AzTehsil.com


Xəbərlər / Müəllim
29 iyul 2020
3 226


Rusiya məktəbləri necə açır?



 

Maarif Nazirliyi yeni tədris ilinin formatını açıqlayıb

Dünyanın ayrı-ayrı ölkələrində  məktəblərin yenidən açılmasına  hazırlıq görülür.  Rusiyada da bu istiqamətdə bir sıra zəruri  işlər,  əsasən başa çatdırılıb. Bu barədə ölkənin maarif naziri Sergey Kravtsov televiziya ilə çıxışında açıqlama  verib. Nazir  yeni tədris ilinin başlanması ilə bağlı təhsil ictimaiyyətini, şagirdləri və onların valideynlərini maraqlandıran məsələlərə aydınlıq gətirib.

Sentyabrın 1-i  ilk dərs

Sergey Kravtsovun sözlərinə görə, yeni tədris ili sentyabrın 1-də ənənəvi qaydada başlayacaq.  Onun sözlərinə görə, tədris ilinin başlanğıcında nazirliyin koronavirusla bağlı epidemioloji vəziyyətə dair heç bir narahatlığı yoxdur.  

"Biz ənənəvi olaraq məktəblərimizi açmağa hazırlaşırıq, amma aydındır ki, hər hansı bir ərazidə epidemioloji vəziyyət buna imkan verməsə, əlbəttə, uşaqların, pedaqoqların, valideynlərin sağlamlığı əsas götürüləcək.   Amma bu gün üçün bizim elə bir ciddi narahatlığımız yoxdur. Buna görə  də  sentyabrın 1-də ənənəvi "lineykalar”   keçiriləcək” – deyə nazir bildirib.

İlk dərs günü biliklərin diaqnostikası aparılacaq

Nazir qeyd edib ki,  Maarif  Nazirliyi tədris ilinin ilk günündə şagirdlərin biliklərinin diaqnostikasını aparmağa qərar verib. Bu zaman hər hansı  qiymətləndirmə aparılmayacaq, şagirdlərə qiymət verilməyəcək. Nazirlik , sadəcə bununla distant təhsildən sonrakı dövr üçün  hər bir məktəbdə hansı nəticənin, boşluqların olub-olmaması barədə məlumat almaq istəyir. S.Kravtsov qeyd edib ki, artıq elə bir proqram var ki, şagirdlərə geriləməni aradan qaldırmağa kömək etməlidir.

Nazir bir daha qeyd edib ki,  dərslər ənənəvi qaydada keçiriləcək, tamamilə distant təhsilə keçid olmayacaq.  "Biz bütün məktəblərin açılmasına ənənəvi "lineyka”ların təşkil olunmasına  hazırlaşırıq.  Qeyd etmək istəyirəm ki,  1 sentyabrdan etibarən ənənəvi, klassik öyrənmə forması haqqında danışırıq. Biz məsafədən təhsil almağı planlaşdırmırıq” – deyə vurğulayıb.   

Nazir əlavə edib ki, rəqəmsal resurslar yalnız ənənəvi təhsili tamamlayacaq, nazirlik onları pedaqoji kollektivlərə kömək etmək üçün tədris fəaliyyətinə daxil etməyi planlaşdırır. Lakin  onlar, ümumilikdə  ənənəvi tədris prosesinə təsir göstərməyəcək.

Hər məktəbdə həkimlər olacaq

Rusiyanın maarif naziri  yeni dərs ilinin əvvəlində məktəblərdə həyata keçirilməsi planlaşdırılan təhlükəsizlik tədbirlərindən  də danışıb. Onların arasında hər bir məktəbdə həkimlərin olması vacib hesab edilir.

O əlavə edib ki,  qarşıdan gələn tədris ilinin ilk 2  həftəsində  Rusiyanın hər bir məktəbində tibb işçisi olacaq: ” Məktəblərin dezinfeksiya olunması həyata keçiriləcək, girişdə müəyyən mühafizə vasitələrindən, termometrlərdən istifadə olunacaqdır. Biz Səhiyyə Nazirliyi ilə razılığa gəldik ki, iki həftə ərzində sentyabrın 1 – dən 14-dək hər məktəbdə tibb işçisi iştirak etsin”.

Nazir bütün bunlarla  belə, məktəblərə yanvarın 1-nə kimi irimiqyaslı kütləvi tədbirlərin keçirilməsindən çəkinməyi də təklif edib.
 
Oruc MUSTAFAYEV



Загрузка...
Həmçinin oxuyun:
Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Gürcüstanda yeni dərs ilinin başlanması təxirə salına bilər

Gürcüstanda yeni dərs ilinin başlanması təxirə salına bilər

"Biz məktəbi uzaqdan öyrənmə ilə əvəz etməyəcəyik"

"Biz məktəbi uzaqdan öyrənmə ilə əvəz etməyəcəyik"

Təhsil sistemi distant tədrisə keçir

Təhsil sistemi distant tədrisə keçir

Rusiya öz "Zoom"unu yaradır

Rusiya öz "Zoom"unu yaradır

Azərbaycanda dərslər sentyabrın 1-də başlayacaq? - Təhsil Nazirliyi AÇIQLADI

Azərbaycanda dərslər sentyabrın 1-də başlayacaq? - Təhsil Nazirliyi AÇIQLADI

Nazir məktəblərin gec bağlanması ilə bağlı narazılıqlara cavab verdi

Nazir məktəblərin gec bağlanması ilə bağlı narazılıqlara cavab verdi

Təhsil ekspertindən yeni dərs ilinə dair TƏKLİFLƏR

Təhsil ekspertindən yeni dərs ilinə dair TƏKLİFLƏR

Ali təhsil müəssisələrində imtahanlar onlayn və ənənəvi qaydada baş tuta bilər

Ali təhsil müəssisələrində imtahanlar onlayn və ənənəvi qaydada baş tuta bilər

Azərbaycanda dərslər sentyabrın 18-dən başlayacaq?

Azərbaycanda dərslər sentyabrın 18-dən başlayacaq?

Şagirdlərin növbəti sinifə keçidi necə MÜMKÜN OLACAQ? - RƏSMİ

Şagirdlərin növbəti sinifə keçidi necə MÜMKÜN OLACAQ? - RƏSMİ

Təhsil Nazirliyindən yeni dərs ilinin müddəti ilə bağlı – AÇIQLAMA

Təhsil Nazirliyindən yeni dərs ilinin müddəti ilə bağlı – AÇIQLAMA

Məktəblərlə bağlı daha bir anormallıq

Məktəblərlə bağlı daha bir anormallıq

Dünya ölkələrində məktəblilərin yay tətili müddəti nə qədərdir və ölkəmizdə bu, nə üçün qısaldılır? (ARAŞDIRMA)

Dünya ölkələrində məktəblilərin yay tətili müddəti nə qədərdir və ölkəmizdə bu, nə üçün qısaldılır? (ARAŞDIRMA)

Kamran Əsədov: “Mayın 4-də tədris prosesi birdəfəlik açılmayacaq” - VİDEO

Kamran Əsədov: “Mayın 4-də tədris prosesi birdəfəlik açılmayacaq” - VİDEO

Dərslər sentyabrın 15-də başlanacaq - Elçin Əfəndidən AÇIQLAMA

Dərslər sentyabrın 15-də başlanacaq - Elçin Əfəndidən AÇIQLAMA

Rusiyada son zənglər onlayn keçiriləcək

Rusiyada son zənglər onlayn keçiriləcək

"Guya, dərslər  sentyabrın 1-də başlayıb, mayın 31-də bitsə  nə olacaq ki?"-ekspertlərin rəyi

"Guya, dərslər sentyabrın 1-də başlayıb, mayın 31-də bitsə nə olacaq ki?"-ekspertlərin rəyi

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Məktəblərdə tədris ilinin müddəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək

Məktəblərdə tədris ilinin müddəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək

Nazir əmr verdi - Yeni dərs ilinin başlanma, sona çatma və tətil günləri açıqlandı

Nazir əmr verdi - Yeni dərs ilinin başlanma, sona çatma və tətil günləri açıqlandı

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

Rusiyada dərslər sentyabrın 1-də başlayacaq

Rusiyada dərslər sentyabrın 1-də başlayacaq

Yeni dərs ilinin başlanması ilə əlaqədar yollarda təhlükəsizlik tədbirləri gücləndiriləcək

Yeni dərs ilinin başlanması ilə əlaqədar yollarda təhlükəsizlik tədbirləri gücləndiriləcək