AzTehsil.com
RU


Psixoloq / Direktor
13 may 2016
6 530


Liderlik və ya idarəedicilik, hansı daha vacibdir? Daşqın Həmidzadə



 Liderlik və ya idarəedicilik, hansı daha vacibdir?

Müəllif: Daşqın Həmidzadə
Liderlik nadir insanlara xas olan, anadangəlmə xüsusiyyətdir. Həyat tərzi və keçmişdə qazandığı təcrübələr  liderliyi meydana gətirər. "Lider" sözü ingiliscə "leader" sözündən götürülmüş "bələdçi", "idarəedici", "rəhbər”  mənalarını daşıyır.
Çox zaman idarəedicilik və liderlik bir-biri ilə qarışdırılır, lakin bunların ikisidə çox fərqli anlayışdır. İdarəçilik, sonradan öyrənmə yolu ilə əldə olunur. Liderlik isə insanların daxilindən gəlir. İdarəçilik üçün bir insan təhsil ala bilər, idarəçiliyin bütün sistemlərini mənimsəyə bilər və nəhayət təcrübələrlə bu insan çox gözəl bir idarəçi ola bilər.
 Lakin liderlik haqqında nə qədər təhsil, məlumat alınsa da, nə qədər bu barədə danışılsa da lider olmaq üçün bunlar yetərli olmaya bilər. Lider təsir edən, idarə edən, gözəl örnəklər verə bilən, cəmiyyətə yararlı olanı aydın sezmək yolu ilə düzgün qiymətləndirən,  məsuliyyətlə, ağılla davranan, düzgün yol göstərməyi bacaran insandır.  Lider başqalarından aldığı bilik və təcrübələrlə bilikli ola bildiyini, ancaq sadəcə öz ağlı ilə ağıllı ola bildiyini bilir. Bu səbəblə ətrafındakılarla məsləhətləşər, lakin son qərarı bütün məsuliyyəti üzərinə götürərək özü qərar verər.
Sahib olduğu güclü dəyərlər sayəsində ətrafında yaratdığı xarizmatik nümunəvi insan və əsaslı davranışları ilə digər insanlar üçün bir ideal insan modeli olmasına yol açar. Lider həmçinin tolerant və xoş xasiyyət bir insandır. Hər kəslə tolerant davranır və hər kəslə də sərhəd saxlayır. Sevgi göstərən hər hansı bir insan qarşısındakından sevgi görməyə bilər, ancaq hörmət göstərən hər hansı bir lider qarşısındakından mütləq mənada hörmət görür.
Bəs, bir liderdə cəmlənməli olan xüsusiyyətlər nələrdir?
Enerji: lider, birlikdə çalışdığı şəxslərin istəklərini, hətta daha çoxunu etməyə istəkli olmalıdır. Onlardan daha çox işləmək, düşünmək, təhlükəyə sinə gərmək, hər kəsdən çox yük yüklənmək məcburiyyətindədir. Amma o, bunu sevərək edir və məcburiyyətdə qalırmış kimi davranmaz.
Liderlik və ya idarəedicilik, hansı daha vacibdir?    Daşqın Həmidzadə
Maraq: İnsanlar özlərinə və problemlərinə həqiqətən maraq göstərdiyinə inanmadıqları kimsənin arxasından getməzlər. Lider arxasından gələnləri yaxşı tanımalı, onları qəmgin olmamağa sövq etməli, onların yaradıcılığını ortaya çıxarmalıdır. İnsanların  hər birinin nə ilə motivasiya olduğunu öyrənər, işin hansı yanından zövq aldıqlarını, güclü və zəif yanları olaraq nələri gördüklərini hər biri ilə ayrı ayrılıqda müzakirə edər.
Nəzarət bacarığı: Lider kontrolu bacarandır. Lider, hər nə qədər hadisələrin içində olsa da hadisələrin axınına özünü salmaz, hər zaman üçün onun bir tərəfi hadisələrin xaricində nəzarətçi rolundadır. Lider həmişə situasiyaya kənardan baxmağı bacarmalı, situasiyanın qurbanına çevrilməməli və situasiyanı özünə tabe etməyi bilməlidir. Hadisələr içində öhdəliyində olanları təqib edər və işin öhdəsindən gəlmək tərzlərini güclü təqib sezgisiylə izlər. Müvəffəqiyyətli nəticənin fərdlərin (komandanın hər bir üzvünün) ortaq zəhmətinin və müvəffəqiyyətinin bəhrəsi olduğunu görüb, hər üzvün doğru yolda və doğru hədəfdə olmasına köməklik göstərər.
Liderlik və ya idarəedicilik, hansı daha vacibdir?    Daşqın Həmidzadə
İstəkli olmaq: Uzun iş saatları liderlik mövqeyinin gərəyidir. Lider, keçmişin rahatlığını düşünməz, onun üçün əhəmiyyətli olan şey gələcəyin gətirəcəyi müvəffəqiyyət və insanların üzündə görəcəyi bacarmaq sevincidir.
İdarəçilik:  İnsanlar təriflənməkdən və təqdir edilməkdən xoşlanarlar.  Liderlər –insanları hər kəsin içində tərifləyər, motivasiya verər, görülən hər bir işi qiymətləndirər və əldə olunan hər bir uğura görə təbrik etməkdən çəkinməzlər. Lakin lazım olduğunda da xəbərdarlıqdan etməkdən də qaçmamalıdırlar. Amma  xəbərdarlıq işini yerinə yetirərkən  qəlb qırıcı olmamalı, hədəfdən yayınmalardakı faktlara vurğu edilməlidir. İnsanlar arasında doğulacaq olan qarşıdurmaları görməməzlikdən gəlməməli, anında müdaxilə etməli, performansa təsir etmədən mütləq həllinə çatmalıdır. 
Özünü Yeniləmə: Sürətli dəyişən dünya liderin davamlı olaraq yeni məlumatlara yiyələnməsini və özünü davamlı inkişaf etdirməsini zəruri edər. Lakin bir liderdən hər şeyi bilməsi gözlənilməzdir. Lider, özündən daha məlumatlı şəxslərin məlumatlarını ortaq məqsəd istiqamətində istifadə etməsi üçün insanları təşviq edən adamdır. Güclü liderlik insanların güclü motivasiyası və hədəf istiqamətində bir-birlərini inkişaf etdirmək səviyyəsi ilə də ölçülə bilir.
Zamanını seçmək:  Lider, köhnəlmiş düşüncələrə ilişib qalmadan onları bir kənara buraxıb, yeni fikir və məsləhətlərə açıq olmalı, özünü davamlı yeniləməlidir.
Başa düşülən olmaq:  Lider hökmünü məntiq çərçivəsində verməli, öz düşüncələrinin alternatiflərini müqayisə etməli  və ondan sonra qərar verməlidir. Düşüncələrini açıq və aydın şəkildə ifadə etməlidir.
İnanmaq: Bir lider, yanındakı adamlarına və onları yönəltdiyi məqsədə inanmaq məcburiyyətindədir. Özünün inanmadığı bir şeyə, yanındakılarıda inandırmaq və səhvlərinə ortaq etmək səhvinə düşməməlidir. Amma inandığı bir şeyində arxasından sonuna qədər bütün təhlükələrə baxmayaraq getməlidir.
Güclü xarakter: Liderlər – stressli  və gərgin vəziyyətlərdə mühiti ələ almağı bacaran insandır. Bütünlüklə hadisələrə baxan, tənzimləyici rolunu boynuna götürən, qarşılaşdığı çətinliklərə müdriklik və soyuqqanlılıqla yaxınlaşan kəslərdir.
Liderlik və ya idarəedicilik, hansı daha vacibdir?    Daşqın Həmidzadə
Çətinliklərdən qorxmamaq:  Lider, zamana nəzarət edən, zamana qarşı təsirli qərar alan və çətinlikləri məğlub etməyi sevən adamdır. O, ən çətin görünən problemləri həll etməkdən zövq alan və o, bu inancı insanlara yayan adamdır.
Həvəs: Lider, hər zaman aktiv və enerjili adamdır. O, əksəriyyətlə optimist və dəyişiklik yaradar. Ümumiyyətlə dinamikdir, yerində dayana bilməz, hər zaman üçün yeni bir şeylər yaratmaq üçün yorulmadan qətiyyət göstərər.
Şüurluluq:  Hər zaman üçün mükəmməlliyə istiqamətli yüksək standartları və ən yaxşını etməyə istiqamətli yüksək daxili istəyi vardır. Öz içində isə, daima daxili intizamını qorumağa istiqamətli şüurlu davranış və əxlaqi dəyər nümayiş etdirər.
Məsuliyyətlilik: Lider, İctimai olaraq məsuliyyətli bir quruluşdadır. Başqalarının məsuliyyətinin üzərində olduğunun şüuruyla hərəkət edər. Bu xüsusiyyət ona hadisələrə qarşı güc verər.
Fikri güclülük: Yaxşı lider praktikdir, məntiqlidir və hədəfə istiqamətlidir. Emosional hisslərə özünü qapdırıb hərəkətə keçmə meyli aşağıdır, tənqidlərə qarşı dayanıqlıdır. Tənqidi inkişafının parçaları olaraq görər. Özünə inamı olduqca yüksəkdir.
Komanda Şüuru: Komanda şüuru yaradan hər lider güclü lider deyil. Əhəmiyyətli olan komanda şüurunun həmrəylikçi quruluşda olması və komandanın qərarlara təsirli iştirakının təşkil edilməsidir. Güclü lider, öhdəsindəki fərdləri komanda ruhu içində yaradıcı edən liderdir.
Ümumiyyətlə isə , lider ola bilmək üçün insanın özünü, yaxın və uzaq çevrəsini bir birinə tam şəkildə bağlaya biləcək bir hədəfi olmalıdır. Hədəfinizin nə olduğunu bilmirsinizsə, gördüyünüz işin zaman itkisindən və daha başdan müəyyən müvəffəqiyyətsizlikdən kənar mənası olmaz.
"Mən nə qədər uzağa hədəf qoya bilərəm?”
"Mən kiməm ki böyük hədəflərim olsun, böyük ideyaların dalınca qaçam, mənə icazə verməzlər, məni bu yolda əngəlləyərlər, mənə kiçicik hədəflər bəs edər " deyən bir insanın liderlik yolundakı qətiyyəti nə qədər təsirli ola bilər ki?
Mən kimdir?  Mən - Özünə inamdan başlayır.  Özünə inam, içində olunan mühitin fərdi necə qəbul etdiyindən, o fərdin özü ilə əlaqədar qəbulunun yəni edə biləcəklərinin daxili qərarıdır.  Çin dilində öyrənə bilərəmmi? Qətiyyətlə, dayanmadan "bəli” deyə bilirikmi? Özünə inam üçün ehtiyac olan vacib element Etibardır. Etibar - verilərək alınan bir şeydir. Yalan söyləməyib, etdiyini gizləməyərək, hərəkətlərimizlə əks etdirərik qarşımızdakı insana. Və 'SEVGİ' bizə xəyallarımızın kənarında bir yol açan, motivasiyamızı artıran, sehrli bir dünya. Sevgi, yalnız söyləyərək verilməz, bunun üçün davranışlarımızla da dəstəkləməyimiz lazımdır.
Bu dünyadakı hər kəsin öz hədəflərini seçmə və arxasından getmə haqqı vardır. Yaxşı bir lider, nəyi bacarmaq istədiyini bilir. Hara getmək istədiyini də, niyə oraya çatmaq istədiyini də yaxşı bilir. Bunun üçün insan özünə inam hissi ilə baxması və ətrafına güvən və sevgi verməsi lazımdır.  Bir lider olaraq, bir başqasının sizin üçün hədəf seçməyini gözləməyin! İşarə gözləyən adamın lider ola biləcəyindən şübhələnmək üçün kifayət qədər səbəb var deməkdir. Böyük hədəflərə çatmanın yolu böyük məqsədləri kiçik addımlara bölmək və hər gün bir addımını reallaşdırmaqdır. Bacardığınız hər addım, etdiyiniz hər irəliləmə bir sonrakı irəliləyiş üçün lazımlı olan inam və istəyi yaradacaq. Ən pis nəticəni qəbul edən, ən yaxşı nəticəni əldə edəcək. Çünki problemlə ən yıxılmaz cəsarətlə boğuşduğunuz o an - ən pis nəticəni gözə aldığınız andır.
Heç bir əsgər ölməkdən qorxmayan əsgər qədər qorxuducu ola bilməz. Və unutmayın ki , kiçik hədəflər üçün xərcləyəcəyiniz səy böyük hədəflər üçün xərcləyəcəyiniz səydən az deyil. Siz qalxın və gedin, kölgəniz hökmən  arxanızla gələcək



Загрузка...