AzTehsil.com
RU


Xəbərlər / Müəllim
16 iyul 2016
5 121


Təhsildə islahatları “kim” və “niyə” bəyənmir?



     

  Təhsildə islahatları “kim” və “niyə” bəyənmir?

 

        Təhsil sektorunda son illər aparılan islahatlar gələcək baxımından atılmış vacib addımlara dəstək verməkdədir. Apardığım müşahidələr onu deyir ki, 5-6 il öncəki dövrlə müqayisədə bugün təhsil sektorunda hər bir prosesin obyektiv, şəffaf qurulmasına çalışılması keçmişdə müşahidə olunan rüşvət və digər mənfi halların tamamilə aradan qaldırılmasına yönəlmişdir. Son dövrlər Müəllimlərin işə qəbulu imtahanlarının obyektiv təşkili, müəllimlərin sırf olaraq savad və bacarıq meyarları əsasında seçilməsi təhsilin daha savadlı kadrlarla təşkilinə və bunun fonunda da, daha savadlı gələcəyin məsuliyyətlə qurulmasına təminat yaratmaqdadır. Beynəlxalq təhsilin uğurlu layihəsi hesab olunan "kurikulum” metodologiyasının tətbiqini, sinif daxilində hər bir şagirdin dərsə fəal qoşulmasını təmin etməklə, sinifdə təkcə istedadlı 4-5 şagirdin yox, bütün şagirdlərin elmə, təhsilə cəlb edilməsi prosesini təmin etmək kimi vacib hədəflərin seçilməsinin vacib təzahürlərindən hesab edirəm. Təhsilin yaxşı mənimsənilməsi  istiqamətində həyata keçirilən "Azərbaycan üçün Öyrət” milli təhsil proqramının və bu kimi yay məktəblərinin təşkili təkcə müəllimlərin deyil, şagirdlərin də yeni dövrün təhsil tələbləri ilə ayaqlaşmasına şərait yaradan tədbirlərdən sayılır. Və hansı ki, bu əlavə təhsil layihələri də bilavasitə Təhsil Nazirliyi tərəfindən diqqətdədir, nəzarətdədir. Bu istiqamətdə həyata keçirilən islahatlar haqqında uzun yazılar yazmaq olar. Lakin, məni və bu prosesi müşahidə edən bir çox insanı düşündürən məqamlardan biri də odur ki, cəmiyyətdə sanki, təhsil sektorunda həyata keçirilən uğurlu islahatlara kölgə salmağa çalışan qüvvələr çalışmaqdadır. Yeni təhsil texnologiyaları ilə ilk dəfə tanış olan və "sovet” təhsili təfəkküründən ayıla bilməyən həmin düşüncəli insanlar yeni təhsil tələblərini ödəmək imkanlarını, gücünü "özlərində hiss edə bilmir” sanki, nəticədə islahatı düzgün dəyərləndirmir. Belə olan məqamda təkcə islahatları deyil, bir qədər də irəli gedərək şəxsləri fəaliyyətsizlikdə günahlandırır. Onların bu aqressiv münasibətinin mənə məlum olan gerçək səbəblərinin bəzilərini diqqətinizə çatdırmaq istəyirəm.

       Azərbaycan təhsil prosesində tədbiq olunan Kurikulum yönlü təhsil proqramı ilə tanış olan istənilən savadlı insan dərk edir ki, bu proqram şagirdlərimizə daha çox bilik və ən əsası bacarıqları əks etdirən praktiki biliklər bəxş etmək üçün nəzərdə tutulan səmərəli sistemdir. Bu proqramın doğru tədbiq olunduğu siniflərdə, dərslərdə şagirdin təhsilə yüksək motivasiyası hiss olunur. Əvvəlki, illərdə tədbiq olunan ənənəvi təhsil sistemində isə görünürdü ki, sinifdə 15 şagird varsa, müəllim onların sadəcə istedadlı, dərs oxuyan 4-5 nəfəri ilə məşğul olurdu, qalan şagirdlər isə sadəcə hər gün dərslərə gəlib gedərək, yalnız fiziki yöndə məşğul olurdular. Nəticədə, hər sinifdən 5 nəfər savadlı, bacarıqlı yeniyetmə-gənc yetişirdisə, 10 nəfər savadsız, bacarıqsız yeniyetmə-gənc yetişirdi. Nəticədə, gələcək taleyi məlum olmayan insanları cəmiyyətə ötürməklə böyük potensial təhlükələrin yaranmasının başlanğıcı qoyulurdu. Bu baxımdan ənənəvi metod bir mənalı şəkildə yerini Yeni txnoloji metodlara verməli oldu. Yeni texnoloji metodların tədbiqi isə sadəcə savadlı, bacarıqlı müəllimlərin rahat bacardığı işə çevrildi. Öz üzərində işləməyi sevməyən insanlar isə əlbəttə ki, bu sistemi qəbul etməmək üçün, sistemdə boşluqlar aramaq üçün fəaliyyətdədirlər. Müşahidələrim əsasında qeyd edə bilərəm ki, son 3 ildə tədbiq olunan yeni metodlarla dərsin düzgün  təşkili bütün şagirdlərdə daha çox fənnə, dərsə sevgi yaradır. Hamımıza məlumdur ki, şagird fənni sevdiyi təqdirdə o fənni daha dərindən öyrənməyə çalışır. Bu da əslində, hamımızın müsbət gözləntisidir. Eyni zamanda da valideynlər, əvvəlki illərdən fərqli olaraq sinifdə ayrı-seçkiliyin olmaması səbəbindən müəllimlərə daha ehtiramla, daha hörmətlə yanaşmağa başlamışdır.

       Bugün mediada qabardılan ikinci məsələ buraxılış imtahanlarında iştirak edən şagirdlərin imtahanda "2” qiyməti alması və bu "2” alanların sayının çox olması ilə bağlıdır. Bəli, bu real nəticədir. Lakin, bu nəticə əvvəlki illərlə müqayisədə pis nəticə deyil. Bu məsələnin kökü ondadır ki, əvvəlki illərdə də "2” alanların sayı yüksək olub. Sadəcə bu nəticə "müvəffəqiyyətlə” gizlədilmişdir. Əvvəlki illərdə, buraxılış imtahanlarında şagirdlərə gizlində əlavə köməklər də tədbiq olunub. Bir sözlə "şagirdi yola veriblər” desək düz olar.  Necə ola bilər ki, həmin müəllimlərin bu il hazırladığı şagirdlər "2” alıb, əvvəlki illərdə isə "4-5” qiymətləri alıb. Bu yeni metodla da bağlı deyil, Çünki yeni metodikanın tədbiqi hələ növbəti ildə 9-cu sinfə şamil olunacaq. Şagirdi "Yola verilməyən” müəllimlərin də bir qrupu bu islahatları "pisləyən” mövqe tutmaqdadırlar. Niyə bu il? Ona görə ki, Təhsil Nazirliyi ildən-ilə bütün sahələrində obyektivliyi bir başa təmin etmək üçün imtahanları mərkəzləşdirməkdədir. Bu il  bütün buraxılış imtahanlarına nəzarət bir başa mərkəzdən həyata keçirilmişdir. Bu səbəbdən də, "şagirdlərə hər hansı formada kömək olunmasına” şərait yaradılmayıb. Tam da doğru olunub. Bilərəkdən, niyə cəmiyyətə savadsız insanlar "Savadlı” insan kimi sırınmalıdır ki?  Bunu gələcək fəsadları olduqca ağır olacağı bəllidirsə, obyektivlik, şəffalıq vacibdir.  Həm dərslərin gündəlik qiymətləndirilməsi (Kiçik summativ, Böyük summativ qiymətləndirmələr və s.), həm də buraxılış imtahanları tam obyektiv təşkil olunmalıdır. Təhsili inkişaf etdirmək üçün real qiymətlər və real nəticələr bilinməli, zəif məqamlar üzərində yeni taktiki layihələr tədbiq etməklə zəifliyi aradan qaldırmaqla ümumi yüksəlişə nail olunmaq olar. Bu bizim kəşfimiz deyildir. Bütün dünya səmərəli təhsil texnologiyalarını bu qaydalarla tədbiq edir. Biz də yararlanmalıyıq!

     Bütün bu əks təbliğatların səbəbi isə həm də  sanki, təhsil nazirliyinin "bir başa nəzarət”inə qarşı yönəlmişdir. Əvvəlki illərdəki "nəzarətsizlik”dən maksimum yararlanan "yerli idarələr” özlərinin öncədən "gizlətdikləri vakansiyalar”a sonradan, "özbaşına” təyinatlar verməklə, savad meyarı nəzərə alınmadan həyata keçirdikləri işlər nəticəsində işləməyə başlayan "müəllimlər” onlardan savad, bacarıq tələb olunmasını qəbul etmir. Və onların müxtəlif imtahanlarla üzə çıxarilması isə , əlbəttə ki, onları təyin edən yerli idarəçiləri pis vəziyyətdə saxlaya bilir. Əminəm ki, bu yolda da uğurlar əldə olunacaqdır. Qeyri-müəyyən şəkildə işləməyə başlayan "pedaqoji kadrlar” üçün ən azı təkmilləşdirmə kursları təşkil olunmaqla təhsil prosesində uğurlu məqsədlərə çatılmalıdır. Nəzarətin gələcəkdə də daha da gücləndirilməsi bütün "neqativ” halların kökünü kəsə bilər.

     Mən, o cümlədən savadlı, dünyagörüşlü bütün maarifpərvər insanlar, müəllim həmkarlarım Təhsil nazirliyinin tədbiq etdiyi bu və ya digər uğurlu yeniliklərin cəmiyyətimizin gələcəyi üçün atılan addımlar olduğunu dərk edirik. Bu istiqamətdə Təhsil nazirliyinin bütün proqramlarına əlimizdən gələn hər bir dəstəyi verəcəyimizi bəyan edirik. Hər birimiz bu məqsədlər ətrafında birləşməli, cəmiyyətimizin təhsilli olması üçün əziyyətlərimizi əsirgəməməli, Azərbaycanımızın inkişafına öz mövqeyimizdən möhkəm dəstək verməliyik. Təhsil millətimizin, Azərbaycanımızın gələcəyidir. Gələcəyimizi möhkəm bünövrələr üzərində qurmaq təhsildən başlayır!

Samir Salayev




Загрузка...
Həmçinin oxuyun:
“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

Təhsil islahatları bölgə müəlliminin gözü ilə

Təhsil islahatları bölgə müəlliminin gözü ilə

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

“Təmayüllü siniflərdə hansı yeniliklər vacibdir”

“Təmayüllü siniflərdə hansı yeniliklər vacibdir”

2017-ci il Buraxılış imtahanlarında yeniliklər gözlənilir

2017-ci il Buraxılış imtahanlarında yeniliklər gözlənilir

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Cəbhə bölgəsində yerləşən bəzi məktəblərin şagirdləri buraxılış imtahanından azad edilib.

Cəbhə bölgəsində yerləşən bəzi məktəblərin şagirdləri buraxılış imtahanından azad edilib.

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Ənənəvi təlimin imkanları.

Ənənəvi təlimin imkanları.

Müasir dövrdə müəllim-valideyn münasibəti

Müasir dövrdə müəllim-valideyn münasibəti

Dərsin ümumi quruluşu və mərhələləri - KURİKULUM

Dərsin ümumi quruluşu və mərhələləri - KURİKULUM

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Məktəb - Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Məktəb - Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Pedaqoji innovasiyaya sadəcə yenilik demək olarmı?

Pedaqoji innovasiyaya sadəcə yenilik demək olarmı?

Müasir müəllim necə olmalıdır ?

Müasir müəllim necə olmalıdır ?

MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ NORMAL OLARSA ....VİDEO

MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ NORMAL OLARSA ....VİDEO