AzTehsil.com


Psixoloq / Müəllim
20 may 2016
7 454


Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri



Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri Bu gün ölkəmizin orta məktəblərində dərs deyən müəllimlərin  80 faizdən çoxu qadınlardır. Ayrıca Bakı üzrə götürdükdə isə müəllimlərin təxminən 90 faizini zərif cinsin nümayəndələri təşkil edir. Uşaqlar evdə də daha çox anaların, ana işlədikdə isə qadın dayələrin, bağçada isə yenə qadın tərbiyəçilərin ixtiyarına verilir, onunla ünsiyyətdə olur, onlardan tərbiyə alırlar.
Müəllimlərində çoxunun qadın olması, daha doğrusu kişi müəllimlərin azlığının nə kimi sosial problemlərə yol açdığına gəldikdə, təbii ki, burda ilk öncə oğlan şagirdlərin bir şəxsiyyət olaraq formalaşmasındakı qüsurların üzərində dayanmaq lazım gəlir.

Bütün dərslərin qadın müəllimlər tərəfindən deyilməsi həssas oğlan uşaqlarında əks-cinsə məxsus duyğusal keyfiyyətlər formalaşdırır: "Oğlanlar qadın müəllimlərdəki keyfiyyətləri götürürlər, emosional olurlar, hissləri tərəfindən idarə edilirlər. Buna görə daha çox qadın müəllimələrin dərs deməsi yetişməkdə olan oğlan uşaqlarına, xüsusilə onların emosional təfəkkürlərinə mənfi təsir göstərir. Özləri də bilmədən, hiss etmədən qadın müəllimlərin hərəkətlərini yamsılayırlar. Bu cür oğlan uşaqlarında kişilərə xas qətiyyət, konkretlik azalır, xaraktersizlik meydana gəlir. Belə uşaqlarda mənlik duyğusu aşağı səviyyədə olur. Gələcəyin kişisini yetişdirməkdə ancaq qadın psixologiyasının rol oynaması arzuolunan hal deyil”.
Kişi və qadın müəllimləri müqayisə etsək, kişi müəllimləri qışqırır, yaxud oğlan uşaqlarını otağa çağırıb başa salır və beləcə onlarda kişinin necə olduğu barədə təsəvvür yaranır: "Amma qadınlar  isterik  səslə qışqırırlar, bu da uşaqlarda əks-reaksiya doğurur. Hətta oğlan uşaqları bayıra çıxanda müəlliməni yamsılamağabaşlayır”.
"Dədə Qorqud” dastanından misal gətirək ki: "Bamsı Beyrək oğlu Turalın əlində qılınc tutmaq əvəzinə gül tutmasından narahatçılığını bildirir. Biz də bu gün oğlan uşaqlarında  qadın  xarakterinin  müşahidə olunmasından  narahat olmalıyıq”.
      Belə ki, təhsil müəssisələrində kişilərin azlığının əsas səbəbi məktəblərdə  əmək haqqının aşağı olmasıdır. 180-200 manatla ailə saxlamaq mümkün olmadığından kişilər məktəbə üz tutmurlar. Bəlkə də qeyd olunan səbəb üzündən uzun müddət kişi müəllimləri görməyən oğlanlar artıq müəllim kimi işləmək istəmirlər 
Çox qəribədir ki, işsiz qalanlar da bu addımı atmaq istəmir. Nəticədə yüksək savadlılığın tələb olunduğu peşələrdən birincisi olan müəllimlik işləmək xatirinə işləyənlərin əlində cəmlənir.
Hazırda  cəmiyyətdə  bütün  yükü  öz  ciyinləri  üzərində  daşıyan "dəmir” qadınların  sayı  çoxalıb. Bu da  disbalans  yaratmaqdadır. Ailədə, işdə  məsuliyyəti  üzərinə  götürən  qadınlar  bəzəndə  oğlanlara  yalnış  örnək olur. Belə ki, evdə  analarının, məktəbdə  müəllimlərinin  durmadan  çalışdığını  gördükləri  zaman onların  düşüncəsində  qəribə  duyğu  formalaşır. Onlar  qadının pul  qazanma  bacarığını  gördükdə  arxayınlaşır  və  tənbəlləşirlər. Çünki  həqiqətləri  olduğu  kimi  dərk  etmək  üçün hələ  yetəri qədər böyüməyiblər. Bunun üçündə  tərbiyənin  əsası  evdən  qurulmalıdır. Ana  hər  zaman  ataya  hörmətlə  yanaşmalı və  uşaqların  gözündə  atanın  yaxud  qohumlarından  birinin  timsalında  kişi  orazını  yaratmalıdır.
           İstər  kişi  istərsədə  qadın  müəllimi  fərq  etməz  hər bir  insanın  stimula  ehtiyacı  var. Müəllimlər  titullarına,dərs  keçmə səviyyəsinə  qabiliyyətlərinə  görə  fərqləndirilməlidir. Hər  kəs  eyni məvacibi  almamalıdır. Əgər bu  sistem  reallaşsa  kişi  müəllimləri də  məktəbə  daha  maraqlı olar.
            Çətin  tərbiyə  olunan  uşaqarın  90 %-i  atasız  yaxud  ailə  problemləri  yaşayan  uşaqlardır. Göründüyü kimi  uşağın  tərbiyəsində  kişi  faktoru mühüm  rol  oynayır. Bu  cür  uşaqlarla  məktəbdə  tək  başına  işləmək  çox  çətindir. Çünki, qadın  müəllimləri  bəzən həya  edərək, yaxud  bu cür uşaqların  onların  üzünə  qayıdacağından  ehtiyatlanaraq  onlarla  ünsiyyətdən  yayınırlar. Bu da  vəziyyəti  daha  da  ağırlaşdırır. Qadın  zif  məxluqdur. Onun  hərdən o cür  münasibətləri  təbiidir.Bu  zaman  köməyə  kişi  müəllim gəlməlidir.Onlar  kişi zəhmi  görməlidirlər,kimdənsə  çəkinməlidiirlər. Təəssüfki,məktəbdəki  kişi  müəllimlərinin  yoxa  bərabərliyini  bu  cür uşaqların  sayını günü – gündən  artmasına  zəmin yaradır.Nəzərə alsaqki, tərbiyəedici   qüvvə qadındır. Anadır bəs onda  kişiləri  bu  qədər  mühüm  edən  nədir ? Qadın bəzən  qarşısındakına  rəhmi  gələrək nəyəsə  güzəştə  gedə bilər. Amma  kişi  isə  bu  cür hallarda  daha  sərt mövqedən  çıxış  dir. Hisslərinə  təslim olmur. Bax  bu da  uşağın  tərbiyəsinin  üzərində  əvəzolunmaz  təsirdir.
       Elə fənn yoxdur ki, qadınlar onu tədris edə bilməsin, lakin indi ailələrdə "tək valideyn" modeli getdikcə artmaqdadır. Ona görə də uşaqlar heç olmasa məktəbdə kişi cinsindən olan şəxslə ünsiyyətdə olmalı, onun xarakterini mənimsəməlidir".
Məktəbin  problemi  cəmiyyətin  problemidir. Təhsil  ocaqlarında  kişi  müəllimlərinin  azlığı  nəinki  oğlanların  hətta  qızlarında tərbiyəsində  özünü  hiss  etdirir. Şagirdlər  günü  çox  hissəsini məktəbdə  keçirirlər. Evə  gəldikdə  isə  atalarını əksər  hallarda  axşam  görmək  imkanı  yaranır. Hər  bir  uşaq  etiket  qaydalarının  əksəriyyətini  məktəbdə öyrənir. Beləliklə, qız şagirdləri  əks  cinslə, oğlanlar isə  qadınla  necə münasibət  qurmağı  bilmir.
Hər  bir  müəllimdən  kurikulumun  şərtlərinə  uyğun  dərs keçilməsi  tələb  olunur. Bəs  görək  hər  bir  müəllimin  bu  təlbləri ödəməsinə  imkan  çatırmı ? Bu  tipli dərsləri qurmaq  üçün  ilk  növbədə  müəllimin evində  kompyuter  olmalıdır. Bu zaman  aldığımız  məvacibi  ailəmizə  həsr  edək  yoxsa  avadanlığa? Bir  sözlə maaşın azlığı  müəllim  həyatının  hər bir  sahəsini  iflic  edir.
Beləliklə, kişi  müəllimi  məktəbdə mühüm  faktordur. Müəllimlər  arasındakı  say  nisbətini eyniləşdirmək  bir  o qədər  vacib deyil. Əsas  məsələ  kişi  müəllimlərinin  sayını  artırmaqdır. Bunun  üçün  isə şərtlər  var:
1)Əmək haqqı  yüksəldilməli;
2)Vaxtaşırı  attestasiyalar  keçirilməli;
3)Müəllimlər  arsında  istedadlarına  görə fərq qoyulmalıdır.
Yəni kəmiyyət  deyil, keyfiyyət  qiymətləndirilməlidir.
Məncə isə, məktəblərimizdəki  bu  vəziyyət  müəyyən  problemlərə  yol  aça bilər. Amma   məsələni  bu qədər də  şişirtməyək. Elə peşələr  var ki, məsələn polis orada  qadınların sayı  çox azdır. Onda  belə  nəticəyə gələk ki, hər  yerdə  qadın - kişi  nisbətini  tənzimləməliyik. Müəllimlik də  o  cümlədən daha çox qadın  sənətidir. Bayaq da  qeyd etdiyim kimi qadın tərbiyəçi  qüvvədir. O,tərbiyəni düzgün  qursa, uşağa kişi  obrazını,mərdliyi, cəsarəti  düzgün  aşılasa  bu  qədər  problem  yaranmaz. Məncə hər  şeyi  maddiyata  bağlamayaq. Vicdan borcumuzu  yerinə  yetirək. İnsan öz sənətinə  qəlblə  bağlı  olsa,onu  heç nə  bu  yoldan  ayıra  bilməz.
                     



Загрузка...