Xəbərlər / D.Qulluğu
16 noyabr 2023
852


Dekabrın 17-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 17 dekabr 2023-cü il tarixində dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB altqruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.


Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.


Bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat 16 noyabr saat 13:00-dan 6 dekabr saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2500 yer ayrılıb.


İmtahan yeri (binası) barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.


İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.


Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299 və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.


Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının “Tələbə-məzun” dövlət elektron məlumat sistemində olub - olmadığını “Elektron hökumət” portalından DİM-in “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” elektron xidməti vasitəsilə öyrənə bilərlər.


Namizədlərin qeydiyyatdan keçməmişdən əvvəl vəzifə qrupunu düzgün seçmələri, imtahana daha səmərəli hazırlaşmaları və imtahanda davranış qaydaları ilə tanış olmaları üçün aşağıdakılardan istifadə etmələri tövsiyə olunur:

Test imtahanında yoxlanılacaq bilik sahələri və hər sahə üzrə test tapşırıqlarının sayı və vəzifə altqrupları üzrə keçid balları;


Test imtahanı proqramları;


“Namizədin yaddaş kitabçası” - kağız daşıyıcılar vasitəsilə keçirilən test imtahanları üçün;


Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə test imtahanında iştirak edir.


Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.


İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Dövlət qulluğuna test imtahanında iştirak etmək üçün qeydiyyat elan edilib

Dövlət qulluğuna test imtahanında iştirak etmək üçün qeydiyyat elan edilib

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Dövlət qulluğu vəzifələri üzrə keçiriləcək test imtahanına qeydiyyat elan edilib

Dövlət qulluğu vəzifələri üzrə keçiriləcək test imtahanına qeydiyyat elan edilib

İnzibati vəzifələr üzrə test imtahanına qeydiyyat başladı

İnzibati vəzifələr üzrə test imtahanına qeydiyyat başladı

Məmur olmaq istəyənlər üçün imtahan keçiriləcək

Məmur olmaq istəyənlər üçün imtahan keçiriləcək

Bu namizədlər qeydiyyatdan keçə bilərlər...Test imtahanı keçiriləcək

Bu namizədlər qeydiyyatdan keçə bilərlər...Test imtahanı keçiriləcək

Dövlət qulluğunda bu vəzifələrə imtahana qeydiyyat başlayır

Dövlət qulluğunda bu vəzifələrə imtahana qeydiyyat başlayır

Dövlət qulluğunda vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat davam edir

Dövlət qulluğunda vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat davam edir

Qeydiyyat davam edir

Qeydiyyat davam edir

DİM miqrasiya orqanlarına müsabiqə elan edir

DİM miqrasiya orqanlarına müsabiqə elan edir

Dövlət qulluğu müsabiqəsinin imtahanına qeydiyyat sona çatır

Dövlət qulluğu müsabiqəsinin imtahanına qeydiyyat sona çatır

İnzibati rəhbər vəzifələri üzrə test imtahanının vaxtı məlum oldu

İnzibati rəhbər vəzifələri üzrə test imtahanının vaxtı məlum oldu

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

İnzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir

İnzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir

DİM məlumat yaydı - qeydiyyat başa çatır

DİM məlumat yaydı - qeydiyyat başa çatır

Dövlət qulluğu vəzifələrinin A (inzibati rəhbər) və B (inzibati-icraçı) növünə aid vakant vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

Dövlət qulluğu vəzifələrinin A (inzibati rəhbər) və B (inzibati-icraçı) növünə aid vakant vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

İnzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir

İnzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir

Dövlət qulluğuna qəbul üçün keçiriləcək test imtahanına qeydiyyat davam edir

Dövlət qulluğuna qəbul üçün keçiriləcək test imtahanına qeydiyyat davam edir

İmtahana qeydiyyat davam edir

İmtahana qeydiyyat davam edir

Dövlət qulluğunda rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat başa çatır

Dövlət qulluğunda rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat başa çatır

Dövlət qulluğu üzrə test imtahanlarına qeydiyyat davam edir

Dövlət qulluğu üzrə test imtahanlarına qeydiyyat davam edir

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

İnzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat başa çatıb

İnzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat başa çatıb