Dünya dediyimiz XXI əsr texnologiya əsri kimi sürətlə inkişaf edərək gerçəkləşdi. İnkişaf ili dediyimiz bu yüzillik informasiya-kommunikasiya, cəmiyyətin hər təbəqəsində yaşayan insanlar üçün qaçırılmaz bir ehtiyac halına gəldi. Məsafədən təhsil İKT (bundan 10-15 il öncəyə qədər cəmiyyət üçün utopya sayılan) həyata keçirilməsi zərurət olduğu meydana gəldi.
• Cəmiyyətin inkişafında təhsilin rolu böyükdür. Mədəniyyətləri ən parlaq zamanlardan ya da tarix səhnəsindən silinən güclü ünsür böyük ölçüdə təhsil olmuşdur. Təhsili təməldən etkiləyən yeni texnologiyalar hər dəfə bir əvvəlki sistemə görə üstünlüklər saxlamaqda yeni texnologiyanın ortaya çıxmasına səbəb olmaqdadır. Günümüzdə texnologiya sahəsindəki inkişaf təhsil sahəsində də özünü göstərir və cəmiyyətin inkişafında, təhsilin yenidən qurulmasında bu texnologiyadan istifadə vacib hesab olunur.
Bu texnologiyanın ən önəmlisi məsafədən təhsildir.
• Son 10 ildə təhsildə dönüş yaradan və dünyanın elm adamları tərəfindən qəbul edilmiş internetin yetkin bir şəkildə istifadə olunması, ortaya çıxan hər yeni düşüncənin tətbiqinin anında yayılmasını və paylaşmasını surətləndirir. Bu səbəblə də son on ildəki paylaşımlar surətlə artmış və təhsil sahəsindəki inkişaf dövrün ehtiyacına uyğun sürətlə yayılmış və inkişaf etmişdir. Bizlər təhsil işçiləri olaraq son illər təhsil sahəsindəki yenilik və dəyişiklikləri yaxından izləmək üçün səy göstəririk. Çağdaş inkişafın gerisində qalmamaq üçün İKT-dən istifadəyə diqqət göstərməliyik.
• Qloballaşmanın iqtisadiyyat və siyasətdə olduğu kimi, təhsildə də alternativləri artmışdır.Dünyamızda elm sahəsindəki surətli inkişaf çərçivəsində təhsil sahəsində də müxtəlif texnologiyalar tətbiq olunmaya başlamışdır. Bu təhsil texnologiyalarından biri məsafədən təhsilin təşkil olunmasıdır.Bu dəyişikliyə uyğun olaraq ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində də bu cür məsafədən təhsilin təşkili baxımından tədrisin yeni texniki vasitələrlə tətbiqinə ehtiyacın olduğu müəyyənləşdirildi. Bu işdə məsafədən təhsil olaraq təhsilin tarixi inkişafı çərçivəsində bu günə qədər istifadə olunan metodlar incələnmiş, bu metodlarda istifadə olunan texnologiyanın avantajı və dezavantajı izah edilmişdir. İnternetin yayılaraq hər evə girməsi ilə bu texnologiyanın təhsil sahəsində də istifadə olunması bir zərurətə çevrildi. Məsafədən təhsil bəzi səbəblərdən təhsildən yetərincə yararlanmayan qurum və insanlara keyfiyyətli təhsil üçün bir fürsət oldu. Günümüz də təhsilin hər səhifəsində texnologiyadan istifadə edilməkdədir və hər an rast gələ biləcəyimiz bir sistemdir.
• Məsafədən təhsil qısa zaman və məkandan müstəqil, texnologiyadan yararlanaraq gerçəkləşdirilən, iqtisadi və təsirləndirici bir təhsil forması olaraq, modern cəmiyyətin duyduğu yenilənmə ehtiyacı, təhsil sistemindən bir şəkildə ayrılmış və ya bu sistemə heç gəlməmiş olması, bəzi zamanlarda məsafədən təhsil yolunu seçməyə istiqamətlənmişdir.
Məsafədən təhsil nədir?
-Tədris prosesinin elektron, telekommunikasiya proqram-texniki vasitələr əsasında təşkil olunan təhsilalma formasıdır. Məsafədən təhsil müəllim və tələbə arasındakı əlaqəni telekommunikasiya və komputer şəbəkələri vasitəsilə operativ, müntəzəm dioloq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Məsafədən təhsilin xarakterik xüsusiyyətlərinə çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, müasir texnologiyalardan istifadə və s. aiddir. Məsafədən təhsildə informasiyalar tələbələrə elektron materiallar, elektron dərslik, audio-video disklər və s. formalarda təqdim edilir.
Məsafədən təhsilin başlamasına gəlincə, burada məsələnin qoyuluşu, metodların düzgün seçilməsi, məqsəd və metodikalara cavab verən texnologiyaların düzgün seçilməsi vacib məqamdır.
Məsafədən təhsilin texnologiyası iki hissəyə ayrılır:
1. İnteraktiv
• Audio konfranslar;
• Video konfranslar;
• Elektron konfranslar;
• E-mail;
• Online servis;
• Səsli əlaqə;
• Virtual reallıq və s.
2. İnteraktiv olmayan
• Çap materialları;
• Televiziya və radio verilişləri;
• CD və DVD disklər və s.
Bu gün dünyanı öz təsiri altına alan koronavirus son günlər onlayn təhsili populyar mövzuya çevirdi.
• Hal-hazırda kollecdə "Evdə qal, təhsildən qalma” şüarı ilə məsafədən tədris-təlim prosesində yeni təlim texnologiyaları, interaktiv təlim metodları, informasiya kommunikasiya texnologiyalarının tətbiqi təşkil olunmuşdur. Pedaqoji heyətlə tələbələrin distant əlaqəsi, müsahibə və tədris-məsləhət dərsləri müxtəlif proqramlardan istifadə etməklə həyata keçirilir (Microsoft Teams, Zoom, WhatsApp və b.).
• Bütün ölkələrdə olduğu kimi bizim təhsil sistemində də təlim- tədris prosesi məsafədən təşkil olunmağa başlanıldı. Təhsil Nazirliyi tərəfindən verilən qərara əsasən ali və orta ixtisas təhsili müəssisələrində tədrisin məsafədən idarə olunmasına artıq start verilmişdir. Bu fəaliyyət onlayn kommunikasiya qaydalarına uyğun təşkil olunmuşdur. Bu proses kollecimizin bütün struktur bölmələrində tətbiq olunur. Əsas vəzifəmiz tədris, təlim-tərbiyə prosesinin məsafədn təşkil olunması, tədrisdə yaranmış fasilə zamanı tələbələrə tədris və metodiki dəstəyin göstərilməsi, tələbələrin vaxtlarının səmərəli təşkili, qarşılıqlı əməkdaşlıq əsasında onların bu dərslərdə könüllü iştirakını və informasiya texnologiyalarından istifadə imkanlarını nəzərə alaraq fəaliyyət göstərməkdir. Buna uyğun olaraq hər həftə onlayn görüşlərdə şöbələrin, fənn birləşmə komssiyalarının və müvafiq struktur bölmələrinin hesabatları dinlənilir, tədrisin məsafədən təşkilində regionlarda olan tələbələrlə əlaqələrin qurulması, yaranan problemlər, onların aradan qaldırılması yolları müzakirə olunur. Kollecin rəhbərliyi hal-hazırda bu prosesi daim nəzarətdə saxlayır, vaxtaşırı tapşırıq və tövsiyələrini verərək ,hər zaman kollektivin bu prosesdə yekdil olduğunu diqqətə çatdırır.
• Onlayn dərslərin keçirilməsi ilə bağlı kollecimizdə keçirilən toplantıda mart ayının 10-dan etibarən bu dərslərin tərtib olunmuş cədvələ uyğun olaraq keçirilməsi, yaranan problemlərin vaxtında aşkar edilməsi və bu prosesin nəzarətdə saxlanılması tövsiyə edilmişdir. Artıq bir aya yaxındır ki, bu proses davam edir və mart ayının 19-da ADPU-da keçirilən görüşdə "Microsft Teams” platforması üzərindən də bu dərslərin keçirilməsi Təhsil Nazirliyinin tövsiyəsi kimi diqqətə çatdırılmışdır. Ötən ay ərzində demək olar ki, bütün pedaqoji heyət ,o cümlədən müəllimlərimiz bu prosesə cəlb olunub və statistik olaraq onlayn dərslərdə iştirak edən tələbə sayını, keçirilən dərslərin qeydiyyatını aparırlar. Belə ki, bu müddətdə "DUO” proqramı ilə 49, "Zoom” vastəsilə 829, "Teams”lə 50 və "Whatsapp”-la (video və pdf) 1637 dərs tələbərə onlayn qaydada çatdırılmışdır. Bu prosesə 3535 tələbədən 2800-ü onlayn qaydada qoşulub,(4-cü kurs tələbələri istisna olmaqla) digər tələbələrin regionlarda olması və internet probleminin mövcudluğu onların bu prosesə qoşulmasına mane olur. Kollecin kollektivi həmrəy olaraq belə tələbərə dəstək olması üçün müxtəlif addımlar atır.
• Tələbələrimiz həmrəylik göstərərək, xüsusi qayğıya ehtiyacı olan ailələri ziyarət edir, müxtəlif yardımlar göstərirlər və bütün təşəbbüslərə qoşularaq sosial şəbəkələrdə paylaşımlar edirlər.
• Nəticədə,Kollec Koronavirusla Mübarizəyə Dəstək Fonduna müəyyən miqdarda vəsait köçürmüş, kollektivin üzvləri də bu fonda fərdi qaydada dəstək olmağa çalışırlar. İnanırıq ki, dövlətimizin həyata keçirdiyi zəruri və ciddi tədbirlər nəticəsində xalqımız bu qlobal bəladan qurtaracaq.
"Evdə qalaq, təhsilmizə dəstək olaq!”