AzTehsil.com


Xəbərlər
25 may 2017
6 618


"Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər?"



"Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər?"

 

Təhsil Nazirliyi tədris ilinin artırılmasını təklif edib. Bunu nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. O qeyd edib ki, son günlərdə mediada və sosial şəbəkələrdə Azərbaycanda tədris ilinin 1 sentyabrda başlayıb 25 mayda bitməsi geniş müzakirə olunur. 

Nazirlik rəsmisi xatırladıb ki, iki il bundan əvvəl Nazirlər Kabineti tədris ilinin iki həftə uzadılması ilə bağlı qərar qəbul edib: "Əsas məqsəd də dünyanın inkişaf etmiş ölkələrindən tədris həftələrinin (müvafiq olaraq 38-40 həftə ) sayına görə geri olan ölkəmizin (əvvəl 32 tədris həftəsi var idi- indi isə 34 olub) tədris ili müddətində müəyyən ahəng yaratmaq idi. Çünki çox oxuyan çox bilər. Baxmayaraq ki, biz tədris ilini iki həftə artırmışıq, göründüyü kimi hələ də inkişaf etmiş ölkələrin tədris həftələrindən ən azı 3-4 həftə geridəyik. Bəlkə tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə bu boşluğu doldura bilərik? Necə düşünürsünüz? Bu istiqamətdə müzakirələrə başlayaqmı? Adını da qoyaq daha 2 həftə çox öyrənmək istəyirik”.

"Adını nə qoyuruqsa qoyaq, təki başlayaq. Ancaq bəri başdan əminliklə deyə bilmərəm ki, "daha 2 həftə çox öyrənmək istəyirik” adı bir çoxlarının ürəyindən olsun.

Aztehsil.com xəbər verir ki, bunu isə moderator az - a açıqlamasında tanınmış təhsil eksperti Nadir İsrafilov deyib.

Ekspertin sözlərinə görə nazirlik yetkilisinin "Əsas məqsəd dünyanın inkişaf etmiş ölkələrindən tədris həftələrinin sayına görə geri olan ölkəmizin tədris ili müddətində müəyyən ahəng yaratmaq idi.  Baxmayaraq ki, biz tədris ilini iki həftə artırmışıq, göründüyü kimi hələ də inkişaf etmiş ölkələrin tədris həftələrindən ən azı 3-4 həftə geridəyik” iradı ilə hardasa razılaşmaq olar:

"Ancaq məsələ burasındadır ki, sovet dönəmində bizdə də illik tədris həftəsi 34-35 həftə civarında olub. Sonralar, 6 günlükdən 5 günlüyə keçid və bir sıra yerli –yersiz bayram günlərinin məktəblərə də şamil edilməsi,  illik tədris həftəsinin 32-yə endirilməsinə gətirib çıxardı. Bu isə tədris planlarında müəyyən yüklənmələrlə müşayət olundu.  Bu yüklənməni aradan qaldırmaq  üçün çıxış yolunu dərs ilini iyun ayının 14-nə dək uzatmaqla 2 əlavə həftə qazanmaqda gördük. Lakin gəlin görək bu neçə ildə  bunun hər hansı bir nəzərəçarpacaq effektini görə bilirikmi?  Təkcə dünya təcrübəsinə istinad etməklə daha əlavə 2 həftə artırırıqsa, ilk öncə bundan bir müddət əvvəl artırdığımız əlavə 2 həftənin təhsilimizə nə verdiyinin geniş təhlilini ortalığa qoymalıyıq. Digər bir məsələ, əgər əsas narazıçılıqlar və narahatçılıqlar dərs ilinin iyun ayının ortalarınadək çəkilməsinə görədirsə və əlavə iki həftə ayın axrına gedib çıxacaqsa, bu vəziyyətin necə qarşılanacağı qabaqcadan bəllidir. Bir də ki, tez-tez müraciət etdiyimiz dünya təcrübəsində o qədər götürüləsi nümunələr var ki,...
Hesab edirəm və təcrübə də gostərir ki, müddət təhsilin keyfiyyətinin yüksəlməsində əsas və həlledici amil sayıla bilməz. Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər? Deməli, yanaşma dəyişməlidir, məsuliyyət artırılmalıdır, səmərəli metodikalar işlənib hazırlanmalı və tətbiq olunmalıdır.
Çıxış yolunu isə Cəsarət müəllimin təklif etdiyi kimi, "tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə bu boşluğu doldurmaqda”- yəni, daha iki həftə artırmaqda yox, əksinə, nisbətən daha optimal sayıla biləcək, şagirdlərin dərs yükünün azldılmasında, başqa sözlə təhsil proqramlarında və dərsliklərdə  olan 2-ci, 3-cü dərəcəlı lazımsız  materialların ixtisarı və sıxışdırılması yolu ilə uşaqları fiziki və psixoloji gərginlikdən azad olunmasında görürəm. 
O ki, qaldı təklif olunan varianta, yəni Təhsil Nazirliyi əlavə 2 həftənin tətbiqində israrlı olacaqsa, bu o halda mümkün ola bilər ki, buraxılış və qəbul imtahanları birləşdirilərək, vahid təkpilləli imtahan  sisteminə keçilsin, yəni buraxılış və qəbul imtahanları arasındakı interval tənzimlənsin, aralıq məsafə götürülsün.  Baxmayaraq ki, bir çox dünya ölkələri bu sistemə keçib və biz də bununla bağlı dəfələrlə vədlər vermişik.  Bir də ki, təhsilin inkişafı üzrə Dövlət Strategiyasında 12 illik təhsili hədəfləmişik. Əgər bu keçid baş tutarsa, təhsil müddətinin 1 il artırılması imkanlarından da səmərəli istifadə edə bilərik.
Hər halda problemin hansı şəkildə həll olunub, olunmamasından asılı olmayaraq, Təhsil Nazırliyinin təklif xarakterli bu təşəbbüsü, ictimai rəyə önəm verərək, bu vacib məsələni müzakirəyə çıxarması və ümumi rəyi öyrənmək cəhdi təhsilin demokratikləşdirilməsi, humanistləşdirilməsi, aşkarlıq və şəffaflığın təmin olunması baxımından təqdirəlayiqdir və yalnız alqışlana bilər.
Təhsil Nazirliyi daim belə mövqe sərgiləsə, ictimai müzakirələr yolu ilə rəy və təklifləri öyrənib,ümumiləşdirib qərarlar qəbul etsə, əlbəttə bu ümumi işimizin xeyrinə olar. Necə ki, təhsilə deyil, daha çox kommersiya məqsədlərinə xidmət edən və valideynlərə sırınan "İş dəftərləri”nin məcburi olmaması barədə gec də olsa, qərara gəldik, necə ki, şagirdin dərsə gəlməməsinə görə valideynin 100 manat məbləğində cərimələnməsi barədə absurd qərarı ləğv etdik, necə ki, Qanun layihəsindən çıxarmaq istədiyimiz maqistrlərə hərbi xidmətdən möhlət hüququ verilməsi müddəasını yenidən qanuniləşdirdik, necə ki, dərsliklərimizin bərbad vəziyyətdə olması barədə ictimai qınağı nəzərə alıb, ictimai müzakirəyə vermişik,  – deməli bu məsələyə də yenidən baxa bilərik və ortaq məxrəcə gələ bilərik".



Загрузка...
Həmçinin oxuyun:
Cəsarət Valehov: “Tədris həftələrinin sayına görə inkişaf etmiş ölkələrdən geridəyik”

Cəsarət Valehov: “Tədris həftələrinin sayına görə inkişaf etmiş ölkələrdən geridəyik”

"Təhsilə marağın azalmasının əsas “baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir"

"Təhsilə marağın azalmasının əsas “baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir"

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

"Müasir təhsili İKT-siz təsəvvür etmək mümkün deyil..."

"Müasir təhsili İKT-siz təsəvvür etmək mümkün deyil..."

12 illik təhsilin 12 dərdi...

12 illik təhsilin 12 dərdi...

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

DİQQƏT! Magistr olmaq istəyənlərin 1 həftə vaxtı qalıb

DİQQƏT! Magistr olmaq istəyənlərin 1 həftə vaxtı qalıb

"“Azərbaycanda dərslərin sentyabrın 1-də başlaması və mayın 25-də tamamlanması vacibdir, zəruridir, qaçınılmazdır! "

"“Azərbaycanda dərslərin sentyabrın 1-də başlaması və mayın 25-də tamamlanması vacibdir, zəruridir, qaçınılmazdır! "

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

TƏHSİL EKSPERTLƏRİ ƏLEYHİNƏ ÇIXDILAR

TƏHSİL EKSPERTLƏRİ ƏLEYHİNƏ ÇIXDILAR

Bəs digər ölkələrdə təhsil ili nə vaxt başlayır?

Bəs digər ölkələrdə təhsil ili nə vaxt başlayır?

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

"Biz yalnız insanları elm və təhsilə həvəsləndirə biləcək təklif və addımlara görə fəxr edə bilərik”

"Biz yalnız insanları elm və təhsilə həvəsləndirə biləcək təklif və addımlara görə fəxr edə bilərik”

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

Vətəndaşları ən çox kitab oxuyan ölkələr bunlardır-ağlınıza gəlməz

Vətəndaşları ən çox kitab oxuyan ölkələr bunlardır-ağlınıza gəlməz

Cehizlik ali təhsil diplomları erası geridə qaldı…

Cehizlik ali təhsil diplomları erası geridə qaldı…

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

Təhsil naziri əmr verib -Ümumtəhsil məktəblərinin 2016/2017-ci dərs ilinə aid tədris planlarında qismən dəyişiklik ediləcək.

Təhsil naziri əmr verib -Ümumtəhsil məktəblərinin 2016/2017-ci dərs ilinə aid tədris planlarında qismən dəyişiklik ediləcək.