AzTehsil.com


Xəbərlər / Müəllim
14 sentyabr 2021
2 639


45 dəqiqədə 45 şagirdə nə dərs keçmək olar? – Məktəblərdə SIXLIQ PROBLEMİ



45 dəqiqədə 45 şagirdə nə dərs keçmək olar? – Məktəblərdə SIXLIQ PROBLEMİ

 

Bakı məktəblərinin ciddi problemlərindən biri də siniflərdə şagird sıxlığıdır. Bu durum xüsüsilə şəhərin mərkəzində yerləşən məktəblər üçün xarakterikdir. 

Paytaxtdakı bəzi məktəblərdə siniflərdə 40 nəfərdən artıq şagird təhsil alır. Bir nəfər təhsil işçisinin 45 nəfərə dərs keçməsinin keyfiyyətə təsir etməsi isə şübhə doğurmur. 45 dəqiqə ərzində müəllimin sinifdə bütün uşaqlara vaxt ayırması sadəcə mümkün deyil. 

Qeyd edək ki, pandemiya şəraitində bu məsələnin necə tənzimlənəcəyi  Təhsil Nazirliyi tərəfindən cavablandırılıb. Bildirilib ki, ümumilikdə dərslərin pandemiya qaydalarına uyğunlaşdırılması üçün qaydalar hazırlanır və dərslər başlanmazdan əvvəl məktəblərə veriləcək.

Lakin məlumdur ki, problem yalnız pandemiya dövrü üçün aktual deyil.
 
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov  bildirib ki, sıxlıq məsələsi ümumilikdə Azərbaycan məktəbləri üçün deyil, Bakının mərkəzində fəaliyyət göstərən məktəblər üçün xarakterikdir: 

"Bu problem əsasən məskunlaşma ilə bağlı yaranır. Məktəbə qəbul qaydalarında ərazi amili önə çəkilir. Ona görə də əhalinin sıx yaşadığı yerlərdə yerləşən məktəblərdə sıxlıq yaranır. Ümumilikdə Azərbaycan məktəblərində 85 mindən çox sinif var, onun təqribən 300-də 40-dan yuxarı şagird var. Bu isə 0,4 faiz edir”.

Ekspert bildirir ki, Təhsil Qanuna görə, siniflər 20 şagirddən kompilektləşdirilməlidir: 
 
 
"Təbii ki, sinifdə çox uşağın olması keyfiyyətə təsir edir. Litseylərdə siniflər 12-15  nəfərdən formalaşdığına görə, onların göstəriciləri yüksək olur”.
 
İctimai Şura təmsilçisi məktəblərdə şagird sıxlığının qarşısının alınmasını maarifləndrimə yolu ilə valideynlərin başqa məktəblərə yönəldilməsində görür: 

"Başqa formada bunu etmək vətəndaşların hüquqlarını pozmaq olardı. Məktəbyanı ərazilərin imkan verdiyi yerlərdə əlavə korpuslar tikilir. Amma elə məktəblər var ki, əlavə binaların tikilməsi üçün yer də yoxdur”.

Nadir İsrafilov rus bölmələrində şagird sıxlığı məsələsinə də toxunub: 

"İndi bir çoxları rus bölməsində oxumağa "prestij” kimi baxır. Digər tərəfdən isə rus bölmələrində şagird sıxlığı müəllim çatışmazlığına görə yaranır. Son iki ildə bu axının qarşısının alınması üçün Təhsil Nazirliyi müsahibə yolu ilə qəbulla bağlı qərar qəbul edib. Burada uşaqların rus dilində danışa bilməsi əsas götürülür. Bu qərar axının qarşını müəyyən qədər almaqla yanaşı həm də doğru qərardır”. 




Загрузка...
Həmçinin oxuyun:
Valideyinlərin narazı olduğu məsələlrdən biri - Şagird sıxlığı

Valideyinlərin narazı olduğu məsələlrdən biri - Şagird sıxlığı

Bakı məktəblərinin 15 faizində şagird sıxlığı müşahidə edilir

Bakı məktəblərinin 15 faizində şagird sıxlığı müşahidə edilir

Yeni dərs ilində siniflərdə sıxlıq problemi olmayacaq

Yeni dərs ilində siniflərdə sıxlıq problemi olmayacaq

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

Bakıdakı məktəblərin 10 faizində şagird sıxlığı var - NAZİR

Bakıdakı məktəblərin 10 faizində şagird sıxlığı var - NAZİR

Məhəbbət Vəliyeva: “Bu il I sinfə gedən uşaqların heç biri təhsildən kənarda qalmayacaq”

Məhəbbət Vəliyeva: “Bu il I sinfə gedən uşaqların heç biri təhsildən kənarda qalmayacaq”

I sinfə qəbul zamanı işıq pulu qəbzi tələb edilir

I sinfə qəbul zamanı işıq pulu qəbzi tələb edilir

Nadir İsrafilov:"Distant forma ali məktəblər üçün məqbul sayılsa da, orta məktəblər üçün müəyyən problemlər yaradacaq".

Nadir İsrafilov:"Distant forma ali məktəblər üçün məqbul sayılsa da, orta məktəblər üçün müəyyən problemlər yaradacaq".

Təhsil ekspertindən yeni dərs ilinə dair TƏKLİFLƏR

Təhsil ekspertindən yeni dərs ilinə dair TƏKLİFLƏR

Mövcud vəziyyət davam etsə, iki həftə sonra tədris prosesi yenidən dayandırılacaq - ŞƏRH

Mövcud vəziyyət davam etsə, iki həftə sonra tədris prosesi yenidən dayandırılacaq - ŞƏRH

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

"Orta məktəblərdə 10 faiz  sıxlıq var" – CEYHUN BAYRAMOV

"Orta məktəblərdə 10 faiz sıxlıq var" – CEYHUN BAYRAMOV

Baş nazirdən orta məktəblərlə bağlı YENİ QƏRAR

Baş nazirdən orta məktəblərlə bağlı YENİ QƏRAR

Özəl məktəblərdə təhsilin qiyməti - ARAŞDIRMA

Özəl məktəblərdə təhsilin qiyməti - ARAŞDIRMA

Şöbə müdiri məktəblərdə şagird sıxlığının azaldılması üçün seçilən istiqamətlərdən danışdı

Şöbə müdiri məktəblərdə şagird sıxlığının azaldılması üçün seçilən istiqamətlərdən danışdı

Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər açıldı

Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər açıldı

Məlum olub ki, tam orta təhsil verən bir sıra məktəblərdə əslində 10-11-ci siniflər yalnız kağız üzərində “fəaliyyət göstərirmiş”.

Məlum olub ki, tam orta təhsil verən bir sıra məktəblərdə əslində 10-11-ci siniflər yalnız kağız üzərində “fəaliyyət göstərirmiş”.

Məktəblər nə zaman bağlanacaq – Nazirin yeniliyi şagirdlərə nə verəcək?

Məktəblər nə zaman bağlanacaq – Nazirin yeniliyi şagirdlərə nə verəcək?

Nadir İsrafilov: Hazırda belə qərara gəlinib ki, üç variantda təkliflər hazırlansın, yəni üç variant üzərində düşnülür.

Nadir İsrafilov: Hazırda belə qərara gəlinib ki, üç variantda təkliflər hazırlansın, yəni üç variant üzərində düşnülür.

"Şagirdlər bu il sinifdə qalmayacaqlar" - Nadir İsrafilov

"Şagirdlər bu il sinifdə qalmayacaqlar" - Nadir İsrafilov

Təmayül siniflərə şagird qəbulu qaydası dəyişdiriləcək? - RƏSMİ CAVAB

Təmayül siniflərə şagird qəbulu qaydası dəyişdiriləcək? - RƏSMİ CAVAB

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər