REDAQOJI İDARƏETMƏDƏ TƏHLİL
Pedaqoji təhlil tam pedaqoji prosesi idarəetmənin funksiyalarından biridir.İdarəetmə dövrəsinin strukturunda pedaqoji təhlil xüsusi yer tutur. Ardıcıl və bir-biri ilə qarşılıqlı bağlı olan funksiyalardan ibarət olan hər hansı idarəetmə dövrəsi pedaqoji təhlillə baĢlayır və onunla da qurtarır.İdarəetmənin və pedaqoji fəaliyyətin effektliyi məktəb rəhbərlərinin, müəllimlərin pedaqoji təhlilin metodikasına yiyələnmələrindən çox asılıdır. Məktəb direktorunun fəaliyyətində vaxtında aparılmayan və ya səriştəsiz aparılan təhlil məqsədləri və vəzifələri müəyyənləşdirmə mərhələsində konkretsizliyə, hətta qəbul olunan qərarların əsassızlığına gətirib çıxarır. Pedaqoji və ya şagird kollektivində işlərin həqiqi vəziyyətini bilmək pedaqoji prosesin tənzimlənməsi və korrektirovkası prosesində düzgün qarşılıqlı münasibətlər sisteminin yaranmasında çətinliklər yaradır. Pedaqoji təhlilin əsas məqsədi pedaqoji prosesin vəziyyətini və inkiĢaf tendensiyasını öyrənmək, onun nəticələrini obyektiv qiymətləndirmək, bunun əsasında idarəetmə sistemini qaydaya salmaq üçün tövsiyələr işləyib hazırlamaqdır. İdarəetmə dövriyyəsinin strukturunda bu funksiya ən çətin funksiyalardan biridir, çünki təhlil öyrənilən obyektin hissələrə bölünməsini, hər bir hissənin rolunu və yerini qiymətləndirməyi, hissələri vahid tam halında birləşdirməyi, sistem yaradan amillər arasında əlaqələr yaratmağı nəzərdə tutur.
İdarəetmənin başqa funksiyalardan, məsələn planlaşdırma və ya təşkil etmə funksiyalarından fərqli olaraq, pedaqoji təhlil funksiyası zahirən az effektli görünür. Əslində o şəxsiyyətdən maksimum intellektual gərginlik, pedaqoji faktları və hadisələri müqayisə etmək, ümumiləşdirmək, sistemləşdirmək, sintezləşdirmək üçün formalaşmış analitik təfəkkürə malik olmağı tələb edir.Məktəbdaxili idarəetmənin nəzəriyyə və praktiksında pedaqoji təhlilin aşağıdakı əsas növləri müəyyən olunmuşdur: parametrik (parametr-hər hansı bir hadisənin bu və ya digər xassəsini göstərən kəmiyyət) təhlil, tematik təhlil, yekun təhlil.Parametrik təhlil təhsil prosesinin gedişi və nəticələri haqqında gündəlik informasiyanı öyrənmək,prosesə mane olan səbəbləri aşkar etmək məqsədini güdür. Parametrik təhlilin yekunlarına görə tam pedaqoji prosesin gedişini tənzimləmək üçün düzəlişlər və dəyişikliklər aparılır. şagirdlərin cari yetirməsi, gün ərzində,həftə ərzində siniflərdə və məktəbdə intizam, dərslərə və sinifdənxaric məşğələlərə davamiyyət, məktəbin sanitar vəziyyəti, dərs cədvəlinə riayət olunması və başqa məsələlər parametrik təhlilin predmetidir.
Dərslərə və sinifdənxaric məşğələlərə məktəb direktorunun və onun müavinlərinin baş çəkməsi onların apardıqları parametrik təhlilin əsas məzmununu təşkil edir. Parametrik təhlilin nəticələrinin qeydə alınması,onların sistemləşdirilməsi və işlənməsi tematik pedaqoji təhlil üçün şərait yaradır. Tematik təhlil pedaqoji prosesin gedişindəki daha sabit, təkrar olunan asılılıqları və onun nəticələrini öyrənməyi nəzərdə tutur. Sinif və sinifdənxaric fəaliyyətin öyrənilməsinə sistemli yanaşma tematik təhli-lin məzmununda özünü daha çox göstərir. Əgər parametrik təhlilin predmeti ayrıca bir dərs və ya sinifdənxaric məşğələ ola bilərsə, tematik təhlilin predmeti dərslər sistemi, sinifdənxaric məşğələlər sistemi ola bilər. Direktor və ya onun müavini müəlli-min ancaq bir neçə dərsini, məşğələsini təhlil edəndən sonra onun iş sistemi haqqında tam təsəvvür ala bilər.
Aşağıdakı komleks problemlər tematik təhlilin məzmununu təşkil edir: təlim metodlarının optimal əlaqələndirilməsi, şagirdlərin biliklər sisteminin formalaşdırılması, müəllimlərin, sinif rəhbərlərinin əxlaq, estetik, fiziki, intellektual tərbiyəsi üzrə iş sistemi; pedaqoji mədəniyyətini yüksəltmək üzrə müəllimin iş sistemi; məktəbdə innovasiya mühitini formalaşdırmaq üzrə pedaqoji kollektivin fəaliyyəti .Parametrik təhlilin məlumatlarına istinad edərək məktəbin rəhbərləri analitik işin gediĢində yekun təhlilin
məzmunu və texnologiyasını hazırlayır və əsaslandırır.Yekun təhlil rübün sonunda, tədris ilinin yarısında və axırında keçirilir, əsas nəticələri və onlara nail olma səbəblərini öyrənmək məqsədini güdür. Yekun təhlil idarəetmənin bütün funksiyalarının həyata keçməsi üçün şərait hazırlayır. Yekun təhlil haqqında informasiya parametrik və tematik təhlil haqqında məlumatlardan,
rüblük, yarım illik yoxlama işlərindən, müəllimlərin, ictimai təşkilatların təqdim etdikləri rəsmi hesabatlardan, arayışlardan yaradılır. Beləliklə, pedaqoji təhlilin əsas obyektləri təlimin təşkili formalarıdır ki, bu hər şeydən əvvəl dərsdir,sinifdənxaric
məşğələlər, tədbirlər və tədris ilində məktəbin işinin yekunlarıdır. Bu obyektlər uşaqların təhsiltərbiyəsi üzrə bütün müxtəlif məqsədləri, vəzifələri, məzmunu, forma və metodları özündə birləşdirir.Məktəb rəhbərlərinin daim diqqət mərkəzində duran obyekt dərslərə girmək və onların pedaqoji təhlilidir.Məktəb rəhbərlərinin idarəetmə fəaliyyətində dərsin təhlilinin üç növü nəzərə çarpır: geniş təhlil, qısa təhlil, aspekt təhlil (dərsin hər hansı bir tərəfini öyrənmək).Dərsin geniş pedaqoji təhlili dərsin bütün detallarının ayrılmasını və onun bütün məqamlarının bir tam kimi müzakirəsini, yəni dərsin tərbiyəvi, didaktik, psixoloji, sanitar-gigiyenik tələblərinin müəyyənləşdirilməsini nəzərdə tutur. Dərsin geniş təhlili yeni fəaliyyətə başlayan müəllimlərin dərsləri dinlədikdən sonra keçirilir. Təcrübəsinin ümumiləşdirilməsi və yayılması lazım bilinən müəllimlərin dərsləri xüsusi öyrənmə predmeti ola bilər.
Dərsin qısa təhlili direktordan, onun müavinindən, metodistdən obyektiv təklif və tövsiyələr müəllimin şəxsiyyətini yaxşı bilməyi, yüksək metodik və idarəetmə mədəniyyəti tələb edir.Dərsin aspekt təhlili dərsin hər hansı bir aspektini (tərəfini) təhlil etməyi (məsələn, dərsdə şagirdlərin idrak fəaliyyətini aktivləşdirmək üçün əyani vasitələrdən istifadə etməyi) nəzərdə tutur.
Məktəb rəhbərinin analitik fəaliyyətində tərbiyəvi işlərin pedaqoji təhlili mühüm yer tutur. Belə işlərin həyata keçməsi zamanı uşaqlar təşkilati, yaradıcı fəaliyyətdə iştirak edirlər.Tərbiyəvi işin pedaqoji təhlili zamanı onun keçirilmə ardıcıllığı nəzərə alınmalıdır:
məqsədin birgə müəyyənləşdirilməsi, tərbiyəvi işin vəzifələri, keçirilmə forması;
birgə planlaşdırma;
işinhazırlanmasında uşaqların iştirakı və müəllimlərin pedaqoji rəhbərliyinin xüsusiyyətləri;
tərbiyəvi işin bilavasitə keçirilməsi;
işi birgə yekunlaşdırmaq və onun təhlili.
Məktəbin tədris ilində işinin yekun təhlilinin məzmununu aşağıdakı aparıcı istiqamətlər təşkil edir:
1) tədrisin keyfiyyəti;
2) şagirdlərin bilik, bacarıq və vərdişlərinin keyfiyyəti;
3) şagirdlərin tərbiyəlilik səviyyəsi;
4) valideynlərlə və ictimaiyyətlə iĢin effektliliyi;
5) məktəblilərin sağlamlıq vəziyyəti və sanitar-gigiyenik mədəniyyəti;
6) məktəb şurasının, pedaqoji şuranın fəaliyyətinin nəticələri.
Yekun təhlilin keçirilməsi, onun obyektivliyi, dərinliyi, perspektivliyi yeni tədris ili üçün planın hazırlanmasına şərait yaradır.