4-cü sinif şagirdlərinə "Kalaşnikov dərsi": Bizdə də olsun

"Azadlıq radiosu"nun məlumatına görə, "The İndependent" qəzeti yazır ki, Rusiya Müdafiə Nazirliyinin bu təşəbbüsünün həyata keçirilməsində Sovet zəmanəsindən qalma və yenidən dirçəldilmiş Yunarmiya - Gənc Ordu aparıcı rol oynayacaq. Bu dərslərdə avtomat silahların yığılması, atıcılıq və paraşütlə tullanmaqdan başqa döyüş taktikası və hərbi tarix də tədris olunacaq. Yaroslavl şəhərində pilot layihə kimi başlanmış dərslər gələn dərs ilindən, yəni 2016-cı ilin sentyabrdan etibarən orta məktəblərin tədris planına daxil ediləcək.
Rusiya Müdafiə Nazirliyi bildirir ki, bu dərslərin keçilməsinə ehtiyac "kəskin artmış vətənpərvərlik və vətənə xidmət yanğısından" doğub. Hərbi dərslər Rusiya məktəblərinin yuxarı siniflərində əvvəllər də keçilirdi, indi isə bu dərsləri, demək olar, ibtidai siniflərdən keçəcəklər.Bəzi xəbərlərə görə, hərbi dərslər 10 yaşdan başlayaraq keçiləcək.Rəsmilər deyirlər ki, yeni təlimlər məktəblərdə artıq mövcud olan hərbi dərslərə əlavə ediləcək və icbari olmayacaq. Bildirilir ki, uşaqlar hərbi forma geyinəcəklər və onların öz "qərargah"ları və "bayraq"ları olacaq
Qeyd edək ki, Azərbaycanda da orta məktəblərdə uzun illərdir ki, 10, 11-ci sinif şagirdləri üçün "Gənclərin çağırışaqədərki hərbi hazırlıq" fənni tədris olunur. Hərçənd, onun tədrisi heç də bütün məktəblərdə eyni cür, eyni təchizatla və səviyyədə deyil.Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən hərbi-siyasi məsələlər üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib ki, keçmiş SSRİ-nin bir çox müsbət dəyərləri müstəqil Azərbaycan dövlətində də tətbiq edilsə, çox yaxşı olar:




Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı

Ali təhsilli çağırışçıların hərbi xidməti üçün yeni TƏKLİF -

Təsisçi və baş redaktor:Elşən Qafarov

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

Orta məktəblərimizin və məktəbşünaslığın aktual və təxirəsalınmaz məsələləri

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Müasir müəllim necə olmalıdır ?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Məktəb direktorunun informasiya mənbələri..

“Bilikli müəllimlər daha yüksək əməkhaqqı əldə etməlidir”

Uşaq huquqları və vəzifələri