AzTehsil.com


Xəbərlər
26 may 2016
3 959


Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.



Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.
Dəfələrlə demişik, yazmışıq ki, təhsil radikallığı, sıçrayışlar yolunu qəbul etmir, təkamül yolu ilə, mərhələlərlə inkişafı tərciyə edir. Əbəs yerə deyildi ki, hələ 1999-cu ildə qəbul edilmiş "Təhsil sahəsində İslahat Proqramı”nda təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsildə məzmun və forma dəyişiklikləri aparıması birmənalı şəkildə təhsilin əsas məqsədlərindən biri kimi müəyyənləşdirilmişdi.
Budur, artıq neçə illərdən bəridir ki, "Proqram” tələbinə biganəliyimiz, öz "səmərəsini” verməkdədir və bu prosesin bu gedişlə yaxın illərdə müsbətə doğru dəyişəcəyi belə optimizmə ümid belə yaratmır. Artıq, nəinki təhsil ekspertlərinin gətirdiyi arqumentlər, habelə istər Təhsil Nazirliyinin, istərsə də keçmiş TQDK və ya indiki Dövlət İmtahan Mərkəzinin statistikası da təsdiq edir ki, son on illiklərdə, təhsilə marağın azalması fonunda təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir. 
Vəziyyətin belə xarakter alması bir çox obyektiv və subyektiv səbəblərlə şərtlənir ki, buna da zaman-zaman ayrı-ayrı təhsil mütəxəssislərinin fikirlərində , yazılı və elektron media mənsublarının araşdırmalarında, o cümlədən də yüksək səviyyəli dövlət məmurların açıqlamalarında kifayət qədər önəm verilib. Lakin nə fayda. Vəziyyətdən çıxış yolunu hələ ki, mövcud qaydaları dəyişməkdə görürük.
Halbuki qaydaları dəyişməklə nəyinsə dəyişəcəyinə ümid bəsləmək bataqlıqda batan adamın saman çöpündən yapışmaq cəhdindən başqa bir şey deyil.
Biz toplanmış potensialı saxlamaq və inkişaf etdirmək əvəzinə beynəlxalq təhsil sisteminə inteqrasiya adı ilə olan-qalan potensialımızı da vurub dağıtdıq. Nə Sovet təhsil sistemindən tam olaraq çıxa bildik, nə də qərb təhsilini düz-əməlli mənimsəməmiş ora inteqrasiya etdik. Əlbəttə bunu keçid dövrünün fəsadları kimi qiymətləndirsək belə, heç də az müddət olmayan 25 il aralığında əldə etdiyimiz nətıcələri ürəkaçan hesab etməyə elə də mühüm bir əsasımız yoxdur. 
Baxmayaraq ki, "Təhsil haqqında" Qanuna təhsilin sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prоsesi və оnun nəticəsi olduğu, ümumi təhsiln isə təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin etməsi barədə maddə salmışıq, əvəzində isə təhsili repetitorların çiyninə yüklədik.Nəzərə almadıq ki, repetitor xidməti çoxluğun deyil, azlığın xidmətidir.Pafosla desək bu xidmət sayəsində kiçik saylı azlıq çiçəklənir, böyük sayı çoxluq isə solur.Bütövlükdə təhsilimizdə eniş tendensiyasının başlıca səbəbini ilk növbədə repetitorluğun çiçəklənməsinə və ayrı-ayrı əlavə hazırlıq kursları şəbəkəsinin intişar tapmasına rəvac verməklə məktəb mühitinin deformasiyaya uğramasına, bunun nəticəsi kimi məktəbin öz başlıca qanunvericilik funksiyasını itirməsinə şərait yaratmağımızda axtarmaq lazımdır. 
Başqa sözlə desək ümumtəhsil tam orta məktəbin vəzıfəsinin ali məktəblərə tələbə hazırlamaq olmadığını nəzərə almayaraq, qəbul prosesini ixtisaslara bölməklə bir qrup təhsil alanların bütün fənlər üzrə deyil, kokret dar ıxtisaslar üzrə hazırlaşmasına, ali təhsil almaq məqsədi olmayanların isə ümumiyyətlə kütləvi şəkildə oxumağa marağının itməsinə zəmin yaratmışıq. 
Digər tərəfdən uzun illərdən bəri sınaqdan çıxmış gündəlik qiymətləndirmənin ləğv edilərək hələ də nə şagird , nə də müəllim tərəfindən tam-dürüst mənimsənilməmiş kurrikulum sistemi üzrə qiymətləndirməyə keçilməsı, rüblük qiymətləndirmənin yarımıllik qiymətləndirmə ilə əvəz edilməsi, aralıq imtahanlarının aradan qaldırılması, dərsliklərin müvafiq standartlara cavab verməməsi, müəllim hazırlığının aşağı olması, məktəbdaxili nizam- intizamın zəifləməsi, ucdantutma hamıya attestat verilməsi və bu kimi digər təzahürlər və dərindən düşünülməmiş dəyişikliklər, şagirdlərin və bir çox müəllimlərin "Əsanamə” üzrə nəzərdə tutulmuş hüquq və vəzıfə məsuliyyətini nəzərəçarpacaq dərəcədə azaltmış oldu. 
Ən başlıcası isə sistemin oturuşmasına imkan vermirik, qaydaları tez-tez dəyişirik, hər sonrakı dəyişiklik isə sübut edir ki, əvvəlki qərarlar səhv imiş. İkincisi, təhsilin ətrafında inamsızlıq mühiti yaranır. Digər tərəfdən hər hansı bir yenilik edərkən ölkə təhsilinin spesifik xüsusiyyətlərinə daha dərindən bəlli olan yerli mütəxəssislərə deyil, əsasən xarici ekspertlərə üstünlük veririk.
Təhsillə az-çox maraqlananlar yəqin bilməmiş deyillər ki, sovet dönəmində 6 günlük dərs rejimində tədriis ili 35 həftədən ibarət olub. Sonralar 7 yaşdan 6 yaşa, 6 günlükdən 5 günlüyə keçid, bir sıra lazımlı-lazımsız bayramların qeyri-iş günü elan olunmasının məktəblərə də şamil edilməsi, 1999-cu ildə havaların bir az isti keçməsi ilə əlaqədar dərs ilinin başlanmasının sentyabrın 1-dən 15-nə çəkilməsi barədə absurd qərarın qəbul edilməsi dərs günlərinin sayının azalmasına və buna müvafiq olaraq dərs həftəsinin 35-dən 32-yə endirilməsi və s. bu kimi yeniliklər də şübhəsiz ki, şagirdlərimizin bilik səviyyəsinin aşağı düşməsinə təsirsiz ötüşməyib.
Çünki, dərs günlərinin məhdudlaşdırılması öz növbəsində dərs saatlarının azalmasını, bundan çıxış yolu kimi proqram materiallarının sıxışdırılmasını zərur etdi ki, bu da şagirdlərin dərs yükünü ağırlaşdıraraq, onların qavrama mənimsəmə imkanlarına öz təsirini göstərib. Düzdür, iki il bundan qabaq yaranmış problemin aradan qaldırılması, habelə dünya təcrübəsinin nəzərə alınması baxımından tədris həftələrinin sayının artırılması barədə müvafiq qərar qəbul olunub. Lakin artırılma dərs ilinin iyunun 14-dək uzadılması hesabına nəzərdə tutulub ki, bu da bir çox təhsil ekspertləri və ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb. Çünki, reallıq ondan ibarətdir ki, artıq mayın ortalarından iqlim və bir sıra psixoloji amillərlə bağlı şagirdlərin dərsə davamiyyətində kəskin azalma müşahidə olunur. Buraxılış imtahanları, daha sonra qəbul imtahanları, onların nəticələrinə əsasən əlavə qəbul və s. şagirdlərin fiziki və psixi durumuna öz mənfi təsirini göstərir.
5 günlük tədris həftəsinə keçərkən bir mühüm məqamı nəzərə almadıq ki, dünya təcrübəsində şənbə günü istirahət günü kimi nəzərdə tutulmur. Sadəcə dərs cədvəllərindəki gərginliklər tənzimlənir və müvafiq tələblərə əsasən şagirdlərin asudə vaxtından da səmərəli istifadə olunmasına şərait yaradılır. 
Pessimist proqnoz olsa belə hesab edirəm ki, təhsilimizdə eniş prosesi bütün səy və cəhdlərimizə baxmayaraq hələ bir heçə illər, bəlkədə on illiklərlə davam edəcək. Çünki, son iki onillikdə buraxılan səhvləri qısa müddət kəsiyində aradan qaldırmaq nəzəri cəhətdən mümkün kimi görünsə də, bu praktiki cəhətdən heç də ağlabatan sayıla bilməz.Bir də ki, hələ qarşıda kurrikulumun başa çatdırılması, 12 illik təhsilə keçid kimi ciddi sınaqlar var. 
Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun vurğuladığı kimi "TQDK məlumatına görə ali məktəblərə daxil olanların orta balı 700 -ə qarşı, 250 bal ətrafındadır.Yəni zəifdir. Deməli, XX əsri zəif təhsillə başa vurduq. Yaxşı olar ki, XXI əsrdə bunu etməyək. Son 20 ilin məlumatlarına əsaslanaraq deyə bilərik ki, XX əsrdə təhsilimiz qiymət ala bilmədi, yəni kəsildi. XXI əsrdə bu cür davam etmək olmaz.”
xeber-24.az



Загрузка...
Həmçinin oxuyun:
Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

"Təhsil Qanunu"na aid testlər və cavabları

"Təhsil Qanunu"na aid testlər və cavabları

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə

Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə

Orta məktəblərimizin və məktəbşünaslığın aktual və təxirəsalınmaz məsələləri

Orta məktəblərimizin və məktəbşünaslığın aktual və təxirəsalınmaz məsələləri

Məktəb direktoru necə olmalıdır? - Ramiz Məmmədzadə

Məktəb direktoru necə olmalıdır? - Ramiz Məmmədzadə

Şəhadətnamənin və attestatın verilməsi qaydaları

Şəhadətnamənin və attestatın verilməsi qaydaları

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Təhsildə Psixoloji Xidmət Bölməsi

Təhsildə Psixoloji Xidmət Bölməsi

Məktəb direktorunun informasiya mənbələri..

Məktəb direktorunun informasiya mənbələri..

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT