AzTehsil.com


Xəbərlər
24 may 2017
3 743


Hazırlıq kurslarına İTTİHAM: “Müəllimləri qeyri-peşəkardırlar”



Hazırlıq kurslarına İTTİHAM: “Müəllimləri qeyri-peşəkardırlar”

 

15 ildən çoxdur ki, Azərbaycanda özəl hazırlıq kursları fəaliyyət göstərir. Həmin kursları hər il xeyli sayda şagird başa vurur. Bir məqam var ki, son illərdə kursların sayının çoxalması  rəqabət məsələsini də sıfıra endirir. Yəni heç də bütün kursların keyfiyyətli təhsil verdiyini əminliklə söyləmək olmaz. Üstəlik bir çox kurslar idarəetmədə necə istəyirlərsə, elə də davranış nümayiş elətdirirlər. Bu da kurslarda özbaşınalıq ab-havasından xəbər verir.
 
Aztehsil.com xəbər verir ki, Təhsil eksperti Etibar Əliyev modern.az-a açıqlamasında kursların son illərdəki fəaliyyətini tənqid edib.
 
"Kursların sayının çoxlamasının səbəbi orta məktəblərin proqramları uşaqlara tam mənimsədə bilməməsi ilə bağlıdır. Digər tərəfdən kurslar uşaqların test tapşırıqlarına aludəçiliyini gücləndirirlər. Kurslara cəlb olunan müəllimlər bundan sui-istifadə edir və bu istiqamətdə təbliğat aparırlar.
 
Kursların böyük əksəriyyətində çalışan  müəllim heyəti qeyri-peşəkarlardan ibarətdir. Orta məktəblərdə dərs deyən peşəkar müəllimlərin böyük kəsimi kurslarda fəaliyyət göstərmirlər. Fənin tədrisinin keyfiyyəti məktəblə bağlı olmalıdır, kursalarla bağlı yox...Kurslar televiziyalarda çox güclü reklam olunurlar. Təbliğat üçün bir nəfər 700, yaxud da, 600-dən yuxarı bal toplamış abituriyenti önə çəkməklə onlardan qalxan kimi istifadə edirlər. Bu da istər-istəməz insanları cəlb edir.
 Burda məqsəd daha çox müştəri toplamaqdır. Müşahidələrimiz göstərir ki, o kursları keçən, ali məktəblərə hazırlaşan abituriyentlər çox vaxt aşağı nəticələr göstərirlər. Təəssüflər olsun ki, onlar keyfiyyətsiz təhsilə görə cavabdehlik daşımırlar”.
 
Etibar Əliyev bəzi dünya ölkələrində mövcud olan təhsil yeniliklərindən də söz açıb.
 
"İnkişaf etmiş ölklərin əksəriyyətində   uşaqları daha çox məktəbdə saxlamağa çalışırlar. Ötən tədris ilində dərs ilinin 15 gün uzadılması böyük ajiotaja səbəb oldu. Düşünürəm ki, məktəblərdə həftəlik dərs yükünü artırmaqla uşaqların kurslarda dərslərinin davam etdirmələrinin qarşısını almaq olar. Valideynlər övladlarının məktəbdə olduqları vaxtı onların asudə vaxtlarının alınması kimi qiymətləndirməməlidirlər. Məsələn, Finlandiya və Çin məktəblərində həftəlik dərs yükünü artırmaqla ev tapşırıqlarını ləğv ediblər.
 
Hesab edirlər ki, ev tapşırıqları uşaqları daha çox yorur. Uşaqlar əsasən günün böyük hissəsini məktəbdə keçirməklə tapşırıqları yerinə yetirirlər.
 
Uşaqlar evdə qaldıqları müddətdə yalnız dincəlirlər. Orta məktəblər keyfiyyətə cavabdehlik daşımalıdırlar Artıq  həftəlik dərs yükünün 32 saat müəyyənləşdirilməsi dünya təcrübəsində özünü doğrultmur. Hətta, Çində həftəlik dərs yükü 50-70 saat həcmində olur. Digər tərəfdən ev tapşırıqları valideynlər arasında yarış mühitini formalaşdırır. Valideynlər öyünürlər ki, uşağın tapşırıqlarını yerinə yetirməkdə onlara kömək edirlər. Halbuki, bu, uşağın sərbəst düşünmə qabiliyyətini azaldır. Mütərəqqi sistemlərə keçid yaratmağın vaxtı çatıb. Əks təqdirdə kurslar və repetitirlar məktəb təhsilini zəiflətməkdə davam edəcəklər.
 
Bu gün şagirdlərin kurslardan və evdə təhsildən asılılığı mövcuddur. Bu asılılığı orta məktəblərdə təhsilin  keyfiyyətində dönüş yaratmaqla zəiflətmək mümkündür. Uşaqlar daha çox məktəbə bağlanmalıdırlar. Təəssüf ki, heç bir məktəbin uğuru təbliğ olunmur, ancaq kursların nəticələri təbliğ olunur. Bu da onlara cəlbediciliyiartırır”.



Загрузка...
Həmçinin oxuyun:
Müəllimlərin sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiyaya çıxarılmayacaq

Müəllimlərin sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiyaya çıxarılmayacaq

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi necə həyata keçiriləcək?

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi necə həyata keçiriləcək?

Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

Təhsil Nazirliyi keçirilən "bədən tərbiyəsi" dərslərini dəyərləndirib

Təhsil Nazirliyi keçirilən "bədən tərbiyəsi" dərslərini dəyərləndirib

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı  azalır

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı azalır

Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb

Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb

Məlum olub ki, tam orta təhsil verən bir sıra məktəblərdə əslində 10-11-ci siniflər yalnız kağız üzərində “fəaliyyət göstərirmiş”.

Məlum olub ki, tam orta təhsil verən bir sıra məktəblərdə əslində 10-11-ci siniflər yalnız kağız üzərində “fəaliyyət göstərirmiş”.

Təhsil Nazirliyi tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi qaydalarını açıqlayıb

Təhsil Nazirliyi tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi qaydalarını açıqlayıb

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

DƏRS CƏDVƏLİNİN TƏRTİBİ ÜÇÜN TÖVSİYƏ

DƏRS CƏDVƏLİNİN TƏRTİBİ ÜÇÜN TÖVSİYƏ

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Qeybət və Uşaqlarımız..

Qeybət və Uşaqlarımız..

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Bu il hansı uşaqlar pulsuz qruplara cəlb ediləcək? - Təhsil Nazirliyindən CAVAB

Bu il hansı uşaqlar pulsuz qruplara cəlb ediləcək? - Təhsil Nazirliyindən CAVAB

"Bəzi lisey və gimnaziyaların birinci sinfə qəbul zamanı imtahan keçirmələri düzgün deyil"

"Bəzi lisey və gimnaziyaların birinci sinfə qəbul zamanı imtahan keçirmələri düzgün deyil"

"Təhsilə marağın azalmasının əsas “baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir"

"Təhsilə marağın azalmasının əsas “baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir"

“Təmayüllü siniflərdə hansı yeniliklər vacibdir”

“Təmayüllü siniflərdə hansı yeniliklər vacibdir”