AzTehsil.com


Qabaqcıl təcrübə
03 iyul 2016
9 635


“Təmayüllü siniflərdə hansı yeniliklər vacibdir”



 

“Təmayüllü siniflərdə hansı yeniliklər vacibdir”

 

-Son zamanlarda təhsil sahələrində bir çox yeniliklər olub.Mən şəxsən həmin yenilikləri təhsildə qızıl hərflərlə yazardım.Təhsil sahələrində yaranmış yeniliklərdən biri də təmayüllü siniflərinin çoxaldılmasıdır.Əlbəttə,bu cür addımlar təhsilimizin daha da keyfiyyətli kadrların yetişdirilməsi və aztəminatlı ailələrin də ali məktəblərə qəbul olmaq  imkanlarından yararlanması üçün nəzərdə tutulmuşdur.Nəticədə təkcə maddi imkanı yaxşı olanlar yox,maddi imkanı zəif olanlar  üçün də ali məktəblərin qapıları açıq olacaq.Amma  təmayüllü siniflərin yaradılması prossesində aşağıdakılar nəzərə alınsa,daha effektli nəticələr əldə edilə bilər.Bunlar aşağıdakılardır:
1-cisi bu cür siniflər istiqamətlər üzrə təhsilin inkişafına görə yaradılıbsa,tədris olunan fənlərin sayı  yenə də çoxdur.Bəzi fənləri ixtisara salıb,əvəzində isə şagirdə vacib olan fənni daha dərindən tədris olunması üçün şərait yaradılmalıdır.Və ya ixtisasa aid olmayan fənlər(idman dərsləri istisna olmaqla) həftədə  1 saatdan artıq olmamalıdır.Nəticədə həmin şagird gələcəkdə hansı sahədə çalışarsa,öz ixtisasını daha dərindən biləcək.
2-cisi şagirdlərin istəyi maksimum səviyyədə nəzərə alınmalıdır.Buna görə bir sinifdə 20 şagirdin oxunması mütləq olmamalıdır.
3-cüsü təmayüllü siniflərdə dərs verən müəllimlər yalnız həmin məktəbin müəllimləri olmamalıdır.Həmin siniflərdə dərs verən müəllimlər müsabiqə əsasında seçilməlidir.Bu daha effektli nəticələr verəcək.Ya da ən azından diaqnostik imtahanda daha yaxşı nəticə qazanmış müəllimlər həmin sinifdə fənləri tədris etməlidir.
4-cüsü isə ən əsas məsələdir.Təmayüllü siniflərdə keçirilən fənlər xüsusi illik prespektiv planlaşdırma ilə,yəni ali məktəbə hazırlaşmaq üçün qoyulan tələbləri ödəyən planlaşdırma ilə  tədris olunmalıdır.Tutaq ki,şagird ali məktəbə qəbul olmaq üçün imtahanda feil bəhsindən ən azı 3 sualla üzləşəcəksə,amma 10-11-ci sinifdə feilə aid bir(1) 45 dəqiqə dərs keçməyibsə,bu cür siniflərdən uğurlu nəticənin fazi də az olacaq.10-11-ci siniflərdə planlaşdırma  dəyişilməlidir.İllik planlaşdırma elə qurulmalıdır ki,11-ci sinfin şagirdi ali məktəbə imtahan verəndə ona düşən suala aid olan mövzu  6 il bundan əvvəl yox,uzağı 10 ay bundan əvvəl keçirilsin.Əgər  özəl kurslar bu cür planlaşdırmanı  həftədə 15 saat dərs keçməklə yarada bilirlərsə,dövlət məktəblərində bu cür planlaşdırmanı həftədə 30 saat dərs keçməklə niyə yaratmaq mümkün olmasın?!Yox, prespektiv planlaşdırmalar köhnə ənənəyə əsaslanacaqsa,şagirdlərin özəl kurslara  kütləvi axını davam edəcək.Yenə də dövlət məktəbləri  özəl kurslara rəqib olmayacaq.Nəticədə təhsilin keyfiyyəti  yüksəlməyəcək. Yəqin təhsil sahəsində çalışan mütəxəssislər bu barədə öz fikirlərini bildirəcəklər.İnanıram ki,bu gün təhsil sahəsində hansı addımların atılmasına ehtiyac varsa,bu addımlar atılacaq.Çünki hər bir ölkənin parlaq  gələcəyini onun təhsili müəyyənləşdirir.
Elşən Məmmədov




Загрузка...
Həmçinin oxuyun:
Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

TƏKLİF - BSQ-lər Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada aparılmalıdır

TƏKLİF - BSQ-lər Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada aparılmalıdır

2016-2017-ci ilin TƏDRİS PLANIna  dair qeydlər

2016-2017-ci ilin TƏDRİS PLANIna dair qeydlər

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Təmayüllü siniflər üçün TƏDRİS PLANI təsdiq edildi. Təhsil Nazirindən yeni əmr

Təmayüllü siniflər üçün TƏDRİS PLANI təsdiq edildi. Təhsil Nazirindən yeni əmr

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı  azalır

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı azalır

Təhsil islahatları bölgə müəlliminin gözü ilə

Təhsil islahatları bölgə müəlliminin gözü ilə

Təhsilvermə (təhsilləndirmə) modelləri

Təhsilvermə (təhsilləndirmə) modelləri

Azərbaycanda təhsil sistemi və təhsil sahəsində dövlət siyasətinin prinsipləri

Azərbaycanda təhsil sistemi və təhsil sahəsində dövlət siyasətinin prinsipləri

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə

Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı

I - IV siniflərdə şagirdlərin oxu bacarıqları necə olmalıdır ?

I - IV siniflərdə şagirdlərin oxu bacarıqları necə olmalıdır ?

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Təhsil Naziri Fərdi Təhsil ilə bağlı əmr verdi

Təhsil Naziri Fərdi Təhsil ilə bağlı əmr verdi

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

“Düşüncə tərzimizdə dəyişiklik olmadan yüksək təhsilə-yaxşı yaşayışa nail olmaq mümkün deyil”

“Düşüncə tərzimizdə dəyişiklik olmadan yüksək təhsilə-yaxşı yaşayışa nail olmaq mümkün deyil”

Təhsil eksperti Elşən Qafarov

Təhsil eksperti Elşən Qafarov

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi