AzTehsil.com


Xəbərlər / Müəllim
22 noyabr 2016
4 045


Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz



Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

 

 

Elə bir gün olmasa da, elə bir həftə, ay olmur ki, təhsillə bağlı nəsə bir məsələ ortalığa atılıb, gündəmi qarışdırmasın. Hələliksə son sayıla biləcək yeni bir məsələ - hüquqşünas Erkin Qədirli  tərəfindən rus dilli təhsilin ləğv edilməsi təklifi gündəmə gətirilərək polemika obyektinə çevrilib. ”Rus sektorunu  qapatmaq gərəkdir. Dövlət büdcəmizdən maliyyələşən məktəblərdə Rus dili ancaq xarici dil kimi öyrədilməlidir. Rusdilli təhsil verən məktəblər ancaq özəl ola bilər. Kimin pulu və həvəsi varsa, belə məktəb aça bilər. Lap hətta Rusiyanın maliyyələşdirdiyi məktəb ola bilər, problem deyil. Amma dövlətimizin büdcəsindən maliyyələşən məktəblərdə təhsil ancaq dövlətimizin rəsmi dilində olmalıdır.”

Hər şeydən əvvəl  onu qeyd edim ki, əslində bu heç də yeni məsələ olmayıb, bir müddət öncə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi Cahid İsmayıloğlunun gündəmə  gətirdiyi "ölkəmizdə birmənalı şəkildə ana dilində təhsil məcburi və alternativsiz olmalı, rus bölməsi ləğv olunmalı, rus dili xarici dil kimi tədris edilməlidir. Əks halda, dilin inkişafı üçün stimul, tələbat olmayacaq, onun inkişafı ləngiyəcək ” ideyasının bir növ məntiqi davamıdır. Bununla belə fikir plyurializmi anlayışi baxımından hər bir subyektiv fikrə hörmətlə yanaşmaq zorundayıq.

Digər tərəfdən elm və təhsilimizlə bağlı hər hansı bir fikrin səsləndirilməsi, müəyyən təkliflər verilməsi, təşəbbüslər irəli sürülməsi müsbət hal sayıla bilər və hətta bunu elmə, təhsilə, onun mövcud durumuna və problemlərinə olan  diqqət və marağın artmasının göstəricisi kimi də qiymətləndirmək olar. 

Lakin məsələ burasındadır ki, qaldırılan istənilən problem hətta statistika baxımından diqqət çəkən olsa belə ona bu dərəcədə aqresiv münasibət sərgiləmək yaranmış vəziyyətdən çıxış yolunun optimal həlli hesab edilə bilməz. Razılaşaq ki, xüsusilə paytaxt məktəblərinin rus bölmələrində şagird sıxlığı müşahidə edilir. Bakı məktəblərində şagirdlərin 16 faizə yaxını rus bölməsində oxuyur. Birinci siniflərdə isə bu rəqəm 17 faizi keçib. Başqa sözlə desək, birinci siniflərin göstəricisi orta göstəricidən 2%-ə qədər çoxdur. Yəni artım tendensiyası müşahidə olunur. Elit məktəblərdə isə bu göstərici qat-qat yüksəkdir. Respublika üzrə rəqəmlər də təxminən buna uyğundur. Yəni orta göstərici 15%-ə bərabərdir. Rəqəmləri 15 il öncənin göstəriciləri ilə müqayisə etdikdə görəcəyik ki, 90-cı illərdə onların payı ümumi şagird sayında 7% təşkil edirdi. 
Lakin bu statistika ona əsas verə bilərmi ki, məsələni siyasi müstəviyə keçirib, hökm və ittiham xarakterli "rus dili ölkəmizdə imperiyanın qalıqlarından biridir və biz bu qalıqdan tez bir müddətdə xilas olmalıyıq” (C. İsmayıloğlu), "Qonşuluğumuzu və tariximizi nəzərə alsaq, buna milli kimlik və milli təhlükəsizlik məsələsi kimi baxmalıyıq” (E Qədirli) kimi sərt və birmənalı açıqlamalar verilsin? Azərbaycan bölməsi üzrə dərs saatlarını azaltmaq və keyfiyyətsiz tədris yolu ilə rus dilinə onsuz da "lazım olandan” artq zərbə vurmuşuq və bunun fəsadları üzdədir, hələ bir müddət bundan sonra da üzə çıxmaqda davam edəcək. Hesab edirəm ki, problemlərimizi rus dilində tədrisdə axtarmaq və bundan çıxış yolunu rus bölməsinin ləğv olunması yolu ilə həll etmək son dərəcə qüsurlu olduğu qədər də ziyanlı bir mövqedir. Bu eynilə ona bənzəyir ki, xəstəni tutulduğu azardan xilas etmək üçün müalicə etmək deyil, ən kəsə yol onu öldürməkdir.

Azərbaycan dili bizim dövlət dilidir və bu dili hamı bilməlidir. Təlimi rus dilində olan məktəblərdə Azərbaycan dilinin tədrisinin zəifliyi isə heç də o demək deyil ki, bununun səbəbkarı məhz rus dilidir. Dünyanın hər bir ölkəsində müxtəlif dillərdə təlim məktəbləri var.Digər tərəfdən Azərbaycan tolerantlıqda dünyaya nümunə göstərilir, multikulturalizm ili elan etmişik, multikulturalizm dəyərlərini təşviq edirik, pravoslav və katolik kilsələrini bərpa edirik, beynəlxalq forumlara ev sahibliyi edirik, bir yandan da millətçilik toxumu səpirik. Bunu necə başa düşmək olar? Rus dilində təhsilin ləğvi barədə təklifi irəli sürərkən digər fəsadlar bir yana, heç omasa onu fikirəşmişikmi ki, belə bir addımın atılması sıx tarixi ənənələri ilə bağlı olan iki qonşu dövlət arasındakı münasibətlərə necə təsir göstərə bilər?

Azərbaycan çox millətlı ölkədir, respublikamızda xeyli qarışıq aiilələr var. Qnunvericiliymizə əsasən valideynlər övladları üçün dil seçimini etməkdə sərbəstdirlər. Kimsə etiraz edə bilər ki, fikir plürializmi deyilən bir anlayış var, vətəndaş cəmiyyəti söz, yaradıcılıq və fəaliyyət azadlığı üçün imkanların mövcudluğuna təminat verir. Lakin təsəvvür edin ki, bir müddət əvvəl kiməsə  adi görünə biləcək sadə bir açıqlama artıq "Bakı məktəblərində rus bölməsinə ifrat həvəs yaranıb”, "Bakı məktəblərində Azərbaycan bölməsi bağlanır”, "Təhsil Nazirliyinin nəzarəti altında olan paytaxt məktəblərində Azərbaycan bölməsi tarixə qovuşur” və s bu kimi təhlükəli təsəvvürlərin yaranmasına , və getdikcə rus dilinə qarşı ictimai rəyin dəyişməsinə səbəb olub .

Bəli, son 5-6 ildə xüsusilə Bakıda ümumi təhsil məktəblərinin rus bölməsinə maraq xeyli artıb.Bu o deməkdirmi ki, rus dilinə nifrət hissi aşılayasan? Rus dili Dostoyevskinin, Tolstoyun, Cexovun, Turgenevin dilidir. Hətta uzun illərdən bəri çoxsaylı rus-türk müharibələrinə baxmayaraq Dostoyevski bu günümüzün özündə də Türkiyədə ən çox oxunan müəlliflər sırasındadır. Tolstoyun "Hərb və sülh”ü dünyanın ən şox dillərinə tərcümə olunan və bu roman əsasında ən çox film çəkilən bir əsərdir. Bizim elmimizin, mədəniyyət və incəsənətimizin inkişafında, elmi-siyasi kadrlarımızın yetişməsində və digər sahələrin formalaşdırılmasında rus dilinin rolunu və müstəsna əhəmiyyətini inkar etmək ən yaxşı halda belə ədalətsizlikdən başqa bir şey olmazdı.

Bəli, 1990-cı illərin ortalarından fərqli olaraq indi rus bölməsinə maraq bir neçə dəfə artıb. Lakin niyə artıb? Əgər qarşımıza artımı sabitləşdirmək məqsədi qoyuruqsa ilk növbədə fikirləşməliyik ki, bunun üçün hansı effektiv yola əl ata bilərik? Bəlkə bunun başlıca səbəbi azərbaycan bölməsidə tədrisin səviyyəsinin valideynləri lazımınca qane etməməsidir? Bəlkə səbəb öz ana dilimizdə kifayət qədər tələb olunan ədəbiyyatin olmaması, mövcud tərcümələrin qüsurlu olması, rus dilində olan ədəbiyyatların hələ də dominantlıq etməsidir? Bəlkə rus bölməsilə müqayisədə azərbaycan bölməsindəki müəllimlərimizin peşəkarlıq səviyyəsi qane edici deyil? Bəlkə Azərbaycan bölməsində rus dili üzrə dərs saatlarını artırıb, rus bölməsində azərbaycan dilinun tədrisinə daha ciddi yanaşaq? Bəlkə bunun əsas və başlıca səbəblərindən biri elə təməl sayılan uşaq bağçalarında rus və ingilis dillərinə xüsusi yer ayrılmasıdır , bir çox elit ailələrin dəb xatirinə ailədə və məışətdə rus dili danışığına üstünlük verməsidir, bəlkə bir çox ailələrinin çörəyinin Rusiyadan çıxmasıdır, bəlkə əksəriyyət qurum və şirkətlərin işə qəbul olunanlar qarşısında rus dilini mükəmməl bilmək tələbi qoymasıdır? 

Bəlkə yaxın gələcəkdə ali məktəblərimizlə bağlı belə bir problemin yaşanmaması, bir çox məzunların Rusiyanın ikinci, üçüncü dərəcəli ali məktəblərinə üz tutacaqlarının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac var? Ana dilimizin təhsil və elm sahələrində funksional olması üçün etdiklərimiz bəlkə kifayət etmir və s. və i.a. Yəni vəziyyət bir çox təbii və süni proseslərin ciddi araşdırılmasını tələb edir. Təbii proseslərin qarşısını süni yollarla almaq isə kompassız okeana çıxmağa bərabər bir şeydir. Buna görə də gəlin çalışaq, problem hesab etdiyimiz məsələ barədə dərindən düşünmədən konkret qərar  verməyək. Bir də ki, ümumiyyətlə belə bir addımın atılması hər şeydən əvvəl Azərbaycan Respublikasının qanunvericiliyi, eləcə də insan hüquqları ilə daban-dabana zidd bir hərəkət kimi qiymətləndirilə bilər.

Nadir İsrafilov Təhsil eksperti



Загрузка...
Həmçinin oxuyun:
“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı  azalır

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı azalır

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

2016-2017-ci ilin TƏDRİS PLANIna  dair qeydlər

2016-2017-ci ilin TƏDRİS PLANIna dair qeydlər

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

Sizcə uşağınınızı kifayət qədər başa düşürsünüzmü?

Sizcə uşağınınızı kifayət qədər başa düşürsünüzmü?

Orta məktəblərimizin və məktəbşünaslığın aktual və təxirəsalınmaz məsələləri

Orta məktəblərimizin və məktəbşünaslığın aktual və təxirəsalınmaz məsələləri

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

4-cü sinif şagirdlərinə "Kalaşnikov dərsi": Bizdə də olsun

4-cü sinif şagirdlərinə "Kalaşnikov dərsi": Bizdə də olsun

Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

Manat niyə ucuzlaşır ? EKSPERT RƏYİ

Manat niyə ucuzlaşır ? EKSPERT RƏYİ

Manatın ucuzlaşmasının qarşısını necə almaq olar? -EKSPERT RƏYİ

Manatın ucuzlaşmasının qarşısını necə almaq olar? -EKSPERT RƏYİ

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri