Direktor
06 may 2016
13 376
MÜDİRLƏ LİDER ARASINDA 10 FƏRQ--DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN
1. Müdir adidir, lider isə adamı həmişə təəccübləndirməyi bacarır.Birincilər həmişə ciddi olur. Məsələn, kollektivlə birlikdə hardasa əylənməyə getmisiniz, müdir işdəki ciddi imicindən çıxmır. Amma lider sizinlə birlikdə dəlicəsinə içib rəqs edə bilər.
2. Müdir tez əsəbiləşir, lider isə səbirlidir.Birincilərdə təmkin olmadığına görə əsəbiləşməyə meyllidirlər. Liderlər isə səbirli olmaqla kollektiv ruhlandırır.
3. Müdir iddialıdır, lider isə əzmli.Əlbəttə, iddialı olmaq pis şey deyil. Amma bu iddialar bəzən çox pis nəticələnir. Nəyisə hamıdan yaxşı bildiyini iddia edib, sonra məyus olmaq heç də yaxşı hal deyil. Əzmkarlıq nümayiş etdirmək isə liderlərə məxsusdur.
4. Müdir riski sevmir, amma lider macəradan qorxmur.Müdir itirəcəklərindən qorxur. Liderin isə belə bir qorxusu yoxdur. O risk etməyi sevir, macərapərəstdir.
5. Müdir adamın ayağını sürüşdürür, amma lider maneələri aradan qaldırır.
Müdir işçisinin qabağa getməsini istəmir, bu onu qorxudur. Amma liderlər daim çalışır ki, kollektiv üzvlərinin qabağına çıxan bütün maneələri aradan qaldırsın.
6. Müdir bütün uğurları öz üzərinə götürür və təriflərin ona gəlməsini istəyir. Lider isə təqdir edir.Kollektiv əməyin nəticəsini görmək istəmir müdir. Görsə də qəbul etmək istəmir. "Mən olmasaydım, bu uğuru əldə edə bilməzdik” deyə düşünür. Amma lider bunun tam əksidir. O, uğurlarına görə fərdləri təqdir etməyi bacarır.
7. Müdir sizi hazırlıqsız olmaqda günahlandırır, amma lider hər şeyə özü hazırdır.İkincilər bütün çətinliklərin öhdəsindən tək gəlmək bacarığına malikdirlər.
8. Müdir heç kimə qulaq asmır, amma lider müzakirə aparır, birlikdə qərar verir və birlikdə həyata keçirir.Birincilər eqoistdir. Özlərindən başqa heç kimi görmürlər. Uzaqbaşı qarşısındakını dinləyib axırda özü qərar verir. Amma lider başqalarının fikrinə hörmətlə yanaşır. Qrup qərarlarına üstünlük verir.
9. Müdir qorxutmağa çalışır, lider isə cəsarətləndirir.Kollektivi daim nəzarətdə saxlamaq, ona hörmət edilməsini təmin etmək üçün qorxutmağa çalışır müdir. Qorxudur ki, sözündən heç kim çıxmasın. Amma liderin belə kompleksi yoxdur. Ona zatən hörmət edirlər. Ondan qorxmurlar, onu sevirlər.
10. Müdir tək olmağı sevir, lider isə liderlər yetişdirmək istəyir.Kiminsə gəlib onun yerində oturacağından qorxur müdir. Amma liderin belə dərdi yoxdur. Əksinə o özü kimilərini görməkdən ləzzət alır.