AzTehsil.com


Xəbərlər
10 iyun 2017
4 389


"Guya, dərslər sentyabrın 1-də başlayıb, mayın 31-də bitsə nə olacaq ki?"-ekspertlərin rəyi



"Guya, dərslər  sentyabrın 1-də başlayıb, mayın 31-də bitsə  nə olacaq ki?"-ekspertlərin rəyi

 

Bildiyimiz kimi, Azərbaycanda orta məktəblərdə dərslər iyun ayının 14-də bitir. Aztehsil.com xəbər verir ki, "Qafqazinfo”ya müraciət edən valideynlərin sözlərinə görə isə, artıq iyun ayının ilk günlərindən etibarən şagirdlərin dərs kitabları məktəb tərəfindən yığılıb. Bundan əlavə, dərs proqramları başa çatıb. Belə olan halda, şagirdlərin məktəbə əlavə bilik öyrənmədiyi halda getməsi onları narazılığına səbəb olur. 

"Qafqazinfo” hər dərs ilinin sonunda gündəmə gələn bu problemindən çıxış yolları ilə bağlı TQDK-nın keçmiş sədri Vurğun Əyyuba müraciət edib. 

O qeyd edib ki, əgər dərslər tez bitibsə, demək ki, müəllimlər proqramları düzgün tərtib etməyiblər: "Axı başqa vaxtı müəllimlər proqramın çətinliyindən şikayətlənirlər?! Deməli, proqramı elə tərtib etmək lazımdır ki, o nəzərdə tutulan müddətə qədər davam etsin. Kitabların yığılmasına gəlincə isə, bu məsələdə Təhsil Nazirliyi məktəblərə nəzarəti gücləndirməlidir. Əgər dərs davam edirsə, niyə görə kitablar yığılmalıdır?  Və yaxud şagirdlərin boş vaxtını doldurmağa müəllimlərin bacarığı, istəyi yoxdursa,  bununla rəsmi qurumlar məşğul olmalıdır.
 

"Guya, dərslər  sentyabrın 1-də başlayıb, mayın 31-də bitsə  nə olacaq ki?"-ekspertlərin rəyi

 

Mən hesab edirəm ki, zaman məsələsi çox şərtidir.  Təhsilin problemləri, məzmunu, dərsliklərin vəziyyəti kimi ciddi problemlər ortada ola-ola hər kəs zamandan danışır.  Guya, dərslər  sentyabrın 1-də başlayıb, mayın 31-də bitsə  nə olacaq ki?  Bir çox adamlar özlərinin nostalji hisslərindən çıxış edərək deyirlər ki, vaxtilə sentyabrın 1-də dərsə gediblər. Niyə bizim uşaqlar da o tarixdə dərsə getmir?  Bu cür gülünc arqumentlər var. Azərbaycan təhsilində çox ciddi problemlər var, gedib onla məşğul  olmaq lazımdır”.
 
Təhsil eksperti Nadir İsrafilov da  mövzu ilə bağlı "Qafqazinfo”ya danışıb: "Yəqin təhsillə az çox maraqlanan bir çoxları xatırlamamış deyillər ki, bizdə dərs ili "Bilik günü” kimi qəbul edilərək 1 sentyabrda başlayıb, 25 mayda "Son zəng” tədbiri ilə başa çatmaqla 35 həftəlik tədris ilindən ibarət idi. Sonralar 5 günlük dərs həftəsinə keçdik və müəyyən uzun müddətli bayramların məktəblərə də şamil edilməsi illik tədris həftəsinin 32-yə enməsinə və bunun nəticəsi kimi proqram materiallarının yüklənməsinə gətirib çıxardı. 2004-cü ildən etibarən yüklənmənin aradan qaldırılması məqsədilə qaydalarda müəyyən dərs ilinin başlanma və bitməsi illik dərs rejiminin 2 həftə uzadılaraq 35 -ə yaxınlaşdırılması ilə bağlı müəyyən dəyişikliklər edildi. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarının icrası barədə Təhsil naziri Mikayıl Cabbarovun ümumtəhsil məktəbində dərs məşğələlərinin sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatması barədə əmri həmin ərəfədə cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmamış, genış müzakirə və polemikalara yol açmışdı”.
 

"Guya, dərslər  sentyabrın 1-də başlayıb, mayın 31-də bitsə  nə olacaq ki?"-ekspertlərin rəyi

 

Onun sözlərinə görə, tədris həftəsinin uzadılmasına baxmayaraq, tədris planı və təhsil proqramlarında heç bir dəyişiklik aparılmadığından tədris ili başa çatmamış proqram materialları bitmiş olur: "Bu isə şagirdlərin məktəbə əlavə yol ölçməsi kimi qiymətləndirilir və valideynlərin də haqlı narazılığına səbəb olur. Nazirlik rəsmisi isə məsələyə münasibət bildirərkən belə bir mövqe sərgiləyib ki, "bu cür fikirlər səsləndirməyin əsası yoxdur. Sadəcə, valideynlər narazılığı onunla əlaqədardır ki, uşaq saat 8-in yarısı durur, hazırlaşır, valideyn də övladını məktəbə aparır. Valideyn bunu özünə problem hesab edir. Dərs proqramlarının bitməsi bəzən müəllimdən asılı olur. Əgər müəllim istəsə, proqramı yanvar ayında da bitirə bilər, aprel ayında da. Bütün hallarda proqramın detalları mövcuddur. Mövzunun təkrar keçirilməsi, yeni mövzuların verilməsi və sairə”. 

Əlbəttə, belə yanaşma ilə heç cür razılaşmaq olmaz. Yaranmış vəziyyəti nəzərə alaraq Təhsil Nazirliyi tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə daha 2 həftə uzadılmasıni təklif edib. Hər halda məsələ ciddidir və ciddi yanaşma tələb edir”.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə göndərdiyimiz sorğuya qısa olaraq cavab verilib ki, Nazirlər Kabinetinin qərarına əsasən tədris ili sentyabrın 15-də başlayıb iyunun 14-də yekunlaşır.



Загрузка...
Həmçinin oxuyun:
Bəs digər ölkələrdə təhsil ili nə vaxt başlayır?

Bəs digər ölkələrdə təhsil ili nə vaxt başlayır?

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

"“Azərbaycanda dərslərin sentyabrın 1-də başlaması və mayın 25-də tamamlanması vacibdir, zəruridir, qaçınılmazdır! "

"“Azərbaycanda dərslərin sentyabrın 1-də başlaması və mayın 25-də tamamlanması vacibdir, zəruridir, qaçınılmazdır! "

"Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər?"

"Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər?"

"Təhsilə marağın azalmasının əsas “baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir"

"Təhsilə marağın azalmasının əsas “baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir"

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

Təhsil naziri əmr verib -Ümumtəhsil məktəblərinin 2016/2017-ci dərs ilinə aid tədris planlarında qismən dəyişiklik ediləcək.

Təhsil naziri əmr verib -Ümumtəhsil məktəblərinin 2016/2017-ci dərs ilinə aid tədris planlarında qismən dəyişiklik ediləcək.

Təhsil Nazirliyi deputatın təklifinə BAXMAYACAQ

Təhsil Nazirliyi deputatın təklifinə BAXMAYACAQ

Cəsarət Valehov: “Tədris həftələrinin sayına görə inkişaf etmiş ölkələrdən geridəyik”

Cəsarət Valehov: “Tədris həftələrinin sayına görə inkişaf etmiş ölkələrdən geridəyik”

Nazirlik: Valideynlərin tədris müddətinin azaldılması ilə bağlı istəyi əsassızdır

Nazirlik: Valideynlərin tədris müddətinin azaldılması ilə bağlı istəyi əsassızdır

İbtidai siniflər üçün əlavə yaz tətili başlayır

İbtidai siniflər üçün əlavə yaz tətili başlayır

"Təhsil müddətinin azaldılmasından çox artırılmasının böyük faydası var"

"Təhsil müddətinin azaldılmasından çox artırılmasının böyük faydası var"

"Təhsilimizdə eniş prosesi nə etsək də hələ bir neçə illər davam edəcək"

"Təhsilimizdə eniş prosesi nə etsək də hələ bir neçə illər davam edəcək"

Direktor və müavinlər məktəbdə dərs deyə biləcəklərmi?-ekspertlərin rəyi

Direktor və müavinlər məktəbdə dərs deyə biləcəklərmi?-ekspertlərin rəyi

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb

I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb

Müəllimlərin əmək məziyyətinə buraxılması vaxtı müəyyən edildi

Müəllimlərin əmək məziyyətinə buraxılması vaxtı müəyyən edildi

" BİLİK GÜNÜ "nün təsis edilməsi haqqında Prezdentin 114 №-li ƏMR

" BİLİK GÜNÜ "nün təsis edilməsi haqqında Prezdentin 114 №-li ƏMR

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB

Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB

Bakı Humanitar Kolleci müəllimləri diaqnostik qiymətləndirmədən keçirmək üçün nazirliyə müraciət edəcək

Bakı Humanitar Kolleci müəllimləri diaqnostik qiymətləndirmədən keçirmək üçün nazirliyə müraciət edəcək

Mikayıl Cabbarov “Son zəng” tədbirlərinin hansı formada keçiriləcəyini açıqlayıb

Mikayıl Cabbarov “Son zəng” tədbirlərinin hansı formada keçiriləcəyini açıqlayıb

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək