Ali təhsil müəssisələrində imtahanlar onlayn və ənənəvi qaydada baş tuta bilər
"Ali təhsil müəssisələrində tədris ilinin uzadılması nəzərdə tutulmur”.
Təhsil naziri Ceyhun Bayramov bildirib ki, hərbi çağırış dövrü nəzərə alınaraq oğlan tələbələrin yekun attestasiyası iyun ayında keçiriləcək: "Ali təhsil müəssisələrində yay imtahanları iyun-iyul aylarında keçiriləcək. İmtahanlar onlayn və ənənəvi qaydada baş tuta bilər”.
C. Bayramov əlavə edib ki, buraxılış işi tələb olunan ixtisaslarda tələbələr buraxılış işlərini onlayn, ya da ənənəvi qaydada verə biləcək: "Yaradıcı sahələrdə isə buraxılış işləri azsaylı qruplarla ənənəvi qaydada keçiriləcək”.