AzTehsil.com


Xəbərlər / Müəllim
23 sentyabr 2021
2 823


Sədr müavini-Təhsil naziri Emin Əmrullayevin sözügedən məsələ ilə bağlı son açıqlamasının əlavə şərhə ehtiyacı yoxdur .



Sədr müavini-Təhsil naziri Emin Əmrullayevin sözügedən  məsələ ilə bağlı son açıqlamasının əlavə şərhə ehtiyacı yoxdur .

 

Bu sözləri  Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.

Belə ki, Təhsil naziri Emin Əmrullayev Gəncə şəhərinə səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən qarşıdakı tədris ili ərzində rus bölmələrində təhsil alan şəxslər üçün Azərbaycan dili fənninin dərs saatlarının artırılacağını qeyd edib. Bu, da sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub. Onların bir çoxu rus bölməsində verilən təhsilin keyfiyyətindən narazılıq ediblər.

Nadir İsrafilov məsələylə bağlı fikirlərini bildirib:

"Biz bir çox halda "millilik”lə "millətçi”liyin yerini səhv salırıq. 2021-2022-ci tədris ilində 15 min nəfərdən çox şagirdin rus bölməsinə gedəcəyi və təhsil almaq üçün 30.000 min nəfərin də müraciət etməsi barədə statistik məlumatlar gündəmə gəlib.

 Bəlkə də, son iki on illikdə təhsilimizlə bağlı ən çox gündəmə çıxarılan və birmənalı qarşılanmayan mövzulardan birinin məhz rus dilinin tədrisi ilə bağlı olduğunu desəm yanılmaram.

Qanunvericiliymizə əsasən, valideynlər övladları üçün dil seçimini etməkdə sərbəstdirlər. Azərbaycan dili bizim dövlət dilidir və bunu hamı bilməlidir. Təlimi rus dilində olan məktəblərdə Azərbaycan dilinin tədrisinin zəifliyi barədə əsassız iddialar isə heç də o demək deyil ki, bunun səbəbkarı məhz rus dilidir. Dünyanın hər bir ölkəsində müxtəlif dillərdə məktəblər var. Digər tərəfdən, Azərbaycan tolerantlıqda dünyaya nümunə göstərilir,  multikulturalizm dəyərlərini təşviq edir.

Azərbaycanda təhsil alan 1,5 milyon şagirddən 130 min nəfərinin rus bölməsinin payına düşməsi heç də ona əsas vermir ki, "ölkəmizdə birmənalı şəkildə ana dilində təhsil məcburi və alternativsiz olmalı”, "rus bölməsi ləğv olunmalı”, "rus bölmələrində təhsil ödənişli olmalı”, "rus məktəbləri özəlləşdirilməli” kimi fikirlər irəli sürülsün”.
Sədr müavini məsələni siyasiləşdirməyə ehtiyac görmür:

"Artıq bir çox MDB ölkələri, o cümlədən, Ermənistan, Gürcüstan, Baltikyanı ölkələrdə rus bölməsi təhsildən çıxarılıb” kimi məntiqsiz ibarələr nə deməkdir, provakasion müqayisələr nəyə hesablanıb? Halbuki, nümunə kimi göstərilən bu ölkələr bütün dünyada tarixən millətçi mövqeləri ilə tanınıblar. Bir də ki, milli düşüncə dillə yox, qanla-genlə keçir.

Biz nədənsə, bir çox halda "millilik”lə "millətçi”liyi qarışıq salırıq və ya bu iki anlayışın fərqinə varmırıq. Millətçilik tək bir milli kimlik yaratmağı və ya həmin kimliyi davam etdirməyi hədəfləyən bir cərəyan olduğu halda, təhsilin vacib məsələlərindən biri isə  milli dəyərlərimizi bəşəriyyətə, bəşəri dəyərləri xalqımıza çatdırması,  eyni zamanda milli dəyərlərimizin bəşəri dəyərlər səviyyəsinə qaldırmasıdır. Təhsil qanununda deyildiyi kimi  Azərbaycan Respublikasının təhsil sistemi milli zəminə, ümumbəşəri dəyərlərə əsaslanır, demokratik xarakter daşıyır.

Qaldırılan istənilən məsələ statistika baxımından nə qədər diqqət çəkən olsa belə, məsələni siyasi müstəviyə keçirib, hökm və ittiham xarakterli  açıqlamalar vermək son dərəcə ziyanlı və təhlükəli tendesiya olub, ölkələr arasındakı münasibətlərə təsirsiz ötüşməyə bilməz. Yəni, başqa sözlə desək,   rus dilində təhsilin ləğvi barədə təklifi irəli sürərkən digər fəsadlar bir yana, heç omasa onu fikirəşirikmi ki, belə bir addımın atılması sıx tarixi ənənələri ilə bağlı olan iki qonşu dövlət arasındakı münasibətlərə necə təsir göstərə bilər?”.

Nadir İsrafilov çıxış yolu kimi bir sıra təkliflər irəli sürür:

"Bəlkə, rus dilinə yerli-yersiz hücumlar əvəzinə, ümumilikdə rus dili ilə bağlı yaranan vəziyyətin nədən qaynaqlandığı barədə düşünmək daha faydalı ola bilər... Bəlkə, rus bölməsi ilə müqayisədə Azərbaycan bölməsindəki müəllimlərimizin peşəkarlıq səviyyəsinin qaneedici olmamasında nəsə bir həqiqət var? Bəlkə, bunun başlıca səbəbi həqiqətən də Azərbaycan bölməsində tədrisin səviyyəsinin valideynləri lazımınca qane etməməsidir? Bəlkə bir səbəb də öz ana dilimizdə kifayət qədər tələb olunan ədəbiyyatin olmaması, mövcud tərcümələrin qüsurlu olması, rus dilində olan ədəbiyyatların hələ də dominantlıq etməsidir? Bəlkə, əksər qurum və şirkətlərin işə qəbul olunanlar qarşısında rus dilini mükəmməl bilmək tələbi qoymasıdır? Bəlkə, bunun əsas və başlıca səbəblərindən biri bir çox elit ailələrin dəb xatirinə ailədə və məişətdə rus dilində danışığa üstünlük verməsidir?

Bəlkələr çoxdur. Yəni vəziyyət bir çox təbii və süni proseslərin ciddi araşdırılmasını tələb edir. Təbii proseslərin qarşısını süni yollarla almaq isə əlavə fəsadlara yol aça bilər. Buna görə də gəlin çalışaq hər hansı bir fikir irəli sürəndə, açıqlama verəndə, müəyyən təşəbbüsdə bulunanda sadəcə olaraq bir az diqqətli olaq, bunu təkcə gündəmə gəlmək xatirinə etməyək. Problemi qaldırarkən səbəb-nəticə əlaqələrinə biganə yanaşmaq, nəticəni qabardıb, səbəblərdən yan keçmək təhsilin hansısa bir probleminin həlli deyil, təhsilə əlavə problem yaratmaqdır. Bu kimi açıqlamalar kimlərəsə  özü üçün dividend qazanmaqdan başqa bir şey deyil. Bir məqamı da nəzərə alaq ki, bizim elmimizin, mədəniyyət və incəsənətimizin inkişafında, elmi-siyasi kadrlarımızın yetişməsində və digər sahələrin formalaşdırılmasında rus dilinin rolunu və müstəsna əhəmiyyətini inkar etmək ən yaxşı halda belə ədalətsizlikdən başqa bir şey olmazdı.

Hesab edirəm ki, Təhsil naziri Emin Əmrullayevin sözügedən  məsələ ilə bağlı son açıqlamasının əlavə şərhə ehtiyacı yoxdur: "Hər bir xalqın, millətin dili onun mədəniyyətinin, milli kimliyinin böyük bir hissəsidir. Azərbaycan dili dövlət dili kimi bütün məktəblərdə tədris edilir. Bu ildən rus bölməsində dilimizin tədris saatları 2 dəfə artırılacaq. "Zəfər tarixi” Azərbaycanca tədris ediləcək. Bu,  o anlama gəlməməlidir ki, biz başqa dillərdə tədrisin aparılmasına qarşıyıq. Əksinə, ölkəmizdə rus, gürcü, özəl məktəblərdə ingilis dillərində tədrisin təşkilini təhsil sistemimizin uğuru hesab edirik. Təbii ki, bu uğurumuzdan geri çəkilmək niyyətimiz yoxdur”

Ona qalsa, hazırda ingilis dilində uşaq bağçaları da fəaliyyət göstərir. Bu uşaqların gələcəkdə istər millilik baxımından, istərsə də adət-ənənələrimizi qorumağı baxımından necə vətəndaş kimi yetişməsini hər kəs proqnozlaşdıra bilər”.
Tədrisin rus dilində aparıldığı 340 məktəbdə 90 min şagird  təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alması deməkdir”. 



Загрузка...
Həmçinin oxuyun:
“Azərbaycanda rus bölmələri ləğv olunsun” - EKSPERT

“Azərbaycanda rus bölmələri ləğv olunsun” - EKSPERT

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

Ölkədə rus dilli təhsilin dayandırılaması necə təsir bağışlayar?-Nadir İsrafilov yazır..

Ölkədə rus dilli təhsilin dayandırılaması necə təsir bağışlayar?-Nadir İsrafilov yazır..

Məktəb rəhbərliyi hansı halda valideynin seçimi ilə razılaşmaya bilər? -Uşaqların rus bölməsinə...

Məktəb rəhbərliyi hansı halda valideynin seçimi ilə razılaşmaya bilər? -Uşaqların rus bölməsinə...

Rus bölmələrinə maraq təhlükəli həddə - “Bu məktəblər ləğv olunmalıdır”

Rus bölmələrinə maraq təhlükəli həddə - “Bu məktəblər ləğv olunmalıdır”

İbtidai siniflərdə rus dili bölməsi ləğv olunmalıdır? –“Ciddi müəllim çatışmazlığı yaranar”

İbtidai siniflərdə rus dili bölməsi ləğv olunmalıdır? –“Ciddi müəllim çatışmazlığı yaranar”

Evdə, məişətdə uşaqlarla başqa dillərdə danışmayın! - Bu problemlər qaçılmazdır

Evdə, məişətdə uşaqlarla başqa dillərdə danışmayın! - Bu problemlər qaçılmazdır

Rus bölmələri məktəblərdə üstünlük təşkil edirmi?

Rus bölmələri məktəblərdə üstünlük təşkil edirmi?

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

Azərbaycan dilinə yuxarıdan aşağı baxırlar.

Azərbaycan dilinə yuxarıdan aşağı baxırlar.

Nazir: “Tədris digər dillərdə aparılan siniflərdə Azərbaycan dili üzrə saatlar artırılıb”

Nazir: “Tədris digər dillərdə aparılan siniflərdə Azərbaycan dili üzrə saatlar artırılıb”

İran ingilis dilini qadağan etdi - Azərbaycan da ... -EKSPERT

İran ingilis dilini qadağan etdi - Azərbaycan da ... -EKSPERT

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

Bakıda şagirdlərin 17 faizi rus dilində təhsil alır -RƏSMİ

Bakıda şagirdlərin 17 faizi rus dilində təhsil alır -RƏSMİ

45 dəqiqədə 45 şagirdə nə dərs keçmək olar? – Məktəblərdə SIXLIQ PROBLEMİ

45 dəqiqədə 45 şagirdə nə dərs keçmək olar? – Məktəblərdə SIXLIQ PROBLEMİ

Ekspert: "Təhsil Nazirliyində rus bölməsi üzrə kadr problemi var"

Ekspert: "Təhsil Nazirliyində rus bölməsi üzrə kadr problemi var"

Sədr müavini-”Ənənəvi təhsilə  qayıtmağın yolu vaksinasiyadır”

Sədr müavini-”Ənənəvi təhsilə qayıtmağın yolu vaksinasiyadır”

"Gündəmi zəbt edən məsələ ilə bağlı tərəflər anlayış göstərməlidirlər"-Nadir İsrafilov

"Gündəmi zəbt edən məsələ ilə bağlı tərəflər anlayış göstərməlidirlər"-Nadir İsrafilov

Nadir İsrafilov:" Bu kimi məsələləri tənqid obyektivinə çevirmək hansı məqsəd və məramlardan irəli gəlir və bununla nəyə nail olmaq fikrindəyik?"

Nadir İsrafilov:" Bu kimi məsələləri tənqid obyektivinə çevirmək hansı məqsəd və məramlardan irəli gəlir və bununla nəyə nail olmaq fikrindəyik?"

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

Kamilə Əliyeva: “Azərbaycan məktəblərində rus bölməsi pullu olsun”

Kamilə Əliyeva: “Azərbaycan məktəblərində rus bölməsi pullu olsun”

“Bir dövlətin iki tarixi olmur”    EKSPERTdən sərt münasibət

“Bir dövlətin iki tarixi olmur” EKSPERTdən sərt münasibət

Nadir İsrafilov : "Çoxları bunu qəti qərar kimi qəbul edir və öz həyəcan və narahatçılıqlarını gizlətmirlər.”

Nadir İsrafilov : "Çoxları bunu qəti qərar kimi qəbul edir və öz həyəcan və narahatçılıqlarını gizlətmirlər.”