AzTehsil.com


Müəllim
20 may 2016
12 979


Müəllim mühüm peşə keyfiyyətləri - Müəllimin başlıca silahı sözdür.



Müəllim  mühüm  peşə  keyfiyyətləri - Müəllimin  başlıca  silahı sözdür.Müəllim  mühüm  peşə  keyfiyyətlərinə  aşağıdakılar  daxildir: əməksevərlik, intizamlılıq, məsuliyyətlilik, qarşıya  məqsəd  qoymaq və ona  nail  olmaq  yolunu  seçməyi  bacarmaq,  mütəşəkkillik, qətiyyətlilik, əzmkarlıq, öz  peşə  səviyyəsini, əməyinin  keyfiyyətini  sistematik və  planauyğun  yüksəltmək və s.
Müəllim  üçün  ən vacib  keyfiyyətlər  humanizimdir. Bu yer  üzərində  ən yüksək dəyər  olan insana  münasibətdir. Bu  yer  üzərində  ən  yüksək  dəyər  olan  insana  münasibətdir. Bu  münasibət  konkret  işlərdə  və  hərəkətlərdə  öz  ifadəsini  tapır. Humanist  münasibətlər  şagirdin  şəxsiyyətinə  maraqdan, onun  vəziyyətinə  şərik  olmaqdan,  tələbkarıqdan, şəxsiyyətinin  inkişafına  qayğı  göstərməkdən  və s  ibarətdir.
Müəllim  həmişə  fəal, yaradıcı  şəxsiyyətdir.Sinif  və  uşaq  kollektivi  kimi  mürəkkəb  orqanizmə  pedaqoji  rəhbərliyi  həyata  keçirmək  üçün  müəllim  inadlı,qətiyyətli  olmaklı, hər hansı  bir  situasiyanı  müstəqil  həll  etməyə  hazır  olmalıdır. Dözümlülük, özünü ələ  ala   bilmək  müəllim  peşəsi  üçün zəruri  olan  keyfiyyətlərdəndir. Peşəsində öz  aparıcı  mövqeyini  saxlamağı  bacarmalıdır.
Ədalətlilik  müəllimin  peşə  keyfiyyətlərinin  ayrılmaz  hissəsidir. Müəllim  sistematik  olaraq  şagirdlərin  bilik,bacarıq           və  hərəkətlərini qiymətləndirməlidir. Ona  görə də  onun  qiymətləndirmə  ilə  bağlı  mühakimələri, fikirləri  məktəblilərin  inkişaf  səviyyəsinə  uyğun  gəlməlidir. Şagirdlər  müəllimin  obyektivliyi  haqqında bunlara  görə  fikir  yürüdürlər. Heç  bir  şey  obyektiv  olmaq  bacarığı qədər  müəllimin  əxlaqı  nüfuzunu  möhkəmləndirə  bilmir. Müəllimin  qərəzçiliyi, subyektivliyi  təhsil-tərbiyə  işinə  çox  zərər  vurur.
Müəllim  tələbkar  olmalıdır. Bu, onun  müvəffəqiyyətli  işinin  mühüm  şərtidir. Müəllim  ilk  növbədə  özünə  yüksək  tələblər  verməlidir, çünki  özündə  olmayan  şeyi başqasından  tələb  etmək  olmaz. Pedaqoji  tələbkarlıq  ağlabatan  olmalı, inkişaf edən  şəxsiyyətin  imkanlarını  nəzərə  almalıdır.
Müəllimin  yumor  hissi  pedaqoji  prosesdə  mövcud  ola  bilən  güclü  gərginliyi  neytrallaşdırır. Deyirlər ki, şən  müəllim  qaraqabaq  müəlliməyə  nisbətən  daha  yaxşı  öyrədir. Bu, sinifdə  nisbətən emosional  fon  yaratmağa  kömək  edir.
Pedaqoji  takt  haqqında  xüsusi danışmaq  lazımdır. Pedaqoji  takt  xüsusi  bacarıq  növü olub,  şagirdlərlə  ünsiyyətdə  müəyyən  hədlərə  riayət  etmək  deməkdir. Takt  tərbiyəçinin, müəllimin  ağlını, hisslərinin  və  ümumi  mədəniyyətinin  ümumiləşmiş  ifadəsidir. Şagird  şəxsiyyətinə  hörmət  etmək  pedaqoji  taktdın  özəlliyidir. Şagirdləri  başa  düşmək  müəllimə  qeyri – taktiki  hərəkətlərə  yol  verməyə  imkan  vermir, konkret  situasiyada  optimal  təsir  vasitələri  seşməyə  kömək  edir. Müəllim təkcə  biliklərdə  öz  əksini  tapan  ideyalarla  tərbiyə  tmir, o, həm də   ideyaları  sinfə  ncə  çatdırması   ilə  tərbiyə  edir.Təlimdə  təkcə  ağıllılar  bir- birinə  təsir  etmir, həm də, müəllimin  qəlbi  şagirdin  qəlbi  ilə  təmasda  olur.
Şagirdin  tədris  fənni  ilə  görüşünün  taleyi xeyli  dərəcədə  müəllim-şagird  sistemində  münasibətlərin  quruımasından  asılıdır. Bu bir  faktırki, riyaziyyat  müəlliminə  böyük  rəğbət, məhəbbət  olmasa , riyaziyyatı  sevmək olmaz. Ədəbiyyat  müəllimini  başa  düşmədən  incəsənəti  sevmək  mümkün deyil.
Müəllimlikdə  şəxsi  keyfiyyətlərlə  peşə  keyfiyyətləri  vəhdət  təşkil  edir. Peşə  keyfiyyətlərinə  tədris  etdityi  fənni, onun tədrisi  metodikasını  bilmək, psixoloji hazırlıq. Ümumi  erudisiya, geniş  mədəni  səviyyə, pedaqoji  ustalıq,  pedaqoji  əmək və  ünsiyyət  texnologiyasına  yiyələnmək, təşkilatçılıq  bacarıq  və  vərdişləri, pedaqoji  takt, pedaqoji  texnika, natiqlik  məharəti  və  başqa  keyfiyyətlər  daxildir.
Elmə  aludə  olmaq  müəllimin  mühüm  keyfiyyətidir. Elmə  marq  müəllimə  öz  fənninə  hörmət  hissini  formalaşdırmağa, elmi  mədəniyyətini  qoruyub  saxlamağa, öz elinin  bəşər  inkişafının  ümumi  prosesləri  ilə  əlaqəsini  şagirdlərə  göstərməyə  və  görməyi  öyrətməyə  kömək edir.
Öz  peşakar  əməyinə  məhəbbət  elə  keyfiyyətdir ki, onsuz  olmaq  mümkün  deyil. Müasir  müəllimin  şəxsiyyəti  bir  çox halda onu  erudisiyasını, yüksək  mədəni  səviyyəsi  ilə  müəyyən olunur. Müasir  dünyadan  sərbəst  baş  çıxarmaq  istəyən  şəxs  çox  şeyi  bilməlidir. Erusisiyalı  pedaqoq  yüksək  şəxsi mədəniyyətin  daşıyıcısı  olmalıdır.
Müəllimin  ilk  professioqramı  XX əsrin  20-30-cu, yenisi  isə 80-cl illərində  qəbul  olunmuşdur.Həmin   professioqramları  müqaisə   edəndə   məlim  olurki.  Meəllimə  verilən  bəzi tələblər  yox  olmuş, yeniləri  meydana  gəlmişdir. Yox  olan keyfiyyətlər  içərisində "möhkəm sağlamlıq”da  vardır. Soruşula  bilər: məgər  müasir  müəllimə  sağlamlıq  lazım  deyil ?
Hər  il min  nəfər birinci  kurs  tələbəsi  ilə  aparılan  sorğu  göstərirki, onları 85 faizə  qədəri  birinci  yeri  müəllimin  ədalətlilik  keyfiyyətinə, ikinci  yeri  tələbkarlıq  keyfiyyətinə, üçüncu  yeri  isə  öz  fənnini  bilməyə  verirlər. 20 keyfiyyət  içəisində  birinci  10 yeri  aşağıdakı  keyfiyyətlər  tutmuşdur : ədalətlilik, tələbkarlıq, öz  fənnini  bilmək, xeyirxahlıq, şagirdlərə  etibar  etmək, nəzarətlilik, təvəzökarlıq, diqqətlilik, mütəşəkkillik, əxlaqı  saflıq.
Səciyyəvi  haldırki, şagirdlərin  qəlbində  yaranan  müəllim obrazı  daimi  qalmır, şagirdlər  sinfə  keçdikcə  o dəyişir. İbtidai  məktəbdə  müəllim idealdır, onun tələbləri  qanundur. Əfsus, müəllimin  ideallaşdırılması  çox  sürmür  və  azalma  meyli  müşahidə  olunur.
Tədqiqatlar  göstərirki, əsl  istedadlı  müəllimlər  12 faizdən  çox deyil. Müəllimlərin  əsas  kütləsi təlim-tərbiyə  metod  və  priyomlarına  yaxşı  yiyələnmiş ustalardır. Vaxtı  ilə  pedaqoji  ədəbiyyatda  pedaqoqun  keyfiyyətləri  haqqında söhbət  gedərkən  onun  qayğıkeş,  xeyir xah,  uşaqları  sevən, qəlbi  məhəbbətlə  dolu  olan insan  olması  arzu  olunurdu.
Müəllmin  əməyinin   belə  qeyri-işgüzar  və  sentimental  yanaşma  A.S.Makarenkonun  hiddətləndirirdi. O, belə  hesab  edirdi ki, "müəllim  qəlbi” şagirdlərə  münasibətin  daxili  tənzimləyicisi  kimi  istifadə  oluna  bilməz. A,S.Makerenkonun  fikrincə  "xeyirxah  qəlblər  sistemi”  uşaqların  rəğbətini  qazanmaq. "ən  çox  sevilən müəllim " titulunu  almaq  uğrunda  mübarizəyə  gətirib  çıxarır. O,müəllimə  istehsalat  mövqeyindən  yanaşmağı, ona  əmək , zəhmət  adamı, fəhlə  kimi  baxmağa  çağırır.
Müəllimin  başlıca  silahı sözdür. Bundan  başqa, onun  ehtiyatında  xeyli  qeyri-vebal (nitqsiz )  ünsiyyət  vasitəsiləri  də  vardr.
1. Ekspressiv – mənalı  hərəkətlər. Ekspressiv-mənalı  hərəkətlər  müəllimin  davranışının  görmə  orqanı  vasitəsilə qavranılmasıdır.Burada  duruş, mimika, əl-qol hərəkətləri, baxış yeriş  xüsusi  rol  oynayır.
2. Prosodika və  ekstralinqvistika ( informasıya,səsin ucalığı, tembri, nəfəsalma, gülüş, öskürək ). Səsin  xarakteristikaları  prosodik (nitqdə vuröulu və vurğusuz,  uzun və  qısa  hecaların  tələffüzü  sistemi ) və  ekstralinqvistik ( linqvistikadan kənar )  hadisələrə  daxildir. Şövq, ruh  yüksəkliyi,sevinc  və  narazılıq  adətən  yüksək  səslə, nifrət, qorxu  kifayət  qədər  yüksək, qəm  qüssə, yorğunluq  adətən  batıq  səslə  verilir.
3. Takesik  ünsiyyət  vasitələri. Başı  sığallama, toxunma,  əl-ələ  verib  görüşmə, tərifləmə  takesik  ünsiyyət  vasitələrinə  aidddir.
4. Proksemik  vasitələr. Bunlara  təlim  zamanı  müəllim  və  şagirdlərin  oriyenasiyası və  onlar  arasında  distansiya  aiddir.Pedaqoji  distansiyanın  normaları  aşağıdakı  məsafələr  kimi  müəyyən olunmuşdur: 1)müəllimin  şagirdlərlə fərdi  ünsiyyəti – 45-dən 120sm-dək; 2)sinifdə  şagirdlərlə  rəsmi  ünsiyyət – 120-400sm; 400-750sm. Ünsiyyət  distansiyasının  müntəzəm  dəyişməsi pedaqoji  əməyin xüsusiyyətidir. Bu  müəllimdən  dəyişən  şəraitə dəfələrlə  uyğunlaşmağı  tələb  edir.




Загрузка...