AzTehsil.com


Xəbərlər
14 aprel 2020
2 284


Onlayn dərslərin və LMS (Learning Management System) Öyrənmənin idarəolunması sisteminə hazırlıq vəziyyətinin müzakirəsi



Onlayn dərslərin və LMS (Learning Management System) Öyrənmənin idarəolunması sisteminə hazırlıq vəziyyətinin müzakirəsi

 

Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev onlayn qaydada növbəti iclas keçirib. Görüşün məqsədi ali təhsil ocağında universitetin LMS (Learning Management System) Öyrənmənin idarəolunması sisteminə hazırlığın vəziyyəti, sərbəst iş mövzularının müəllimlər tərəfindən təqdim edilməsi, dövlət imtahanları və buraxılış işləri, online və offline qaydada keçirilən dərslərin müzakirəsi olub.


Bu barədə NDU-dan məlumat verilib. Bildirilib ki, rektor, ilk növbədə müxtəlif proqramlar vasitəsilə aparılan online dərsləri təqdirəlayiq hal kimi dəyərləndirib, sistemli keçirilən elektron dərslərin artıq ölkəmizin bir çox universitetlərində də tətbiqinin nümunəvi addıma çevrildiyini söyləyib.

İclasda dekanlar rəhbərlik etdikləri fakültələr üzrə müvafiq ixtisaslara uyğun keçirilən online dərslər haqda danışıblar. Bildirilib ki, elektron dərslərin keçirilməsi artıq müəyyən bir ardıcıllıq və sistem üzrə həyata keçirilir. Məlumat verilib ki, son iki ay ərzində müəllimlərin iştirakı ilə onlayn dərslərin sayı 3000-ə çatdırılıb.

Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov buraxılış işi və yekun dövlət attestasiyalarının keçirilmə qaydalarına dair çıxış edib. Bildirilib ki, universiteti bitirən 1262 nəfər məzunun 594-ü dövlət imtahanı, 668-i isə buraxılış işi müdafiə edəcək. Buraxılış işlərinin hazırlıq vəziyyətinə nəzər salan prorektor vurğulayıb ki, artıq dövlət imtahanları da kafedralarda və fakültə Elmi Şuralarında müzakirə edilib. Mövcud fakültələr üzrə buraxılış işi və dövlət imtahanlarının statistikası diqqətə çatdırılıb. 

Məsafədən təhsilin online forması ilə bərabər, offlayn forması olan və KOİCA şirkəti tərəfindən NDU üçün "Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia” layihəsi çərçivəsində yaradılan Öyrənmənin idarəolunması sistemi (Learning Management System) haqda universitetin xarici tələbələr üzrə dekan müavini, distant təhsil şəbəkəsinin administratoru Hüseyn Qasımov məlumat verib.

Qeyd edilib ki, artıq hər bir tələbənin adı, fənnlər, tədris planları sistemə daxil olunub, elektron mühazirə otaqları yaradılıb. Bu platforma vasitəsi ilə tələbələrə mühazirələrin, video dərslərin, kurs işi və sərbəst iş mövzularının çatdırılması nəzərdə tutulur. Sistemdə, eyni zamanda tələbələrin öyrənməsinə nəzarət üçün onlara test və  ya açıq tipli sualların verilməsinin həyata keçirilməsi də mümkündür.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı Aqşin Məhərrəmov bildirib ki, artıq ali təhsil ocağının professor-müəllim heyətinin iştirakı ilə videodərslər  yazılaraq sayt üzərindən tələbələrin elektron kabinetlərinə yerləşdirilib.

Sonda rektor qaşıya qoyulan vəzifələri müəyyənləşdirib. Vurğulanıb ki, virtual əlaqə zamanı  dekan, kafedra müdirlərinin dərslərdə iştirakı təmin olunmalıdır. Bu, tələbə və müəllimin qarşılıqlı məsuliyyətinin artmasına və tədrisin keyfiyyətinə birbaşa təsir edən faktor kimi əhəmiyyətlidir. Diqqətə çatdırılıb ki, laborotoriyalarda təcrübələr keçirilməli, tələbələr bu imkanlardan da onlayn faydalanmalıdır



Загрузка...
Həmçinin oxuyun:
Distant dərslərin evdən təşkilində uğurlu nəticə - 98%!

Distant dərslərin evdən təşkilində uğurlu nəticə - 98%!

“Müşahidəm odur ki, əksər tələbələr bu prosesdə həvəslə iştirak edir”

“Müşahidəm odur ki, əksər tələbələr bu prosesdə həvəslə iştirak edir”

AzMİU-da 1500-ə yaxın onlayn dərs keçirilib

AzMİU-da 1500-ə yaxın onlayn dərs keçirilib

BSU-da onlayn dərslər üçün bütün resurslar səfərbər edilib

BSU-da onlayn dərslər üçün bütün resurslar səfərbər edilib

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

“ZOOM” platforması qısa müddətdə müəllim və tələbələrin yaxın dostuna çevrilib”

“ZOOM” platforması qısa müddətdə müəllim və tələbələrin yaxın dostuna çevrilib”

BMU-da tədrisin məsafədən təşkili üzrə göstəricilər

BMU-da tədrisin məsafədən təşkili üzrə göstəricilər

İqtisad Universiteti evlərdən distant təhsilə başlayır

İqtisad Universiteti evlərdən distant təhsilə başlayır

“Dərslərin “Microsoft Teams” platforması üzərindən keçirilməsinə başlayırıq”

“Dərslərin “Microsoft Teams” platforması üzərindən keçirilməsinə başlayırıq”

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

ADNSU-da onlayn təhsilə start verildi

ADNSU-da onlayn təhsilə start verildi

Dövlət İdarəçilik Akademiyasında distant tədrislə bağlı hesabat dinlənilib

Dövlət İdarəçilik Akademiyasında distant tədrislə bağlı hesabat dinlənilib

6000 tələbə və 500 müəllim onlayn dərslərdə

6000 tələbə və 500 müəllim onlayn dərslərdə

Cəsarət Valehov: “Təhsil Nazirliyi interneti olmayan tələbələrlə bağlı addım atacaq”

Cəsarət Valehov: “Təhsil Nazirliyi interneti olmayan tələbələrlə bağlı addım atacaq”

ADNSU-nun onlayn tədrislə bağlı statistikası

ADNSU-nun onlayn tədrislə bağlı statistikası

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Rektor etirazçılardan danışdı: “Onlar oxumayan tələbələrdir...”

Rektor etirazçılardan danışdı: “Onlar oxumayan tələbələrdir...”

Təhsil Nazirliyinin onlayn tədris imkanları

Təhsil Nazirliyinin onlayn tədris imkanları

Məhbubə Məmmədova: “Məsafədən təhsilin təşkili və zərurət”

Məhbubə Məmmədova: “Məsafədən təhsilin təşkili və zərurət”

Azərbaycanda bu müəllimlərin maaşı artırıldı

Azərbaycanda bu müəllimlərin maaşı artırıldı

Universitetlərdə qış imtahanları başladı - Hansı ali məktəb daha yaxşı hazırlaşıb...

Universitetlərdə qış imtahanları başladı - Hansı ali məktəb daha yaxşı hazırlaşıb...

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

Bakı Xoreoqrafiya Akademiyasının bakalavrları təhsillərini distant şəkildə davam etdirirlər

Bakı Xoreoqrafiya Akademiyasının bakalavrları təhsillərini distant şəkildə davam etdirirlər

Zoom vasitəsilə dərslərin keçirilməsi qadağa olunub.

Zoom vasitəsilə dərslərin keçirilməsi qadağa olunub.