Xəbərlər
26 may 2017
2 899


"Təhsilimizdə eniş prosesi nə etsək də hələ bir neçə illər davam edəcək"

"Təhsilimizdə eniş prosesi nə etsək də hələ bir neçə illər davam edəcək"

 

"5 günlük tədrisə keçərkən bir mühüm məqamı nəzərə almadıq ki..."
 
Dərs ilinin son günlərini yaşayırıq. Əvvəllər may ayının 25-i son zəng çalınırdı. Elə buna görədir ki, hələ də şagirdlər həmin günlərin ab-havası ilə davamiyyətdə aşağı göstəriciyə malikdirlər. Amma problem tək bununla bağlı deyil. Təhsil sistemindəki yeniliklər də öz yerinə oturmaq bilmir və nəticədə uduzan Azərbaycan olur. 

Aztehsil.com xəbər verir ki, ölkə təhsilinin son durumunu təhsil eksperti Nadir İsrafilov FaktXəbər-ə şərh edib.

- TQDK-nın keçirdiyi son imtahanları necə dəyərləndirirsiniz?

- İmtahanların nəticələri yenə ürəkaçan olmadı. Başqa cür də ola bilməzdi. Dəfələrlə demişik, yazmışıq ki, təhsil radikallığı, sıçrayışlar yolunu qəbul etmir, təkamül yolu ilə, mərhələlərlə inkişafı tərciyə edir. Əbəs yerə deyildi ki, hələ 1999-cu ildə qəbul edilmiş  "Təhsil sahəsində İslahat Proqramı”nda təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsildə məzmun və forma dəyişiklikləri aparıması birmənalı şəkildə  təhsilin əsas məqsədlərindən biri  kimi müəyyənləşdirilmişdi.

Budur, artıq neçə illərdən bəridir ki, "Proqram” tələbinə biganəliyimiz, öz "səmərəsini” verməkdədir və prosesin bu gedişlə yaxın illərdə müsbətə doğru dəyişəcəyi belə, optimizmə ümid belə yaratmır. Artıq, nəinki təhsil ekspertlərinin gətirdiyi arqumentlər, habelə istər Təhsil Nazirliyinin, istərsə də keçmiş TQDK və ya indiki Dövlət İmtahan Mərkəzinin statistikası da təsdiq edir ki, son on illiklərdə, təhsilə marağın azalması fonunda təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir. 

- Vəziyyətin belə xarakter almasının səbəblərini nədə görürsünüz?

- Bunun bir çox obyektiv və subyektiv səbəblərlə var. Zaman-zaman ayrı-ayrı təhsil mütəxəssislərinin fikirlərində , yazılı və elektron  media  mənsublarının araşdırmalarında, o cümlədən də yüksək  səviyyəli dövlət  məmurların açıqlamalarında kifayət qədər önəm verilib. Lakin nə fayda.  Vəziyyətdən çıxış yolunu hələ ki, mövcud qaydaları dəyişməkdə görürük.

Halbuki qaydaları dəyişməklə nəyinsə dəyişəcəyinə ümid bəsləmək bataqlıqda batan adamın saman çöpündən yapışmaq cəhdindən başqa bir şey deyil.

Biz toplanmış potensialı saxlamaq və inkişaf etdirmək əvəzinə, beynəlxalq təhsil sisteminə inteqrasiya adı ilə olan-qalan potensialımızı da vurub dağıtdıq. Nə Sovet təhsil sistemindən tam olaraq çıxa bildik, nə də Qərb təhsilini düz-əməlli mənimsəməmiş ora inteqrasiya etdik. Əlbəttə, bunu keçid dövrünün fəsadları kimi qiymətləndirsək belə, heç də az müddət olmayan 25 il aralığında əldə etdiyimiz nətıcələri ürəkaçan hesab etməyə elə də  mühüm bir əsasımız yoxdur. 

Baxmayaraq ki, "Təhsil haqqında" Qanuna təhsilin sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prоsesi və оnun nəticəsi olduğu, ümumi təhsiln isə təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin etməsi barədə maddə salmışıq, əvəzində isə təhsili repetitorların çiyninə yüklədik.Nəzərə almadıq ki, repetitor xidməti çoxluğun deyil, azlığın xidmətidir. Pafosla desək, bu xidmət sayəsində kiçik saylı azlıq çiçəklənir, böyük sayı çoxluq isə solur. Bütövlükdə təhsilimizdə eniş tendensiyasının başlıca səbəbini ilk növbədə repetitorluğun çiçəklənməsinə və ayrı-ayrı əlavə hazırlıq kursları şəbəkəsinin intişar tapmasına rəvac verməklə, məktəb mühitinin deformasiyaya uğramasına, bunun nəticəsi kimi məktəbin öz başlıca qanunvericilik funksiyasını itirməsinə şərait yaratmağımızda axtarmaq lazımdır. 

Başqa sözlə desək, ümumtəhsil tam orta məktəbin vəzifəsinin ali məktəblərə tələbə hazırlamaq olmadığını nəzərə almayaraq, qəbul prosesini ixtisaslara bölməklə bir qrup təhsil alanların bütün fənlər üzrə deyil, kokret dar ixtisaslar üzrə hazırlaşmasına, ali təhsil almaq məqsədi olmayanların isə ümumiyyətlə kütləvi şəkildə oxumağa marağının itməsinə zəmin yaratmışıq. 

Digər tərəfdən uzun illərdən bəri sınaqdan çıxmış gündəlik qiymətləndirmənin  ləğv edilərək hələ də nə şagird, nə də müəllim tərəfindən tam-dürüst mənimsənilməmiş kurrikulum sistemi üzrə qiymətləndirməyə keçilməsı, rüblük qiymətləndirmənin yarımıllik qiymətləndirmə ilə əvəz edilməsi, aralıq imtahanlarının aradan qaldırılması, dərsliklərin müvafiq standartlara cavab verməməsi, müəllim hazırlığının aşağı olması, məktəbdaxili nizam- intizamın zəifləməsi, ucdantutma hamıya attestat verilməsi və bu kimi digər təzahürlər və dərindən düşünülməmiş dəyişikliklər, şagirdlərin və bir çox müəllimlərin "Əsanamə” üzrə nəzərdə tutulmuş hüquq və vəzıfə məsuliyyətini nəzərəçarpacaq dərəcədə azaltmış oldu. 

Ən başlıcası isə sistemin oturuşmasına imkan vermirik, qaydaları tez-tez dəyişirik, hər sonrakı dəyişiklik isə sübut edir ki, əvvəlki qərarlar səhv imiş. İkincisi, təhsilin ətrafında inamsızlıq mühiti yaranır. Digər tərəfdən, hər hansı bir yenilik edərkən ölkə təhsilinin spesifik xüsusiyyətlərinə daha dərindən bəlli olan yerli mütəxəssislərə deyil, əsasən xarici ekspertlərə üstünlük veririk.

- Son zamanlar ən çox söz-söhbəti gedən təhsil problemlərindən biri kimi də dərs ilinin müddətini göstərirlər. Bu məsələnin təhsilə təsirləri nə dərəcədədir?

- Təhsillə az-çox maraqlananlar yəqin bilməmiş deyillər ki, sovet dönəmində 6 günlük dərs rejimində tədriis ili 35 həftədən ibarət olub. Sonralar 7 yaşdan 6 yaşa, 6 günlükdən 5 günlüyə keçid, bir sıra lazımlı-lazımsız bayramların qeyri-iş günü elan olunmasının məktəblərə də şamil edilməsi, 1999-cu ildə havaların bir az isti keçməsi ilə əlaqədar dərs ilinin başlanmasının sentyabrın 1-dən 15-nə çəkilməsi barədə absurd qərarın qəbul edilməsi dərs günlərinin sayının azalmasına və buna müvafiq olaraq dərs həftəsinin 35-dən 32-yə endirilməsi və s. bu kimi yeniliklər də şübhəsiz ki, şagirdlərimizin bilik səviyyəsinin aşağı düşməsinə təsirsiz ötüşməyib.

Çünki dərs günlərinin məhdudlaşdırılması öz növbəsində dərs saatlarının azalmasını, bundan çıxış yolu kimi proqram materiallarının sıxışdırılmasını zərur etdi ki, bu da şagirdlərin dərs yükünü ağırlaşdıraraq, onların qavrama mənimsəmə imkanlarına öz təsirini göstərib. Düzdür, iki il bundan qabaq yaranmış problemin aradan qaldırılması, habelə dünya təcrübəsinin nəzərə alınması baxımından tədris həftələrinin sayının artırılması barədə müvafiq qərar qəbul olunub. Lakin artırılma dərs ilinin iyunun 14-dək uzadılması hesabına nəzərdə tutulub ki, bu da bir çox təhsil ekspertləri və ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb. Çünki reallıq ondan ibarətdir ki, artıq mayın ortalarından iqlim və bir sıra psixoloji amillərlə bağlı şagirdlərin dərsə davamiyyətində kəskin azalma müşahidə olunur. Buraxılış imtahanları, daha sonra qəbul imtahanları, onların nəticələrinə əsasən əlavə qəbul və s. şagirdlərin fiziki və psixi durumuna öz mənfi təsirini göstərir

5 günlük tədris həftəsinə keçərkən bir mühüm məqamı nəzərə almadıq ki, dünya təcrübəsində şənbə günü istirahət günü kimi nəzərdə tutulmur. Sadəcə dərs cədvəllərindəki gərginliklər tənzimlənir və müvafiq tələblərə əsasən şagirdlərin asudə vaxtından da səmərəli istifadə olunmasına şərait yaradılır. 

Pessimist proqnoz olsa belə, hesab edirəm ki, təhsilimizdə eniş prosesi bütün səy və cəhdlərimizə baxmayaraq, hələ bir heçə illər, bəlkədə on illiklərlə davam edəcək. Çünki son iki onillikdə buraxılan səhvləri qısa müddət kəsiyində aradan qaldırmaq nəzəri cəhətdən mümkün kimi görünsə də, bu praktiki cəhətdən heç də ağlabatan sayıla bilməz. Bir də ki, hələ qarşıda kurrikulumun başa çatdırılması, 12 illik təhsilə keçid kimi ciddi sınaqlar var. 

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun vurğuladığı kimi  "TQDK məlumatına görə ali məktəblərə daxil olanların orta balı 700-ə qarşı, 250 bal ətrafındadır. Yəni zəifdir. Deməli, XX əsri zəif təhsillə başa vurduq. Yaxşı olar ki, XXI əsrdə bunu etməyək. Son 20 ilin məlumatlarına əsaslanaraq deyə bilərik ki, XX əsrdə təhsilimiz qiymət ala bilmədi, yəni kəsildi. XXI əsrdə bu cür davam etmək olmaz.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

"Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər?"

"Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər?"

"Təhsilə marağın azalmasının əsas “baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir"

"Təhsilə marağın azalmasının əsas “baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir"

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

12 illik təhsilin 12 dərdi...

12 illik təhsilin 12 dərdi...

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

Dahilər summativlər və formativlərlərdən bəhrələnib, bəşəriyyəti heyrətləndirməyiblər ki...?

Dahilər summativlər və formativlərlərdən bəhrələnib, bəşəriyyəti heyrətləndirməyiblər ki...?

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

"Ali təhsil, müəyyən pedaqoji staj və ya esse yaza bilmək hələ direktor olmaq demək deyil"

"Ali təhsil, müəyyən pedaqoji staj və ya esse yaza bilmək hələ direktor olmaq demək deyil"

Təhsildə islahatları “kim” və “niyə” bəyənmir?

Təhsildə islahatları “kim” və “niyə” bəyənmir?

"Müasir təhsili İKT-siz təsəvvür etmək mümkün deyil..."

"Müasir təhsili İKT-siz təsəvvür etmək mümkün deyil..."

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Şikayət etməyək, kömək edək.Kurikulum təliminə qarşı cıxaanlara qarşı sərt ETİRAZ

Şikayət etməyək, kömək edək.Kurikulum təliminə qarşı cıxaanlara qarşı sərt ETİRAZ

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

Növbəti  dilemma qarşısında qalmışıq...

Növbəti dilemma qarşısında qalmışıq...

"Magistr qəbulu ilə bağlı istənilən dəyişikliyi gözləmək olar"

"Magistr qəbulu ilə bağlı istənilən dəyişikliyi gözləmək olar"

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

Hazırlıq kurslarına İTTİHAM: “Müəllimləri qeyri-peşəkardırlar”

Hazırlıq kurslarına İTTİHAM: “Müəllimləri qeyri-peşəkardırlar”

"Uşaq bağçaları məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir"

"Uşaq bağçaları məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir"

“Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq”

“Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq”