AzTehsil.com


Direktor
23 may 2016
6 730


Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında



Bir daha ümumtəhsil məktəbinin strukturu haqqındaBir daha ümumtəhsil məktəbinin strukturu haqqında Böyütmək üçün şəkili seçinİki il bundan öncə "Azərbaycan müəllimi" qəzetinin 13.04.2012-ci il tarixli 14-cü nömrəsində "Ümumtəhsil məktəbi strukturunun təşəkkülünə dair" adlı yazıda ölkəmizdə ümumtəhsil məktəbi strukturunun təşəkkülü, onun inkişaf tendensiyası və formalaşması prosesini məntiqi ardıcıllıqla izləməyə çalışmışdıq. Yaradıldığı ilk dövrlərdə heç bir konkret struktura və dəqiq təlim - tədris müddətinə malik olmayan Azərbaycan məktəbi XX əsrdə dəqiq strukturu və təhsilalma (vermə) müddətinə malik 10 illik (3+5+2) və 11 illik (4+5+2) məktəblər kimi formalaşdı. 3 səviyyədən - ibtidai məktəb (4 il), əsas məktəb (5 il), orta məktəb (2 il) - ibarət 11 illik orta ümumtəhsil məktəbi strukturunun tətbiqi 1984-cü ildə keçirilən təhsil islahatı zamanı qərara alındı. 1985/1986-cı dərs ilində 6 yaşlıların məktəb təliminə cəlb edilməsi ilə 11 illik orta ümumtəhsil məktəbinin bünövrəsi qoyuldu.
O vaxtdan 30 illik bir dövr keçir. Bu müddət ərzində dünyada elmin, texnikanın, iqtisadiyyatın, mədəniyyətin inkişafında böyük yüksəliş əldə olunub, çoxlu kəşflər, ixtiralar edilib, yeni elm sahələri yaradılıb, elmlərarası inteqrasiya nəticəsində sinergetik elmi istiqamətlər, elmi paradiqmalar formalaşıb. Elmi-texniki tərəqqinin sürətli yüksəlişi elmi biliklərin həcmini daha da artırmışdır. Onlar haqqında zəruri biliklərin məktəbin tədris planı, fənn proqramları və dərsliklərinə gətirilməsi, 11 illik məktəbin "çərçivəsinə" sıxışdırılması şagirdlərin həddindən artıq yüklənməsinə səbəb olar, onların sağlamlığına mənfi təsir göstərər. Deməli, ölkəmizin orta ümumtəhsil məktəbində təhsilalma (təhsilvermə) müddətinin uzadılmasına - 12 illik məktəbə çevrilməsinə ciddi ehtiyac vardır. Bu, zamanın tələbidir. Avropanın və dünyanın inkişaf etmiş ölkələrində fəaliyyət göstərən 12 illik - 13 illik orta ümumtəhsil məktəblərinin uzunmüddətli təcrübəsi bu təhsilalma müddətinin daha optimal olduğunu çoxdan sübut etmişdir. Təsadüfi deyildir ki, dünyanın əksər ölkələrində ümumi orta təhsil 12 illikdir. Ölkəmizin yerləşdiyi regionda olan ölkələrdə də xeyli vaxtdır ki, 12 illik ümumi orta məktəb strukturuna  keçilmişdir.
Dövlət başçısı tərəfindən 24.10.2013-cü ildə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda 12 illik ümumi təhsil sisteminin yaradılması nəzərdə tutulmuşdur. Bəs 12 illik tam orta ümumtəhsil məktəbinin strukturu hansı sxem üzrə yaradılacaqdır?
Bəzi "təhsil xadimləri", "müstəqil ekspertlər" əsaslandırmadan müxtəlif telekanallara müsahibə verərək 12 illik məktəbin strukturunun "10+2" sxemi üzrə qurulmasını təklif edirlər. Onlar hansı tədqiqatların nəticələrinə, hansı təcrübəyə əsaslanırlar? Şərh yoxdur.
Orta ümumtəhsil məktəbi 12 illik olan ölkələrin məktəblərinin üçüncü - sonuncu səviyyəsi - yuxarı siniflər üç və ya dörd ili əhatə edir. Məsələn, ABŞ-da 12 illik məktəb strukturu bir neçə sxem üzrə qurulur. Lakin bunlardan ən  geniş  yayılanı "6+3+3" (1-6 kiçik (aşağı) siniflər,  7-9 orta siniflər, 10-12 yuxarı siniflər) və qismən də "6+2+4" sxemləri üzrə qurulan məktəb strukturlarıdır (Система образования в Соединенных Штатах Америки). Fransada orta ümumtəhsil məktəbinin (ibtidai məktəb - 5 il, kollec - 4 il, lisey - 3 il) strukturu "5+4+3"  sxemi üzrə qurulur (Начальное и среднее образование во Франции, информационные и  "Учебные материалы" №34). Birləşmiş Krallıqda orta ümumtəhsil məktəblərində təhsilalma müddəti 12-13 il təşkil edir ki, bu məktəblərin strukturu - "6+5+1" və ya "6+5+2" sxemləri üzrə qurulur. ("British Council"in Bakı ofisinin məlumatı). Almaniya Federal Torpaqlarında da orta ümumtəhsil məktəblərin növündən (real məktəblər, gimnaziyalar) asılı olaraq təhsilalma müddəti 12-13 illikdir. Bu məktəblərin strukturu - "4+5+3" və "4+6+3" sxemi üzrə yaradılır (İnternetdən götürülmüşdür).
Qonşularımız olan Türkiyədə məktəblərin strukturu "4+4+4", Gürcüstanda "6+3+3" sxemi üzrə qurulmuşdur. Gətirilən faktlardan göründüyü kimi, orta ümumtəhsil məktəbinin  üçüncü səviyyəsində təhsilalma müddəti ən azı "3" ildir. Bu təbiidir, ona görə ki, üçüncü səviyyədə "Təhsil haqqında" qanunun tələbinə əsasən təlim təmayüllər üzrə aparılmalıdır. Təmayüllər üzrə hazırlanacaq fənn proqramlarının mürəkkəbliyi, dərin və yüksək elmi səviyyəsinə müvafiq tələblərini ikiillik müddətdə həyata keçirmək qeyri-mümkündür.
Bu məsələ ilə bağlı məktəbimizin təcrübəsində olan bir faktı da xatırlamaq yerinə düşərdi. Keçən əsrin 60-cı illərinin birinci yarısında keçmiş SSRİ-nin bir sıra ərazilərində, o cümlədən Azərbaycanda da orta ümumtəhsil məktəbinin üçüncü səviyyəsi bazasında iki sinifdən - IX və X siniflərdən ibarət ikiillik ayrıca - müstəqil "Riyaziyyat məktəbi", "Fizika məktəbi", "Kimya məktəbi" və s. məktəblər yaradılmışdı. Lakin bu məktəblər qarşıya qoyulan məsələləri - şagirdlərə elmlərin əsasları üzrə hərtərəfli və dərin biliklər verilməsini onlara ayrılan təlim müddətində həyata keçirə bilmədikləri üçün tez bir zamanda ləğv edildilər.
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda "19.19. Tam orta təhsil səviyyəsində təhsilin təmayülləşməsi (hümanitar, texniki, təbiət və digər) təmin olunur" müddəası təsbit olunmuşdur. Deməli, məktəblərimizin üçüncü səviyyəsinə müvafiq elm sahələri üzrə yüksək intellektə malik olan şagirdlər qəbul edilməlidir. Belə şagirdləri aşkar etmək və düzgün istiqamətləndirmək üçün pedaqoji kollektivlər valideynlər, psixoloqlar, sosioloqlar və digər mütəxəssislərlə birlikdə çox gərgin iş aparmalıdırlar. Şagirdlərin maraq, meyil, qabiliyyətlərini üzə çıxarmaq və onları müvafiq peşələrə yönəltmək elmi əsaslar üzərində qurulmalıdır. Elə edilməlidir ki, şagirdlər IX sinfi bitirəndə tam aydın olsun ki, kimlər ilk peşə-ixtisas, kimlər orta ixtisas müəssisələrində təhsillərini davam etdirəcək, kimlər isə sahibkarlıq, xüsusən kənd rayonlarında fermerlik fəaliyyəti ilə məşğul olan valideynlərinə kömək edəcəklər. Dövlətimizin əmək qanunvericiliyinə müvafiq olaraq ümumi orta icbari təhsili başa vuran 15 yaşlı yeniyetmələrin əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verilir. Əmək fəaliyyətinə başlayan IX sinif məzunları təhsildən kənarda qalmamalı, onlar tam orta təhsil verən axşam, qiyabi məktəblərə cəlb edilməlidirlər. Bu məsələnin müsbət həlli BMT-nin "Təhsil hamı üçün" Bəyannaməsinin (1990) icrası ilə bağlı - məktəbyaşlı bütün uşaqların, bu və ya digər səbəbdən ümumi orta təhsil ala bilməyən gənclərin, hətta yaşlıların təhsilə cəlb edilməsi barədə Azərbaycan hökumətinin Dakar forumunda (2000) götürdüyü öhdəliyin yerinə yetirilməsi baxımından çox önəmlidir. Tam orta məktəbin üçüncü səviyyəsində təhsilini davam etdirəcək şagirdlərin seçimi aşkarlıq və şəffaflıq şəraitində, obyektiv, ədalətli və təmənnasız həyata keçirilməlidir.
Deyilənləri nəzərə alaraq, belə qənaətə gəlmək olar ki, ölkəmizdə 12 illik məktəbin strukturunun "4+5+3" sxemi üzrə qurulması məqsədəuygün olardı. Ona görə ki, dördillik ibtidai məktəb, beşillik ümumi orta (natamam orta) məktəb 1984-cü il islahatından sonra 30 il müddətində özlərini təsdiq etmiş, onlarda təhsilin məzmunu müəyyən mənada formalaşmışdır. Ümumi təhsilin üçüncü - tam orta təhsil səviyyəsində təhsilalma müddətinin "3" ilə qaldırılması onun yeni məzmununun yaradılmasını zəruri edəcəkdir.
Məsələnin bu şəkildə həlli: şagirdlərin səhhətini pisləşdirən təlim yükünün həcmini azaltmağa; təhsilin keyfiyyətini yüksəltməyə; yaranmış demoqrafik şəraiti nəzərə alaraq, perspektivdə maddi-maliyyə resurslarına qənaət etməyə; gənclərin əlavə məşğulluğunu təmin etməyə imkan verəcək; attestatlarımızın xarici ölkələrdə tanınmasını təmin edəcək; struktur baxımından Avropa və dünya təhsil sisteminə inteqrasiya olunmasına təkan verəcəkdir.
İnanırıq ki, müstəqillik illərində ümumi təhsilin məzmununun yaradılması sahəsində müəyyən təcrübə toplamış və səriştəyə yiyələnmiş elmi-metodik sahədə fəaliyyət göstərən mütəxəssislərimiz bu işin öhdəsindən uğurla gələcəklər. 
Arif   MURADOV,
Azərbaycan Respublikasının əməkdar müəllimi

 



Загрузка...
Həmçinin oxuyun:
"Təhsil Qanunu"na aid testlər və cavabları

"Təhsil Qanunu"na aid testlər və cavabları

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir      I hissə

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I hissə

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Orta məktəblərimizin və məktəbşünaslığın aktual və təxirəsalınmaz məsələləri

Orta məktəblərimizin və məktəbşünaslığın aktual və təxirəsalınmaz məsələləri

Məktəb Psixoloqunun əmək funksiyası

Məktəb Psixoloqunun əmək funksiyası

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Direktor olmaq istəyənlər -  Qaninvericilikdən testlər  cavablarla

Direktor olmaq istəyənlər - Qaninvericilikdən testlər cavablarla

T Ö V S İ Y Ə L Ə R - Ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair

T Ö V S İ Y Ə L Ə R - Ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Uşaq huquqları və vəzifələri

Uşaq huquqları və vəzifələri

Valideyinlərlə əlaqələrin qurulması  və  möhkəmlənməsinə rəhbərlik

Valideyinlərlə əlaqələrin qurulması və möhkəmlənməsinə rəhbərlik

Məktəb direktorunun əmək funsiyaları...

Məktəb direktorunun əmək funsiyaları...

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

Təhsildə Psixoloji Xidmət Bölməsi

Təhsildə Psixoloji Xidmət Bölməsi

“Bilikli müəllimlər daha yüksək əməkhaqqı əldə etməlidir”

“Bilikli müəllimlər daha yüksək əməkhaqqı əldə etməlidir”

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Məktəbdə dərnək rəhbərinin əmək funksiyası

Məktəbdə dərnək rəhbərinin əmək funksiyası

Məktəb direktorunun informasiya mənbələri..

Məktəb direktorunun informasiya mənbələri..