AzTehsil.com


Xəbərlər
17 may 2016
9 197


Kişi sağlamlığı üçün olduqca faydalı , qadınlar üçün də çox xeyirli bitki



Kişi sağlamlığı üçün olduqca faydalı , qadınlar üçün də çox xeyirli bitkiKərəviz çox faydalı göyərtidir. Son elmi araşdırmalar nəticəsində məlum olub ki, kərəvizin daim qəbulu yaşlı insanlarda təfəkkürün və yaddaşın zəifləməsinin qarşısını alır, qocalma prosesləri ləngidir.
Kərəvizdə olan bəzi nadir maddələr yaşlı insanlarda tez-tez inkişaf edən çox ağır Alsqeymer xəstəliyinin inkişafının qarşısını alır.
Kərəvizin tərkibində çox vacib aminturşuları (karotin, asparaqin, nikotin turşusu, tirozin), efir yağları, A, K, E, C, B qrupu vitaminləri, çoxlu sayda minerallar (kalium, fosfor, kalsium, maqnezium, sink, dəmir və s.) var.
Kərəviz çox təsirli arıqladan vasitə kimi tanınır. Kərəviz həzm prosesləri sürətləndirir, bağırsaqları şlaklar, toksinlər və digər zəhərli maddələrdən təmizləyir, piylərin parçalanmasını sürətləndirir.Məşhur diyetoloqlar bu göyərtini şirə, kokteyl, hətta şorba şəklində arıqlamaq məqsədi ilə tutulan pəhrizlərdə istifadə etmək tövsiyə edir.
Liflərlə olduqca zəngin olan kərəviz orqanizmə işlədici təsir edir və bu səbəbdən qəbizlikdən əziyyət çəkən insanlar bu göyərtini öz gündəlik qidalanmasına daxil etməlidir.
Qastrit və xora xəstəliyi olan insanlar da mütləq kərəviz yeməlidir. Bu göyərtinin tərkibində xüsusi U vitamini var ki, bu vitamin mədənin selikli qişasını bərpa etməyə kömək edir, iltihabı və ağrını azaldır.
Kərəviz kaliumla zəngindir və bu səbəbdən ürəyin fəaliyyətinə çox müsbət təsir edir, ödemləri azaldır, qan damarları möhkəmləndirir.
Kərəviz kişi sağlamlığı üçün olduqca faydalıdır. Mütəxəssislərin fikirinə görə, bu göyərti kişilərdə potensiyanı (kişi gücü) artırır, prostatitin inkişafından qoruyur. Cinsi sağlamlığında problemləri olan kişilər hər gün 1 stəkan kərəviz şirəsini içməlidir. Şirə hazırlamaq üçün bitkinin qalın gövdələri və yarpaqları istifadə olunur.
İltihabəleyhinə və sidikqovucu təsirə malik olan kərəviz şirəsi sidik ifrazı sistemi iltihabları zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər.
Kərəviz qadınlar üçün də çox xeyirlidir - menstruasiya qabağı sindromun və klimaksın simptomlarını azaldır, saçları, dirnaqları, dərini daha sağlam və gözəl edir.
Kərəviz immun sisteminə də müsbət təsir edir, infeksion xəstəliklərinin inkişafınının qarşısını alır.
Kərəviz sinir sistemimiz üçün də çox faydalıdır - sakitləşdirir, əhval-ruhiyyəni yaxşılaşdırır. Streslər və həyacanlamalar zamanı qidalanmanıza kərəvizi və onun şirəsini daxil edin. Bu streslə mübarizədə sizə yaxşı kömək edəcək.
 
Saglamolun.Az



Загрузка...