İmtahana qeydiyyat davam edir
Dövlət İmtahan Mərkəzi tərəfindən 27 yanvarda dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.
İmtahana qeydiyyat 25 yanvar saat 17:00-dək davam edəcək.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında "Şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. "Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar.
"Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında "Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq setifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Dövlət qulluğunda vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat davam edir
Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə test imtahanı keçiriləcək
Dövlət qulluğunda rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat başa çatır
DİM məlumat yaydı - qeydiyyat başa çatır
Dövlət qulluğunda bu vəzifələrə imtahana qeydiyyat başlayır
Məmur olmaq istəyənlər sınağa çəkiləcəklər
Vəzifə sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ!
Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanı keçiriləcək
Bu namizədlər qeydiyyatdan keçə bilərlər...Test imtahanı keçiriləcək
Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib
Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirildi
İmtahanın nəticələri - AÇIQLANDI
Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub
Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri açıqlanıb
İnzibati vəzifələr üzrə test imtahanına qeydiyyat başladı
Dövlət qulluğu müsabiqəsinin imtahanına qeydiyyat sona çatır
Dövlət qulluğuna imtahan verənlərin nəzərinə! - NƏTİCƏLƏR AÇIQLANDI
Rəhbər vəzifə tutmaq istəyənlərin diqqətinə - Qeydiyyat başladı!
Dövlət Qulluğuna yüksək vəzifələr üzrə test imtahanı qeydiyyatı davam edir
Test imtahanında uğur qazanmış şəxslərin sertifikat almaq üçün qeydiyyatına başlanılıb
Dövlət qulluğuna qəbul üzrə imtahanda uğur qazanan şəxslərin qeydiyyatına başlanılıb
Dövlət qulluğuna qəbul olmaq istəyən üçün sınaq imtahanı keçiriləcək
Dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün sınaq imtahanı
Dövlət qulluğu ilə bağlı növbəti sınaq imtahanı keçiriləcək