AzTehsil.com


Direktor
12 iyul 2016
8 512


Əmək intizamını pozmağa görə məsuliyyət



 


Əmək intizamının pozulması məktəbin nizamnaməsi, Daxili intizam qaydaları, ümumtəhsil məktəblərinin Əsasnaməsi, vəzifə təlimatları ilə işçiyə həvalə olunmuş vəzifələri yerinə yetirməmək, yaxud lazımi qədər icra etməmək inzibati cəza və ictimai təsir tədbirlərinin görülməsinə, yaxud qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlərin tətbiq edilməsinə səbəb olur.
1. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:
a) töhmət vermək;
b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əməkhaqqının 1/4 məbləğində çox olmamaq şərti ilə cərimə ödəmək;
ç) əmək müqaviləsini Azərbaycan Respublikasının 70 «ç» maddəsinin bəndilə ləğv etmək.
2. Məktəb direktoruna intizam tənbehi təyin etmək və ya işdən azad etmək hüququ yuxarı təhsil orqanlarına, direktor müavinlərinə isə intizam tənbehi təyin etmək və işdən azad etmək hüququ məktəb direktoruna verilir.
3. Məktəbin direktoru və ya onun müavinləri əmək vəzifələrini yerinə yetirməyən işçilərə qarşı ciddi tələbkarlıq şəraiti yaradır, əmək intizamını pozan üzvləri barəsində ictimai təsir tədbirləri tətbiq edir və bu şəxslərə qarşı qanunvericiliklə müəyyənləşdirilmiş qaydada intizam tədbirlərini tətbiq etmək məqsədilə sənədlərə baxılmaq üçün həmkarlar ittifaqı komitəsinə təqdim edirlər.
4. Tənbeh verməzdən əvvəl əmək intizamını pozandan yazılı izahat tələb edilməlidir. İşçinin izahat verməkdən imtina etməsi cəzanın tətbiq edilməsinə mane ola bilməz.
İntizam tənbehi müdiriyyət tərəfindən bilavasitə xata aşkara çıxan kimi, lakin həmin gündən ən çoxu bir ay keçənə qədər (işçinin xəstələndiyi və məzuniyyətdə olduğu vaxt nəzərə alınmadan) tətbiq edilir.
İntizam tənbehi xatanın baş verdiyi gündən 6 ay keçənə qədər verilə bilər. Bu müddət keçdikdən sonra işçilərə tənbeh verilə bilməz. Göstərilən müddət cinayət işi üzrə istehsalat vaxtına daxil edilmir.
5. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir və bu zaman xatanın ağırlığı, onun baş verdiyi şərait, işçinin əvvəlki işi və onun davranışı nəzərə alınmalıdır.
6. Həmkarlar ittifaqı komitəsinin tərkibinə seçilmiş işçilərə məktəb həmkarlar ittifaqı komitəsinin icazəsi olmadan, bu komitənin sədrinə yuxarı həmkarlar ittifaqı orqanlarının icazəsi olmadan intizam tənbehi verilə bilməz.
7. İntizam tənbehi əmrlə (sərəncamla) elan edilir və onun səbəblərini göstərməklə işçiyə sənədlər təqdim edilir. Əmr (sərəncam) zəruri hallarda həmin məktəbin işçilərinin nəzərinə çatdırılır.
8. İntizam tənbehi verildiyi gündən 6 ay müddətində qüvvədə olur.
İntizam tənbehi ilə razı olmayan işçi məhkəməyə müraciət edə bilər.
İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına riayət etdiyinə görə işçi mükafatlandırılsa, mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir.
 Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqıRespublika Komitəsi tərəfindən «30» iyun 2010-cu il tarixində təsdiq edilmişdir.
 



Загрузка...
Həmçinin oxuyun:
İntizam tənbehi verilən gündən sonra nə qədər müddətdə qüvvədə qalır?

İntizam tənbehi verilən gündən sonra nə qədər müddətdə qüvvədə qalır?

İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Təhsil Nazirliyi bildirir : 7 Cinayət işi,21 işdən azadetmə,41 intizam tədbiri-2015-ci ilin nəticələri...

Təhsil Nazirliyi bildirir : 7 Cinayət işi,21 işdən azadetmə,41 intizam tədbiri-2015-ci ilin nəticələri...

Məktəb rəhbərlərinin əsas vəzifələri

Məktəb rəhbərlərinin əsas vəzifələri

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır

Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır

Əmək hüquq münasibətlərinin anlayışı, meydana gəlməsi və subyektləri

Əmək hüquq münasibətlərinin anlayışı, meydana gəlməsi və subyektləri

Əmək müqaviləsi əmək hüquq münasibətlərinin yaranma əsası kimi

Əmək müqaviləsi əmək hüquq münasibətlərinin yaranma əsası kimi

İş vaxtı ,onun müddəti,istirahət vaxtı

İş vaxtı ,onun müddəti,istirahət vaxtı

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

Fərdi əmək mübahisələri

Fərdi əmək mübahisələri

Təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə sınaq müddəti müəyyən edilməlidirmi?

Təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə sınaq müddəti müəyyən edilməlidirmi?

İşçilərə məzuniyyət vaxtı əlavə sosial - məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi  QAYDALARI

İşçilərə məzuniyyət vaxtı əlavə sosial - məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi QAYDALARI

Əmək münasibətləri - Əmək mübahisələri

Əmək münasibətləri - Əmək mübahisələri

İş vaxtının anlayışı və növləri

İş vaxtının anlayışı və növləri

Əmək Məcəlləsindən çıxarış  IV bölmə   İş vaxtı

Əmək Məcəlləsindən çıxarış IV bölmə İş vaxtı

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Əmək hüququnun subyektlərinin ümumi xarakteristikası

Əmək hüququnun subyektlərinin ümumi xarakteristikası

Əmək mübahisələri, yaranma səbəbləri və həlli qaydası

Əmək mübahisələri, yaranma səbəbləri və həlli qaydası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

Sual  - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?

Sual - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?

Əmək münasibətlərində hər hansı ayrı-seçkilik halına yol verilməsi düzgündürmü?

Əmək münasibətlərində hər hansı ayrı-seçkilik halına yol verilməsi düzgündürmü?