLƏRİ ƏCNƏBİLƏR VƏ YA VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏR, XARİCİ HÜQUQİ ŞƏXSLƏR OLAN TƏHSİL MÜƏSSİSƏLƏRİNİN PROFESSOR-MÇÜƏLLİM HEYƏTİNİN HANSI HİSSƏSİNİ AZƏRBAYCAN RESPUBLİKASININ VƏTƏNDAŞLARI TƏŞKİL ETMƏLİDİR?
A) 50 faizindən çoxu
B) 75 faizə qədəri
C) 75 faizindən çoxu
D) 80 faizindən çoxu
E) Müəllim heyətinin hamısını Azərbaycan vətəndaşları təşkil etməlidir
 
10. HANSI HALLARDA DÖVLƏT TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ XÜSUSİ RAZILIQ (LİSENZİYA) MÜDDƏTSİZ VERİLİR?
A) Bütün hallarda
B) Yüksək təlim göstəriciləri ilə seçildikdə
C) Müəllimlərinin böyük hissəsi ali kateqoriyalı olduqda
D) Beynəlxalq layihələrdə qalib olduqda
E) "Ən yaxşı ümumtəsil məktəbi” müsabiqəsinin qalibi olduqda
 
11. ÜMUMİ TƏHSİLİN STRUKTURUNU GÖSTƏRİN:
A) Məktəbəqədər, ibtidai, ümumi orta, tam orta
B) Məktəbəqədər, ibtidai, ümumi orta, tam orta, ilk peşə
C) İbtidai, ümumi orta, tam orta
D) İbtidai, ümumi orta, tam orta, ilk peşə
E) Ümumi orta, tam orta, ilk peşə
 
12. ÖLKƏMİZDƏ MƏKTƏBƏQƏDƏR TƏHSİL NEÇƏ YAŞINDAN BAŞLANIR?
A) 1,5 yaşdan
B) 2 yaşdan
C) 3 yaşdan
D) 4 yaşdan
E) 5 yaşdan
 
13. HANSI TƏHSİL PİLLƏSİNDƏ TƏHSİLİN TƏMAYÜLLƏŞMƏSİ TƏTBİQ OLUNUR?
A) Ali
B) Ümumi orta
C) Tam orta
D) İlk peşə
E) İbtidai
 
14. BİRİ AZƏRBAYCAN RESPUBLİKASINDA ƏLAVƏ TƏHSİL İSTİQAMƏTİNƏ AİD DEYİL:
A) Özəl kurslar
B) Yaşlıların təhsili
C) Stajkeçmə
D) İxtisasartırma
E) Təkrar ali təhsil
 
15. TƏHSİL MÜƏSSİSƏSİNİN FƏALİYYƏTİNİN DÖVLƏT TƏHSİL STANDARTLARINA UYĞUNLUĞUNUN VƏ ONUN STATUSUNUN MÜƏYYƏNLƏŞDİRİLİB TƏSDİQ EDİLMƏSİ PROSEDURU NECƏ ADLANDIRILIR?
A) Attestasiya
B) Monitorinq
C) Sertifikasiya
D) Nostrifikasiya
E) Akkreditasiya
 
16. ELEKTRON, TELEKOMMUNİKASİYA, PROQRAM-TEXNİKİ VASİTƏLƏR ƏSASINDA HƏYATA KEÇİRİLƏN TƏHSİL HANSI TƏHSİLALMA FORMASINA AİDDİR?
A) Formal
B) Qiyabi
C) Məsafədən
D) İnformal
E) Xüsusi
 
17. "TƏHSİL MƏHSULU” DEDİKDƏ NƏ BAŞA DÜŞÜLÜR?
A) Müəəyyən bilik və bacarıqlara yiyələnməsi müvafiq təhsil sənədi ilə təsdiq olunmuş məzun
B) Təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fənn proqramları, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri
C) Dövlət təhsil standartları çərçivəsində hazırlanmış fənn kurikulumları
D) Dərsliklər, müəllim üçün dərs vəsaitləri
E) İstedadlı şagirdlər və yaradıcı müəllimlər
 
18. DÖVLƏT TƏHSİL SƏNƏDİNİN VERİLMƏSİ İLƏ BAŞA ÇATMAYAN TƏHSİL FORMASI HANSIDIR?
A) Formal
B) Qiyabi
C) Əyani
D) İnformal
E) Eksternat
 
19. TƏHSİL HAQQINDA SƏNƏDİN EKVİVALENTLİYİNİN MÜƏYYƏN EDİLMƏSİ PROSEDURU NECƏ ADLANIR?
A) Akkreditasiya
B) Nostrifikasiya
C) Attestasiya
D) Lisenziyalaşdırma
E) Sertifikatlaşdırma
 
20. TƏHSİL KREDİTİ DEDİKDƏ NƏ BAŞA DÜŞÜLÜR?
A) Təhsil almaq üçün dövlət tərəfindən verilən uzunmüddətli kredit
B) Ali təhsil pilləsində təhsili davam stdirmək üçün vürilən kredit
C) Ali təhsil pilləsində təhsil proqramlarının həcmi
D) Beynəlxalq kredit təşkilatları tərəfindən təhsilin inkişafı üçün ayrılan vəsait
E) Fənnin məzmununa və həcminə uyğun olaraq onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahidi
 
CAVABLAR:
1–D, 2–C, 3–A, 4–B, 5–D, 6–D, 7–E, 8–B, 9–E, 10–A, 11–D, 12–C, 13–C, 14–A, 15–E, 16–C, 17–B, 18–D, 19–B, 20–E.

-Vaqif Mahmudovdan...



Загрузка...