AzTehsil.com
RU


Müəllim
09 iyun 2016
15 939


Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.



Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə. Ümumi təhsilin məzmununun yeniləşdirilməsi, şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində də yeni mexanizmlərin tətbiqini zəruri etmişdir. Azərbaycanda "qiymətləndirmə” dedikdə, bəziləri bunu təhsilalanın təlim nəticələrinə aid olan məsələ kimi qəbul edirlər. Lakin dünya təcrübəsində təhsilalanın biliyinə verilən qiymət həm də müəllimlərin və məktəbin fəaliyyətinə, valideynin təhsilə münasibətinə, məktəb rəhbərlərinin peşəkarlıq səviyyəsinə verilən qiymət kimi qəbul edilir. Belə düşüncə sovet dövründən qalmış qiymətləndirmə qaydalarından və Azərbaycanda qiymətləndirmə üzrə yeni konsepsiyanın olmamasından irəli gəlir. Ənənəvi qiymətləndirmə məzmunun tərkib hissəsi sayılmadığından, həmişə müəllimin subyektiv mülahizələrinə əsaslanırdı, şagirdlərdə təlimə marağı artırmaq əvəzinə, əksinə azaldır, onların inkişafını sistemli şəkildə izləməyə imkan vermirdi və bu da, bir qayda olaraq, şagirdləri qiymət almaq xatirinə oxumağa sövq edirdi. Azərbaycanda 5 ballıq qiymətləndirmə şkalasından 9 ballıq şkalaya keçidlə əlaqədar bəzi regionlarda eksperimentlər aparılmışdır. Nəticə göstərmişdir ki, bal sistemindən asılı olmayaraq, tətbiq edilən qiymətləndirmə sistemi şagirdlərin inkişafını sistemli şəkildə izləməyə imkan vermir, şagirdin nailiyyəti keyfiyyət baxı- mından deyil, kəmiyyət baxımından qiymətləndirilir. Nəticədə şagirddə özünün səviyyəsi barədə dolğun fikir formalaşmır. Eyni zamanda qiymətləndirmənin yalnız məktəbdaxili formasının həyata keçirilməsi, milli və beynəlxalq qiymətləndirmənin tətbiq edilməməsi, məktəblərarası müqayisəyə, milli səviyyədə təhlillərə imkan vermirdi və respublikada təhsilin keyfiyyəti barədə etibarlı informasiyanın əldə olunması mümkün olmurdu. "Şagird nailiyyətlərinin qiymətləndirilməsi” pedaqoji anlayış kimi təhsil leksikonuna yaxın illərdə daxil olmuşdur. Uzun müddət pedaqoji aləmdə "şagirdlərin bilik, bacarıq və vərdişlərinin qiymətləndirilməsi” anlayışı işlədilmişdir. Bununla belə, qiymətləndirmə dedikdə, bir qayda olaraq, şagirdlərin gündəlik (cari) qiymətləndirilməsi başa düşülmüşdür. Belə qiymətləndirmə növü isə mahiyyət etibarı ilə heç bir əhəmiyyət kəsb etmir. Şagird, məsələn, kimya fənnindən dərs ilinin yarısında iki dəfə qiymət almış və onun yarımillik qiyməti həmin iki qiymətin əsasında çıxarılmışdır. Halbuki yarım il ərzində kimyadan xeyli mövzu keçilir. Belə çıxır ki, bütövlükdə yarımillik mövzuların şagird tərəfindən öyrənilib mənimsənilməsi vəziyyəti müəyyən olunmamış qalır. Şagird nailiyyətlərinin qiymətləndirilməsi çox geniş və əhatəli prosesdir. Bu proses, sadəcə, şagirdin nail olduğu təlim nəticələrinin səviyyəsini müəyyənləşdirməyə deyil, bütövlükdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Başqa sözlə, qiymətləndirmə keyfiyyəti idarə edən mühüm bir amil kimi meydana çıxır. Davamlı və dinamik xarakter daşıyan şagird nailiyyətlərinin qiymətləndirilməsi prosesində şagirdlərin fəaliyyətlərinin daim nəzarətdə saxlanması, onların irəliləyişlərinin, yaxud geriləmələrinin izlənilməsi və bu məqsədlə monitorinqlərin aparılması ciddi tələb kimi qarşıya qoyulur. Məhz həmin monitorinqlərin nəticələri təlim prosesinin optimal qurulması, müəllimlərin işinin təkmilləşdirilməsi, habelə kurikulumlarda və dərsliklərdə zəruri dəyişikliklərin olması haqqında müvafiq qərarlar qəbul etməyə imkan verir. Yeni fənn kurikulumlarında məzmun standartları ilə yanaşı, qiymətləndirmə standartları da öz əksini tapmışdır. Həmin standartlar məzmun standartlarında ifadə edilmiş təlim nəticələrinə şagirdlərin hansı səviyyədə nail olmalarını qiymətləndirməyə xidmət edir. Bununla əlaqədar dünya təcrübəsinə uyğun surətdə qiymət-ləndirmənin 4 səviyyədə aparılması təklif edilmişdir. 1 və 2-ci səviyyələr əksər şagirdlər, 3 və 4-cü səviyyələr isə müvafiq olaraq istedadlı və daha istedadlı şagirdlər üçün nəzərdə tutulur. Bununla belə, etiraf etmək lazımdır ki, məzmun standartlarının reallaşdırılma səviyyəsini əks etdirən bu cür qiymətləndirmə standartlarının hazırlanması və tətbiqi sahəsində kifayət qədər səriştəyə malik olmaq üçün daha ciddi çalışmaq , toplanmış təcrübəni daha da artırmaq tələb olunur. Ona görə də ayrı-ayrı fənlər üzrə bu gün üçün müəyyən edilmiş qiymətləndirmə standart-larının növbəti illərdə qismən dəyişdirilməsi, onların üzərində dəqiqləşdirmələr aparılması təbii qəbul olunmalıdır. Eyni zamanda standartlarda təsbit olunmuş biliklər daşıdıqları mahiyyətə görə 3 kateqoriyaya (deklorativ, prosedural, kontekstual) bölündüyündən onların reallaşdırılması üzrə tələb edilən bacarıqlar da fərqli müəyyən edilir. Məsələn, deklorativ biliklər bilavasitə yaddaşa əsaslanır, zəruri informasiyaların, təriflərin, terminlərin mənimsənilməsini nəzərdə tutur. Ona görə də bu proses "bilmə” və "anlama” fəaliyyətləri ilə əlaqədar olur. Prosedural biliklər tətbiq, kontekstual biliklər isə tədqiqatçılıq, yaradıcılıq fəaliyyəti ilə bağlıdır. Göründüyü kimi, biliklərə görə fəaliyyətin, necə deyərlər, xüsusi çəkisi müxtəlif olduğundan onların hamısını 4 səviyyə ilə qiymətləndirməyə, bəlkə də ehtiyac yoxdur. Bu mənada axtarışların və tədqiqatların genişləndirilməsi çox vacibdir. Həm də fənlər üzrə məktəbdaxili qiymətləndirmə ilə standartların mənimsənilməsi səviyyəsinin qiymətləndirilməsi arasında məntiqi əlaqəni ehtiva edən sxem-cədvəlin müəyyən olunmasına, yəqin ki, ehtiyac vardır. Belə olan halda şagirdlərin təlim nəticələrinin məzmun standartlarının tələblərinə cavab verməsi vəziyyəti daha aydın görünər. Qeyd edilən məqsədlərin mütəşəkkil həllinə başlamaq üçün Təhsil Nazirliyi tərəfindən "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası” hazırlanmış və Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmişdir. Konsepsiyada müasir dövrdə qiymətləndirmə fəaliyyətinə qoyulan tələblər, şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin vəzifələri, əsas xüsusiyyətləri, əsas qiymətləndirmə növləri, qiymətləndirmə standartlarının və qiymətləndirmə vasitələrinin hazırlanması, məktəbdaxili qiymətləndirmənin mahiyyəti və məzmunu, şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqi sistemi, kurikulum üzrə qiymətləndirmə (şagird fəaliyyətinin təlim standartlarına uyğunluğunun müəyyənləşdirilməsi), buraxılış imtahanları (ümumtəhsil pillələri üzrə yekun qiymətləndirmə), milli qiymətləndirmənin məqsədləri, milli qiymətləndirmə üzrə təlimatların məqsədi və strukturu, beynəlxalq qiymətləndirmə proqramı üzrə həyata keçiriləcək əsas tədbirlər öz əksini tapmışdır. Konsepsiyanın və bu sənəd əsasında hazırlanacaq mərhələli İnkişaf Proqramının həyata keçirilməsi nəticəsində aşağıdakı nailiyyətlərin əldə edilməsi gözlənilir: təhsildə qiymətləndirmə, imtahanların keçirilməsi sistemində islahat aparılması üçün uzunmüddətli strategiya işlənib hazırlanacaq, bu sahədə yeni mexanizmlər yaradılacaq, fəaliyyət vahid mövqedən koordinasiya olunacaq; təhsil sistemində məktəbdaxili və milli qiymətləndirmələrin keçirilməsi metodologiyası, qiymətləndirmə standartları və vasitələrinin yaradılması və tətbiqi üçün müvafiq təlimatlar hazırlanacaq , bu fəaliyyət kurikulum islahatı ilə əlaqələndiriləcək.
şagird nailiyyətlərinin qiymətləndirilməsinin yeni sistemi yaradılacaq, təhsil sistemində yeni monitorinq xidməti təşkil ediləcək, ümumtəhsil pilləsindən professional pilləyə keçiddə mərkəzləşdirilmiş buraxılış imtahanının keçirilməsi təmin olunacaq;
milli qiymətləndirmə üçün təhsil pillələrinə müvafiq vahid normativ tələbləri, attestasiya proseduralarını nəzərdə tutan təlimatlar hazırlanacaq; milli qiymətləndirmə vasitəsilə şagirdlərin nail olduğu təlim nəticələri dəyərləndir-məklə təhsilin dövlət standartlarının monitorinqi aparılacaq;
təhsilin məzmununun müəyyənləşdirilməsi və nəticəyönümlü yeni kurikulumun hazırlanması üçün təlim nəticə-ləri təyin olunacaq, kompe-tensiyalara əsaslanan yanaşmanın məqsədəuyğunluğu istiqamətində tədqiqatlar aparı-lacaq;
milli qiymətləndirmənin həyata keçirilməsi və idarə olunmasının monitorinqi aparılacaq, nəticələr təhlil olunacaq və məntiqi əsaslandırılacaq, hesabatvermə proseduraları əsasında nümunəvi hesabatlar, əks-əlaqə sistemləri hazırlanacaq;
qiymətləndirməni həyata keçirmək məqsədilə müəllimlərin ixtisasartırma və maarifləndirilməsi işləri təşkil ediləcək və müvafiq hesabatlar hazırlanacaq; beynəlxalq qiymətləndirmə üzrə normativ tələblər, attestasiya prosedurları, təlimatlar əsasında ölkədə şagirdlərin beynəlxalq qiymətləndirilməsi proqramı və digər proqramlar həyata keçiriləcək, qiymətləndirmə sahəsində fəaliyyət göstərən ölkədaxili və beynəlxalq qurumlarla əlaqələr yaradılacaq və məlumat mübadiləsi təmin ediləcəkdir.Konsepsiyaya əsasən dünyada qəbul olunmuş və tətbiq etdiyimiz qiymətləndirmə sistemi indikindən fərqli olaraq 3 komponenti-məktəbdaxili, milli və beynəlxalq qiymətləndirməni əhatə etməlidir. Yeni sistemdə şagird nailiyyətlərinə kompleks şəkildə yanaşılır, şagirdin əvvəlki illərdə və buraxılış sinfində nəticələri nəzərə alınır.İlk növbədə, məktəbdaxili qiymətləndirmənin mühüm tərkib hissəsi olan buraxılış imtahanlarının forma və məzmunca təkmilləşdirilməsi, yenimexanizmlərin tətbiqi istiqamətində əhəmiyyətli addımlar atıldı. İnkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınaraq mərhələlərlə buraxılış imtahan-larının mərkəzləşdirilmiş qaydada aparılmasına başlandı. Təcrübə göstərmişdir ki, mərkəzləşdirilmiş imtahan formasının tətbiqi, ənənəvi sistemdən fərqli olaraq bir sıra üstünlüklərə malikdir. Belə ki, imtahanlar, bir qayda olaraq, bir gündə neytral mərkəz-lərdə keçirilir, nəticələr texniki vasitələrlə yoxlanılır və qısa zamanda elan edilməklə subyektivlik minimuma endirilir, təhsil orqan-larının, məktəb rəhbərlərinin, müəllimlərin, şagirdlərin və valideynlərin məsuliyyətini artıran vacib amilə çevrilir, keyfiyyətin idarə olunması sahəsində etibarlı mənbə kimi çıxış edir, təhsil orqanları, məktəbin və müəllimlərin fəaliyyətinin qiymətləndirilməsinə, şagirdlərin ali məktəblərə daha sistemli hazırlığına xidmət edir. 



Загрузка...
Həmçinin oxuyun:
Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

Təhsilin məzmunu

Təhsilin məzmunu

Kurikuluma dair 25 maraqlı TEST

Kurikuluma dair 25 maraqlı TEST

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Pedaqoji innovasiyaya sadəcə yenilik demək olarmı?

Pedaqoji innovasiyaya sadəcə yenilik demək olarmı?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir      I hissə

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I hissə

FƏAL- INTERAKTIV DƏRSLƏRDƏ KOLB MODELİNİN TƏTBİQİ

FƏAL- INTERAKTIV DƏRSLƏRDƏ KOLB MODELİNİN TƏTBİQİ

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

Müasir müəllim necə olmalıdır ?

Müasir müəllim necə olmalıdır ?

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Azərbaycanda təhsil sistemi və təhsil sahəsində dövlət siyasətinin prinsipləri

Azərbaycanda təhsil sistemi və təhsil sahəsində dövlət siyasətinin prinsipləri

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Dərsin ümumi quruluşu və mərhələləri - KURİKULUM

Dərsin ümumi quruluşu və mərhələləri - KURİKULUM

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir   I I hissə Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I I hissə Metodbirləşmələr

"Təhsil Qanunu"na aid testlər və cavabları

"Təhsil Qanunu"na aid testlər və cavabları

Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə

Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə