AzTehsil.com
RU


Sinif rəhbəri
07 may 2016
51 445


Sinif rəhbərləri oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..



 SİNİF     RƏHBƏRİNİN       FƏALİYYƏTİNİN     DÖVRİ QRAFİKİ
 Sinif rəhbərinın fəaliyyətinin dövri  qrafiki sinif rəhbərinə Fəaliyyət Planına əsasən görəcəyi işləri sistemli şəkildə müəyyən etməyə imkan verir.Dövrü qrafiki ,müəllimlər otağından və ya təşkilat işləri üzrə direktor müavininin otağının divarından görünən şəkildə asmaq tövsiyyə olunur eyni zamanda,yaddaş kimi də sinif rəhbərinin portfoylusunda olmalıdır.
Dövrü qrafiq aşağıdakı formada tərtib olmalıdır.
HƏR GÜN-GÜNDƏLİK
1.Dərsə geçikən şagirdlərlə iş,dərsə gecikmələrin səbəblərini araşdırmaq.
2.Məktəbin nizam –intizam qaydalarını pozan (dərsdənqaçan,məktəbli formasına ,saç düzümü və baş örtüyünə əməl etməyən,davranış qaydalarını pozan) şagirdlərlə iş
3.Sinif növbətçiliyinin yerinə yetirilməsinə nəzarət etmək
4.Sinif şagirlərinə verilmiş tapşırıqların yerinə yetirilməsinə nəzarət etmək
5. Şagirlərlə fərdi iş (plan üzrə )
HƏR HƏFTƏ
1.Şagirdlərin gündəliklərini ( səliqəli saxlanmasını,valideyinlərin imzasını, fənn müəllimlərin şagird naliyyətlərini vaxtında yazmasını,lazımı qeydlərin yazılmasını və s)həftəsonu yoxlamaq

HƏR AY
1.Sinif jurnalına nəzarət etmək,lazım olduqca yeni səhifələrə şagirdlərin siyahısını yazmaq ,şagird naliyyətlərini izləmək
2.Məktəb həkimi  ilə görüşmək ( şagirlərin sağlamlıq vəziyyətini nəzarətdə saxlamaq,lazım gələrsə valideyinlərlə əlaqə saxlamaq, ehtiyacı olan şagirdin valideyni tərəfdən daha ciddi müayinəyə götürülməsini tövsiyyə etmək)
3.Məktəb kitabxanaçısı ilə görüşərək şagirlərin mütaliə vərdişlərinə yiyələnməsini və mütaliə vərdişlərinin inkişafını izləmək.
4.Məktəb psixoloqu ilə görüşərək şagirdlərin xarakter və davranışlarının təhlili,analizi üçün lazım olan tövsiyyələri almaq,müxtəlif sorğular  keçirməklə bağlı  məsləhətlər almaq.
5.Valideyinlər üçün məsləhət saatları ayırmaq,şagirdlərin təlim naliyyətləri,xarakter və davranışlarını fərdi şəkildə müzakirə etmək.
6.Dərsdinləmələr (ayrı-ayrı fənlər üzrə dərsləri dinləməklə,şagirdlərin təlim naliyyətlərini izləmək)
7.Şagirdlərin məktəbdə olan dərnəklərdə,fakultativ və qrup məşğələlərdə,məktəbdənkənar qlublarda iştirakını izləmək.
8. Müxtəlif psixoloji-sosioloji sorğular,testlər keçirtməklə şagirdlərin dünyagörüşü,meylləri,xarakterlərini müəyyən etmək, psixoloji pasportlara lazımi qeydlər etmək
9..Ay ərzində sinifdə görülən işlərlə bağlı hesabat hazırlayaraq təşkilat işləri üzrə direktor müavininə təhvil vermək
YARIMİLDƏ
1.Şagirlərin yarımillik naliyyətlərini haqqında hesabat hazırlamaq
2.Şagirdlərin yarımil naliyyətlərini şəxsi işlərə yazmaq
3.Hesabt xarakterli sinif valideyin iclasını keçirtmək
4.Yarımil ərzində görülmüş işlərin analizi və hesabatı
İL ƏRZİNDƏ
1.Şagirlərin illik naliyyətlərini haqqında hesabat hazırlamaq
2.Şagirdlərin illik naliyyətlərini şəxsi işlərə yazmaq
3.Hesabt xarakterli sinif valideyin iclasını keçirtmək
4.İl ərzində görülmüş işlərin analizi və hesabatı




Загрузка...