AzTehsil.com


Müəllim
09 iyun 2016
9 531


Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.



Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.Şagirdlərin tədris fəaliyyətinə nəzarət təlimin hansı didaktik sistemdə qurulmasından asılı olmayaraq onun vacib komponentlərindən biridir. Təlim zamanı şagirdlərin mənimsəmə fəaliyyətinə nəzarət imkan verir ki, müəllim onların bilik və bacarıqlarının mövcud vəziyyətindən hali olsun, ehtiyac duyan, çətinlik çəkən şagirdlərə lazımi köməklik göstərsin, müvafiq istiqamət versin; yaxud dərsdən sonra belə şagirdlərlə fərdi şəkildə əlavə iş aparsın. Şagirdlərin tədris fəaliyyətinə lazımınca nəzarət etməyən, onların mənimsəmə səviyyəsini üzə çıxarmayan və həmin səviyyənin necəliyini sonrakı işində nəzərə almayan müəllim təlimdə tam müvəffəqiyyət qazana bilmir. Ənənəvi didaktik sistemdə nəzarətin müxtəlif növlərindən istifadə olunmuşdur : gündəlik nəzarət, tematik nəzarət, dövrü nəzarət, yekun nəzarət. Şagirdlərin tədris fəaliyyətinə nəzarət onun xüsusiyyətlərini qiymətləndirmək və hesaba almaqla üzv şəkildə əlaqədardır. Məlum olduğu kimi, ənənəvi və fəal (interaktiv) təlim modelləri bir-birindən qiymətləndirmənin məqsədlərinə , üsul və vasitələrinə, növlərinə, meyarlarına və s. cəhətlərinə görə əsaslı surətdə fərqlənir. Yeni pedaqoji təfəkkürə uyğun qurulan didaktik sisemdə qiymətləndirmə aşağıdakı istiqamətlərdə aparılır: beynəlxalq qiymətləndirmə; milli qiymətləndirmə; məktəbdaxili qiymətləndirmə.Məktəbdaxili qiymətləndirmə aşağıdakı növlər üzrə aparılır: diaqnostik qiymətləndirmə (ilkin səviyyənin qiymətləndirilməsi); formativ qiymətləndirmə (inkişafın izlənməsi); summativ (yekun) qiymətləndirmə. Oxucunun məlumatı uçün qeyd edək ki, müasir qiymətləndirmə növlərin interpretasiyası dərsliyin XV fəslinin məzmununa daxil edilmişdir.Yeri gəlmişkən vurğulayaq ki, müasir qiymətləndirmə: -təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilir və onu idarə edən vacib amil kimi meydana çıxır; -cari qiymətləndirmənin aradan qaldırılması məzmun standartlarının bütövlükdə mənimsənilməsini və qiymətləndirmənin obyektivliyini təmin edir; - tədris prosesinin bütün mərhələlərində tətbiq edilir; - şagirdin nailiyyəti (qazanılan dəyərlər) qiymətləndirilir, inkişafı sistemli şəkildə izlənilir; - məzmun standartlarının mənimsənilməsi səviyyəsini ölçmək üçün qiymətləndirmə standartları müəyyənləşdirilmişdir. Nəzərə alınmalıdır ki, bu başlıqda şərh olunan mərhələlər(bunları komponent kimi də başa düşmək olar) təlim prosesində bir-birindən tam ayrılıqda cərəyan etmir, onlar bir-biri ilə qarşılıqlı əlaqədə olur, hətta bir-birinə çevrilə bilir, biri digərində iştirak edir. Təlim mərhələlərinin ardıcıllığına müəllim yaradıcılıqla yanaşır. Çünki fənnin və mövzunun, habelə qarşıya qoyulmuş didaktik vəzifənin xarakterindən asılı olaraq mənimsəməni cisim və hadisələrin qavranılmasından deyil, anlayışların dərk olunmasından başlamaq, təlimin hansısa mərhələsini adlamaq mümkün olur. Təlimdə bu cəhət də nəzərə alınmalıdır. 



Загрузка...
Həmçinin oxuyun:
Təlimin mərhələləri - Bilik, bacarıq və vərdişlərin tətbiqi.

Təlimin mərhələləri - Bilik, bacarıq və vərdişlərin tətbiqi.

FƏAL- INTERAKTIV DƏRSLƏRDƏ KOLB MODELİNİN TƏTBİQİ

FƏAL- INTERAKTIV DƏRSLƏRDƏ KOLB MODELİNİN TƏTBİQİ

Kurikuluma dair 25 maraqlı TEST

Kurikuluma dair 25 maraqlı TEST

Təhsilin məzmunu

Təhsilin məzmunu

Təlimin mərhələləri.-Yeni tədris materialının qavranılması

Təlimin mərhələləri.-Yeni tədris materialının qavranılması

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Pedaqoji innovasiyaya sadəcə yenilik demək olarmı?

Pedaqoji innovasiyaya sadəcə yenilik demək olarmı?

Sinif jurnalının yazılması və sinif jurnalına  nəzarət qaydaları

Sinif jurnalının yazılması və sinif jurnalına nəzarət qaydaları

Təlimin mərhələləri-  Bilik, bacarıq və vərdişlərin formalaşması

Təlimin mərhələləri- Bilik, bacarıq və vərdişlərin formalaşması

Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə

Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Məktəb direktoru necə olmalıdır? - Ramiz Məmmədzadə

Məktəb direktoru necə olmalıdır? - Ramiz Məmmədzadə

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimlər oxuyun !Pedaqoji  qabiliyyətin  yeddi  qrupu

Müəllimlər oxuyun !Pedaqoji qabiliyyətin yeddi qrupu

Təlim yolu: qavrama → anlama → möhkəmlətmə → tətbiqetmə.

Təlim yolu: qavrama → anlama → möhkəmlətmə → tətbiqetmə.

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

Sinif rəhbərləri  oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Sinif rəhbərləri oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Müasir müəllim necə olmalıdır ?

Müasir müəllim necə olmalıdır ?

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Pedaqoji İdarəetmədə təhlil..

Pedaqoji İdarəetmədə təhlil..