AzTehsil.com


Müəllim
20 may 2016
5 633


Müəllim pedaqoji fəalliyətlə peşəkarcasına məşğul olan insandır



 Müəllimlik  haqqında Müəllim  xüsusi  hazırlıq  keçmiş və  pedaqoji  fəalliyətlə  peşəkarcasına  məşğul olan  insandır. Yalnız o pedaqoji  fəaliyyətlərə  müvafiq olaraq hərəkət etməyi bacarır,öz  peşə  borcunu  keyfiyyətlə icra etmək üçün müəyyən  məsuliyyət daşıyır.  Müəllimlik  işi insan  fəaliiyətinin çox mürəkkəb növünə aiddir. Pedaqoji  funksiya müəllimə peşə bilikləri  və bacarıqları  tətbiq etmək istiqamətini göstərməkdir. Əlbəttə, pedaqoji  fəaliyyətin  başlıca  istiqamətlərini  şagirdlərin təlim, təhsil, tərbiyəsi, inkişafı v ə  formalaşması təşkil edir. Bu  istiqamətlərib  hər birində  müəllim çoxlu konkret işlər görür. Amma  bütün  bu işlərin kökünə baxanda məlum olur ki,müəllimin başlıca funksiyası  təlim,tərbiyə,təhsil,inkişaf,formalaşma  proseslərini idarə etməkdir. O, özünün  bu  başlıca  funksiyasını  nə qədər  dərindən başa  düşsə,öz şagirdlərinə bir o qədər  müstəqillik,  təşəbbüskarlıq,  sərbəstlik verər.
Hələ  vaxtı ilə Sokrat  peşəkar pedaqoqları "fikrin mamaçaları”  adlandırmışdır.Savadlı  müəllim şagirdə hazır  bilikləri verməməli,onun başında fikrin  meydana gəlməsinə, yaranmasına  kömək göstərməlidir.
Müəllim əməyinin səciyyvi xüsusiyyətləri və  özünəməxsusluğu nədədir ? Tədqiqatçılar  bununla  bağlı  onlarla model fikirləşmiş və həyata keçirmişlər. Bu modelərdən biri  pedaqoji  idarətməni  müəllimin  başlıca  funksiyası  hesab  edir. İdarəetmə  funksiyasını konkretləşdirmək  üçün  "pedaqoji layihə” anlayışından istifadə olunur. Bu  anlayış aıtında  düşünülmüş  və  axıra  qədər  yerinə yetirilmiş hər  hansı  bir iş başa  düşülür. Məsələn, viktorina, olimpiada, məktəb  bayramı  və ekoloji ekspedisiyanın  təşkili belə  bir iş ola  bilər. Bütün  bu işləri  pedaqoq idarə  etməlidir. Səhv nə qədər az olsa,işin  sıəmərəsi bir  o qədər  yüksək olar.
Pedaqoqun  birinci funksiyası layihənin ilkin mərhələsi  ilə bağlıdır. Bu mərhələdə  qarşıya  məqsəd  qoyulur. Məlumdur ki, məqsəd pedaqoji  fəaliyyətin əsas  amilidir. Məqsəd müəllimin və onun  şagirdlərinin əməyini  ümumi  nəticicəyə  nail olmağa  doğru istiqamətləndirir.Təlim  prosesinin idarə  olunması, hər şeydən  əvvəl şagirdlərin  əməyini ümumi nəticəyə  nail olmağa  doğru  istiqamətləndirir. Təlim  prosesinin idarə olunması  hər  şeydən əvvəl, şagirdlərin  hazırlıq  səviyyəsinə, imkanlarına,tərbiyəliyinə, inkişafına  əsaslanır.Buna diaqnostlaşdırma (yunan sözüdür,aydınlaşdırmaq deməkdir ) yolu ilə  nail  olunur. Məktəblilərin  fiziki və psixi  xüsusiyyətlərinin  inkişafını, onların  əqli  hazırlıq  və   əxlaqı  tərbiyəlilik  səviyyəsini, sinifdə  və ailədə  tərbiyə  şəraitini  bilmədən  məqsədi düzgün  müəyyənləşdirmək,ona  nail olmaq üçün  vəsitələri  seçmək olmaz.
Diaqnostlaşdırma proqnozlaşdırma (yunan sözüdür,qabaqcadan  görmək mənasını verir ) ilə qırılmaz  surətdə həyata keçirilir. Bu  konkret  şəraitdə  müəllimin öz  işinin  nəticələrini  qabaqcadan  görmək  bacarığında  özünü  göstərir. Buna  əsaslanaraq  o, öz fəaliyyətinin  strategiyasını  müəyyənləşdirir, müəyyən  olunmuş  kəmiyyətdə  və  keyfiyyətdə  pedaqoji məhsulun alınması  imkanlarını qiymətləndiri.
Müəllimin  lahiyələşdirici  funksiyası  gələcək fəaliyyətin  modelini  qurmaqdan,müəyyən  olunmuş  şəraitdə  seçməkdən  ibarətdir.
Diaqnoz, proqnoz, layihə  təlim-tərbiyə  fəaliyyətinin  planını işləyib  hazırlamaq  üçen  əsas olur. Bununlada pedaqoji  prosesin hazırlıq mərhələsi başa  çatır. Peşəkar  müəllimin  bütün  detalları  düşünülmüş, dəqiqləşdirilmiş  planı  olmasa,sinfə  girməyi  özünə rəva bilməz. Planın həcmi vacib deyil, ən başlıcası  onun olmasıdır.
Müəllimin  təşkilatçılıq  funksiyası  əsas  etibarilə  şagirdləri  nəzərdə  tutulan  işə  cəlb etməklə, məqsədə  nail  olmaq  üçün  onlarla əməkdaşlıq  etməklə  bağlıdır.
İnformasiya  vermə  funksiyasının  mahiyyəti  elə  adından  bəllidir. Müəllim  şagirdlər  üçün  başlıca  informasıya  mənbəyidir. O, çəx şeyi – öz  fənnini, onun  tədrisi  metodikasını, pedaqogikanı , psixologiyanı bilir.
Nəzarətetmə, qiymətləndirmə, və korreksiya  funksiyaları  bəzən  birləşir. Bu pedaqiji  prosesi  müəllimə  lazımdır. Nəzarəti  həyata  keçirən, bilikləri  qiymətləndirən  zaman  şagirdlərin  təkcə  nailiyyətinin yox, həm də uğursuzluğunun  səbəbləri  aydın olur. Toplanılan  informasıya  prosesə  düzəliş  etməyə, ona təsirli  stimullar  daxil  etməyə, səmərəli  vasitələrdən istifadə  etməyə  imkan  verir.
Müəllim analitik  funksiyanı hər  hansı  bir  pedaqoji  layihənin  son  mərhələsində  yerinə  yetirir. Müəllim  başa  çatan  işi  təhlil  edir,onun  səmərəliliyini  müəyyənləşdirir.  Əgər  göstərici  nəzərdən  tutulduğundan  azdırsa, gələcəkdə bu geriliyi  doğuran  səbəbləri  aradan  qaldırmaq  üçün  yollar  axtarılır.
Müəllimin  yerinə  yetirdiyi  funksiyaların  çoxluğu  onun  əməyinə bir  çox  ixtisasların  komponentlərini  daxil edir. Bunlara  aktyorluq, rejissorluq və mencerlik, tədqiqatçılıq  və  seleksioner  ixtisasları  daxildir.
Müəllim peşəsi  yer  üzərindı  ən qibtə  olunmalı  peşədir. Nə  qədər ki,  cəmiyyət  var  müəllim olacaqdır. Dünyada  yaşayan  hər bir  insanın  taleyi  az da olsa  müəllimin  əlində  olmuşdur. Həyatımızda  işıqlı nə varsa, hamısı – həqiqət, müdriklik , xeyirxahlıq, qardaşlıq,  bəşəriyyətin  təmənnasız  xidmətçisi  olan  müəllimdən  gəlir.
Müəllim  xüsusi  peşə  və  ictima  funksiyaları  onun  şəxsiyyətinə  əxlaqi  simasına  yüksək  tələblər  veriri. Müəllimə  verilən  tələblər  pedaqoji  fəaliyyətin  mevəffəqiyətini  müəyyən  edən  peşə keyfiyyətlərinin  imperativ (qeyri-şərtsiz) sistemidir.
Hər şeydən əvvəl nəzərə  almaq  lazımdır ki, praktik  pedaqoji  fəaliyyətin  ancaq  yarısı  rasional  texnologiya  üzərində  qurulmuşdur. Ona  görə də  meəllimə  verilən  başlıca  tələb  onun  pedaqoji  qabiliyyətlərə  malik  olmasıdır. Pedaqoji  qabiliyyətlər  müəllimin  şəxsi  keyfittətləridir. Onlar  uşaqlarla  işləməyə meyldə, uşaqlaram məhəbbətdə, onlarla  ensiyyətdən  həzz  almaqda  özünü  göstərir. 



Загрузка...