AzTehsil.com


Xəbərlər / Ekspert
15 avqust 2020
3 025


Nadir İsrafilov: Hazırda belə qərara gəlinib ki, üç variantda təkliflər hazırlansın, yəni üç variant üzərində düşnülür.



 

Təhsil Nazirliyinə növbəti tədris ili ilə əlaqədar ictimaiyyət nümayəndələrindən bəzi təkliflər daxil olub. Bu təkliflərdə məktəblərdə davamiyyətin məcburi olmaması, bir dərsin 35 dəqiqə, tənəffüs müddətinin isə 10 dəqiqə müəyyən edilməsi kimi fikirlər səsləndirilib.

Məsələ ilə bağlı  açıqlama verən Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Nadir İsrafilov bildirib ki, təhsilin başlamasına bir ay vaxt qaldığı üçün indidən fikir bildirmək çətindir, yekun qərar vəziyyətin gedişatından asılı olacaq:

"İctimai Şura üzvlərinin Təhsil naziri ilə görüşü olub. Bu görüş bizim İctimai Şuranın 11 üzvü və nazirliyin iki məsul əməkdaşının iştiakı ilə təşkil edilib. Orada nazir ümumi vəziyyət haqqında danışdı və bizim 11 üzv konkret təkliflərini verdi. 

Nazir bir qrup valideyn, şagird və müəllimlə də görüşüb. Bütün təkliflər yığılır, ümumiləşdirilir, hamısına baxılacaq. Mətbuatda bəzi təkliflər dərc oluna bilər, düzdür onlara fərqli münasibətlər də bildirilir, lakin bunların hamısı sadəcə təklifdir. Tətilin başa çatmasına təxminən bir ay müddət var. Pandemiya elə bir məsələdir ki, onunla bağlı nəsə yekun qərar qəbul etmək olmaz”.

Nadir İsrafilov qeyd edib ki, bəzi məsələlər təkcə Təhsil Nazirliyindən asılı deyil:

"Burada maliyyə məsələləri, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının, UNICEF-in tövsiyyələri var. Yəni bütün bu təkliflər cəmləşdirilir. Hazırda belə qərara gəlinib ki, üç variantda təkliflər hazırlansın, yəni üç variant üzərində düşnülür. Birinci varianta görə, əgər yoluxma sayının aşağı düşmə prosesi davam etsə, ənənəvi forma tətbiq oluna bilər. İkinci variantda isə vəziyyətin gərginləşmə ehtimalı nəzərə alınıb. Əgər virus daha da kəskinləşsə, onlayn təhsil həyata keçiriləcək. Bunlarla yanaşı üçüncü – hibrit varian da var. Bu varianta əsasən, bəzi siniflər onlayn, bəziləri isə ənənəvi təhsil sistemindən yararlana bilər. Təbii, bunlar işin gedişatından asılı olacaq. Dünyada bununla bağlı məsələlər qarışıqdır. Çünki pandemiyanın bitməsi, insanın arzu və istəyindən asılı olan məsələ deyil. Bununla belə şübhəsiz ki, yeni dərs ili ilə əlaqədar hazırlıq getməlidir və gedir. Bunun üzərində xüsusi komissiya işləyir, məsləhətləşmələr aparılır. Təkliflər  dərc olundu ki, guya onlar yerlərə göndərilib. Lakin yerlərə hazırda hər hansı bir rəsmi sənəd göndərilməyib. Ölkə başçısı da məsələyə münasibət bildirərək qeyd edib ki, əsas insanların sağlamlıq məsələsidir. 

Düzdü, onlayn təhsili tənqid edənlər var, internetin sürətinin aşağı olması problemlər yaradır, ona görə biz hamımız ənənəvi dərs formasının tərəfdarıyıq, amma təbii ki, hazırlıq vəziyyətə uyğun gedir. Vaxtında rəsmi məlumat veriləcək.  Dərs müddətinin azaldılması məsələsinə gəldikdə isə, şübhəsiz ki, əgər ənənəvi təhsil olsa, lazımi tədbirlər görüləcək, məsələn, məsafəyə, siniflərin bölünməsinə xüsusi diqqət ayırılacaq”.Yenisabah.az



Загрузка...
Həmçinin oxuyun:
Nadir İsrafilov : "Çoxları bunu qəti qərar kimi qəbul edir və öz həyəcan və narahatçılıqlarını gizlətmirlər.”

Nadir İsrafilov : "Çoxları bunu qəti qərar kimi qəbul edir və öz həyəcan və narahatçılıqlarını gizlətmirlər.”

Təhsil naziri İctimai Şura ilə bəzi vacib məsələləri müzakirə edib – Nadir İsrafilov

Təhsil naziri İctimai Şura ilə bəzi vacib məsələləri müzakirə edib – Nadir İsrafilov

Nadir İsrafilov: Dərs ilinin başlamasına kifayət qədər vaxt var və şübhəsiz ki, məsələyə rəsmi aydınlıq gətiriləcəkdir.

Nadir İsrafilov: Dərs ilinin başlamasına kifayət qədər vaxt var və şübhəsiz ki, məsələyə rəsmi aydınlıq gətiriləcəkdir.

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

İlqar Orucov: Pandemiya dövründə İctimai Şura Təhsil Nazirliyinə bəzi vacib təkliflər edib

İlqar Orucov: Pandemiya dövründə İctimai Şura Təhsil Nazirliyinə bəzi vacib təkliflər edib

“Səhər aşağı siniflərə, nahardan sonra yuxarı siniflərə dərs keçilsin” — TƏKLİF

“Səhər aşağı siniflərə, nahardan sonra yuxarı siniflərə dərs keçilsin” — TƏKLİF

Təhsil ekspertindən yeni dərs ilinə dair TƏKLİFLƏR

Təhsil ekspertindən yeni dərs ilinə dair TƏKLİFLƏR

"Şübhəsiz ki, ali məktəblərin hazırlıq qruplarının yaradılması ödənişlə əlaqədardır"

"Şübhəsiz ki, ali məktəblərin hazırlıq qruplarının yaradılması ödənişlə əlaqədardır"

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Nadir İsrafilov: “Ceyhun Bayramov təhsil ictimaiyyətinin nəzərində demokratik, yenilikçi, əlçatan bir nazir kimi qalıb”.

Nadir İsrafilov: “Ceyhun Bayramov təhsil ictimaiyyətinin nəzərində demokratik, yenilikçi, əlçatan bir nazir kimi qalıb”.

Terminologiya Komissiyası: “Yeni sözlərlə bağlı təkliflər var”

Terminologiya Komissiyası: “Yeni sözlərlə bağlı təkliflər var”

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Rusiya məktəbləri necə açır?

Rusiya məktəbləri necə açır?

"Müəllimlər və şagirdlər üçün internet pulsuz olsun" - TƏKLİF

"Müəllimlər və şagirdlər üçün internet pulsuz olsun" - TƏKLİF

Nadir İsrafilov: Təhsilimizin ayaq üstə durması üçün mümkün olan nə lazımdırsa edilib

Nadir İsrafilov: Təhsilimizin ayaq üstə durması üçün mümkün olan nə lazımdırsa edilib

Nadir İsrafilov: “Göstəricilər zəif olarsa, bu təhsilin keyfiyyətinin aşağı olması demək deyil.”

Nadir İsrafilov: “Göstəricilər zəif olarsa, bu təhsilin keyfiyyətinin aşağı olması demək deyil.”

Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması son dərəcə vacib məsələdir.

Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması son dərəcə vacib məsələdir.

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçilən üzvlərin ADLARI- Eksklüziv

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçilən üzvlərin ADLARI- Eksklüziv

Başqa variant yoxdur: Nazirliyin yeni layihəsi niyə daşa dirənib?

Başqa variant yoxdur: Nazirliyin yeni layihəsi niyə daşa dirənib?

Təhsil naziri İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb

Təhsil naziri İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb

Karantin rejimi uzadılarsa, dərslər yenidən onlayn keçirilə bilərmi? - AÇIQLAMA

Karantin rejimi uzadılarsa, dərslər yenidən onlayn keçirilə bilərmi? - AÇIQLAMA

Məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”

Məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”

Tələbələr üçün ictimai nəqliyyatla gediş haqqında güzəştlər ola bilər...

Tələbələr üçün ictimai nəqliyyatla gediş haqqında güzəştlər ola bilər...