AzTehsil.com


H/N sənədlər
05 iyul 2016
5 130


İşçilərə məzuniyyət vaxtı əlavə sosial - məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi QAYDALARI



İşçilərə məzuniyyət vaxtı əlavə sosial - məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi  QAYDALARI

 


1. Bu Qaydalar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 141-ci maddəsinə uyğun olaraq işçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması üçün müvafiq müavinət, yardım və digər ödənclərin verilməsi şərtini tənzimləyir.

2. Əmək müqaviləsində və ya kollektiv müqavilədə, həmçinin kollektiv müqavilə olmayan müəssisədə, habelə büdcədən maliyyələşdirilən idarələrin, təşkilatların saxlanılması xərclərinin smetasında işçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması -- sosial-məişət müavinətinin ödənilməsi, müəssisənin vəsaiti hesabına istirahət-sağlamlıq müəssisələrinə göndərilməsi, eləcə də işçinin ailə-məişət şəraitinin yaxşılaşdırılması üçün digər tədbirlərin görülməsinə maddi yardımın verilməsi nəzərdə tutulmuşdursa, məzuniyyət pulunun ödənilməsi ilə yanaşı onlara əmək müqaviləsində və ya kollektiv müqavilədə nəzərdə tutulan məbləğdə müavinət, vardım və digər ödənclər verilir.

3. Qeyd olunan müavinət, yardım və digər ödənclər həm əmək məzuniyyətində olan işçilərə, həm də sosial, yaradıcılıq və təhsil məzuniyyətlərində olan işçilərə verilə bilər.

4. Əmək məzuniyyətinə çıxan işçilərə müavinət, yardım və digər ödənclərini verilməsi işçinin məzuniyyətə çıxması barədə əmrlə rəsmiləşdirilir və məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı ilə bərabər məzuniyyətin başlanmasına ən geci üç gün qalmış ödənilir.

5. Məzuniyyət vaxtı üçün və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda orta əmək haqqının hesablanması zamanı qeyd olunan müavinət, yardım və digər ödənclər nəzərə alınmır və əmsallaşdırılmır.

6. Əmək münasibətlərinə xitam verilərkən işçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması məqsədi ilə verilən istifadə edilməmiş müavinət, yardım və digər ödənclərə görə pul əvəzi verilmir.
Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda və həmin təqvim ilində işçi hər iki iş ilinə görə məzuniyyətdən birlikdə istifadə etdikdə müavinət, yardım və digər ödənclər hər iki məzuniyyət üçün verilir. İşə götürənlə işçinin qarşılıqlı razılığı ilə təqvim ili ərzində məzuniyyət hüququ olan işçiyə istifadə edilməmiş iş illərinə görə məzuniyyətlər verildiyi digər hallarda isə müavinət, yardını və digər ödənclər bir qat ölçüdə ödənilir.
Əmək məzuniyyəti hissələrə bölünərək verildikdə müavinət, yardım və digər ödənclər işçinin arzusu ilə bu hissələrin birinə birləşdirilərək verilir.

7. Qeyd olunan müavinət, yardım və digər ödənclər işçilərə onların faktiki işlədiyi vaxtdan asılı olmayaraq məzuniyyət verilərkən tam həcmdə ödənilir.

8. Sosial və təhsil məzuniyyətinə çıxan işçilərə müavinət, yardım və digər ödənclər onların ailə-məişət şəraiti və maddi vəziyyəti nəzərə alınaraq ərizələri əsasında ödənilir.

9. Müavinət, yardım və digər ödənclərin verilmə qaydası və konkret miqdarı kollektiv müqavilədə, kollektiv müqavilə olmayan müəssisədə isə əmək müqaviləsində tərəflərin qarşılıqlı razılığı əsasında müəyyənləşdirilir.
Büdcədən maliyyələşdirilən təşkilatlarda müavinət, yardım və digər ödənclərin miqdarı bu təşkilatların saxlanması xərclərinin smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait dairəsində müəyyənləşdirilir.

10. Bu Qaydalara uyğun olaraq kollektiv müqavilədə nəzərdə tutulan müavinət, yardım və digər ödənclər müəssisənin bütün işçilərinə, o cümlədən kollektiv müqavilə qüvvəyə mindikdən sonra işə qəbul olunan şəxslərə də tətbiq edilir.

11. Müavinət, yardım və digər ödənclərin verilməsi qaydasının və miqdarının dəyişdirilməsi kollektiv müqavilənin qüvvədə olduğu müddətdə ona əlavələr və dəyişikliklər edilməsi qaydasında aparılır.
Əgər kollektiv müqavilədə ona dəyişiklik və əlavələr edilməsi şərtləri müəyyən olunmayıbsa, müavinət, yardım və digər ödənclərin miqdarının dəyişdirilməsi kollektiv müqavilənin bağlanması üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada aparılır.

12. Müavinət, yardım və digər ödənclərin verilməsi əmək şəraitinin əlavə şərtləri kimi əmək müqaviləsində müəyyən edilə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir.

13. Əmək müqaviləsində göstərilən müavinət, yardım və digər ödənclərin əmək şəraitinin əlavə şərtləri kimi işəgötürən tərəfindən dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz.

14. Büdcədən maliyyələşən təşkilatlarda bu Qaydalara uyğun olaraq müavinət, yardım və digər ödənclərin verilməsi həmin təşkilatların xərc smetalarının müvafiq maddəsində nəzərdə tutulmuş vəsait dairəsində büdcə vəsaiti, digər müəssisələrdə isə müəssisənin sərəncamında qalan xalis mənfəət hesabına ödənilir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2887 "22” 07 2002-ci il
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının "04” iyul 2002-ci il tarixli 8-1 № qərarı ilə təsdiq edilmişdir 
 


 




Загрузка...
Həmçinin oxuyun:
Yeni doğulan uşağın valideynlərindən heç biri işləmirsə, həmin uşağa görə birdəfəlik müavinət hansı orqan tərəfindən ödənilir?

Yeni doğulan uşağın valideynlərindən heç biri işləmirsə, həmin uşağa görə birdəfəlik müavinət hansı orqan tərəfindən ödənilir?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçi nə qədər məzuniyyət pulu almalıdır?

İşçi nə qədər məzuniyyət pulu almalıdır?

Sual  - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?

Sual - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?

Sual - Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?

Sual - Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

İş vaxtından artıq vaxtda görülən işlər necə ödənilir?

İş vaxtından artıq vaxtda görülən işlər necə ödənilir?

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

İş vaxtı ,onun müddəti,istirahət vaxtı

İş vaxtı ,onun müddəti,istirahət vaxtı

Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsinin hansı hüquqi əsasları vardır?

Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsinin hansı hüquqi əsasları vardır?

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

İş vaxtının anlayışı və növləri

İş vaxtının anlayışı və növləri

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

İşçi qanunla hər gün neçə saat işləməlidir?

İşçi qanunla hər gün neçə saat işləməlidir?

Əmək  mübahisələrinin  anlayışı  və  növləri

Əmək mübahisələrinin anlayışı və növləri

İntizam tənbehi verilən gündən sonra nə qədər müddətdə qüvvədə qalır?

İntizam tənbehi verilən gündən sonra nə qədər müddətdə qüvvədə qalır?

Təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə sınaq müddəti müəyyən edilməlidirmi?

Təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə sınaq müddəti müəyyən edilməlidirmi?

Əmək münasibətlərində hər hansı ayrı-seçkilik halına yol verilməsi düzgündürmü?

Əmək münasibətlərində hər hansı ayrı-seçkilik halına yol verilməsi düzgündürmü?

Əmək mübahisələri, yaranma səbəbləri və həlli qaydası

Əmək mübahisələri, yaranma səbəbləri və həlli qaydası

Əmək münasibətlərinə aid 10 SUAL - 10  CAVAB

Əmək münasibətlərinə aid 10 SUAL - 10 CAVAB

Fərdi əmək mübahisələri

Fərdi əmək mübahisələri