AzTehsil.com


H/N sənədlər
25 may 2016
6 320


İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət



 Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29.04.2015-ci il tarixli 511 nömrəli əmri ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın
müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

 3. Müsabiqənin keçirilməsi
3.1. Müəllimlərin iş yerinin dəyişdirilməsi və işə qəbulu 3 mərhələdən ibarət
olmaqla (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və
müsahibə) müsabiqə yolu ilə həyata keçirilir.
3.2. İş yerinin dəyişdirilməsi müsabiqəsində yalnız müəssisələrdə müddətsiz
müqavilə əsasında müəllim işləyənlər iştirak edə bilərlər.
3.3. İşə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini
pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış
işləməyən, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər
iştirak edə bilərlər.
3.4. Müsabiqənin I mərhələsində (elektron ərizədəki göstəricilərin
qiymətləndirilməsi) namizədin ərizədə qeyd etdiyi şəxsi, təhsil və iş təcrübəsi haqqında
məlumatlar yoxlanılır. Elektron ərizədə qeyd edilən məlumatların düzgünlüyünə görə
ərizəçi məsuliyyət daşıyır.
3.5. Müsabiqənin II mərhələsində (test imtahanı) hər bir namizədə onun ixtisası
üzrə ümumtəhsil məktəblərinin fənn proqramının məzmununa, metodika və təlim
strategiyalarına, məntiqə aid suallar təqdim edilir. İmtahanın müddəti, sualların sayı və
müvafiq keçid balı Nazirlik tərəfindən müəyyənləşdirilir.
3.6. Test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə
yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə aparılır. Hər hansı ixtisas üzrə bir vakant
yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda, müsabiqə komissiyası
namizədin elektron ərizəsindəki göstəricilərini araşdırmaqla müvafiq qərar qəbul edir.
3.7. Müsabiqənin III mərhələsində (müsahibə) test imtahanlarının nəticələrinə
əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları,
şəxsi keyfiyyətləri və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq
yoxlanılır. Müsahibəyə çağrılan namizədlər tələb olunan tarixdə şəxsi işini (elektron
ərizənin surəti, diplom(lar) və ona əlavə(lər) (xaricdə təhsil alanlar diplomla yanaşı
təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə), şəxsiyyət vəsiqəsi, sağlamlıq
haqqında arayış, əmək kitabçası (əgər varsa) və elektron ərizəsində göstərilən
məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş
surəti) müsabiqə komissiyasına təqdim etməlidirlər.
3.8. Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədəki
məlumatları düzgün doldurmadığı və ya müsahibə proqramının meyarlarına uyğun
olmadığı müəyyən edilərsə, onun nəticələri ləğv edilir.
3.9. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə
iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir.
3.10. İşə qəbul üzrə müsabiqənin nəticələrinə görə hər bir ixtisas üzrə boş qalan
yerlər üçün əlavə yerləşdirmə keçirilir. Keçid balı toplayaraq seçdiyi vakant yerə işə
qəbul oluna bilməyən namizədlər əlavə yerləşdirmədə iştirak edə bilərlər.
3.11. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə bütün ixtisaslar üzrə
müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır.
3.12. Müsabiqənin yekun nəticələrinə əsasən iş yerini dəyişən və işə qəbul olunan
müəllimlərin siyahısı Nazirliyin internet saytında yerləşdirilir, müvafiq siyahılar
müşayiətedici məktubla aidiyyəti təhsili idarəetmə orqanlarına, Nazirliyin birbaşa
tabeliyində olan müəssisələrə göndərilir. Nazirliyin göndərişi əsasında təhsil
müəssisəsinin rəhbəri ilə müəllim arasında əmək müqaviləsi bağlanılır və əmrlə
rəsmiləşdirilir.
4. Qaydaların pozulmasına görə məsuliyyət
4.1. Müəllimlərin işə qəbulu ilə əlaqədar bu Qaydalara riayət edilməsi və kadrlarla
iş sahəsində yol verilən nöqsanlara görə müvafiq təhsil orqanlarının və təhsil
müəssisələrinin rəhbərləri, habelə müsabiqə komissiyalarının üzvləri qanunvericiliyə
müvafiq olaraq məsuliyyət daşıyırlar.



Загрузка...
Həmçinin oxuyun:
Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

Direktor olmaq istəyənlər -  Qaninvericilikdən testlər  cavablarla

Direktor olmaq istəyənlər - Qaninvericilikdən testlər cavablarla

Şəhadətnamənin və attestatın verilməsi qaydaları

Şəhadətnamənin və attestatın verilməsi qaydaları

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

"Təhsil Qanunu"na aid testlər və cavabları

"Təhsil Qanunu"na aid testlər və cavabları

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir      I hissə

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I hissə

Fərdi əmək mübahisələri

Fərdi əmək mübahisələri

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Kimya laborantı təlimatı məktəb kimya müəllimləri və laborantları üçün işlənib hazırlanmışdır

Kimya laborantı təlimatı məktəb kimya müəllimləri və laborantları üçün işlənib hazırlanmışdır

Əmək münasibətləri - Əmək mübahisələri

Əmək münasibətləri - Əmək mübahisələri

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

Təhsil Metodistinin əmək  funksiyası

Təhsil Metodistinin əmək funksiyası