AzTehsil.com


Xəbərlər
01 aprel 2020
1 566


Pandemiya dövründə keyfiyyətli təhsilin təmin edilməsi



Pandemiya dövründə keyfiyyətli təhsilin təmin edilməsi

 

YUNESKO müəllimlər üçün vebinar keçirib
YUNESKO  koronavirus pandemiyasının geniş yayılması dövründə ikinci " Covid-19 education response"  vebinarını keçirib.
Tədbir dünya ölkələri üçün həyati əhəmiyyətli dönəmdə təhlükəli  vurusla mübarizənin ön cərgəsində dayanan və  təhsilin davamlılığının təmin edilməsi missiyasını öz çiyinlərində daşıyan fədakar müəllimlərə həsr edilib. Seminar dünyanın bütün bölgələrindən olan  iştirakçıları bir araya gətirərək, müəllimlərin peşəkar hazırlığı və təlimə dəstəyin təmin olunmasından tutmuş, internetlə zəif və ya əlaqəsi olmayan uzaq ərazilərdə, kənd yerlərində distant təhsil probleminə qədər   bir sıra geniş məsələlərə işıq salıb.

YUNESKO-nun Afrika üzrə təhsil potensialının gücləndirilməsi İnstitutunun direktoru xanım Yumiko Yokozeki 33 ölkədən 159 iştirakçının iştirak etdiyi vebinara sədrlik edərək, hökumətlərin  öz müəllimlərinə dəstək göstərməsinin vacibliyini vurğulayaraq müsbət mənada tamamilə yeni kontekst təqdim edib:  "Ehtiyac ixtiraçılığın anası olduğundan, bu vəziyyət müəllimlər və tələbələrə daha enerjili, yaradıcı və yenilikçi olmaq üçün bir fürsət ola bilər".
Vebinar  iştirakçıları məktəblərin gözlənilmədən bağlanmasının onların əksəriyyəti üçün sürpriz olduğunu söyləyiblər.  Bununla belə, Uqandada müəllimlər bir gün ərzində tələbələr üçün ev tapşırıqları paketi  hazırlayraq şagirdlərə göndərə biliblər. Hollandiyada bütün tədris proqramı 48 saat ərzində rəqəmsal formata keçirilib.  Filippində isə Təhsil Departamenti planlaşdırılmış müddətdən əvvəl "DepEd Commons"  platformasını işə salıb.
Keyfiyyətli təhsilin təmin edilməsi

"Qarşılaşdığımız ən böyük problemlərdən biri uşaqları məktəbdənkənar məsafədən  təhsilə necə cəlb etməyimizdir",-deyə Rotterdamda (Niderland) cəmiyyətin ən müxtəlif təbəqələrindən olan şagirdlərin təhsil aldığı yerli  məktəbdə dərs keçən xanım Ann-Fleur Lurvink bildirib. "Uşaqların əlverişsiz vəziyyətdə öyrədilməsi özündə onların  bir çoxunu "itirmək"  riski daşıyır.  Ev şəraiti onlara həmişə  məsafədən dərslərdə iştirak etməyə imkan vermir", - deyə o bildirib. Hökumət rəqəmsal çıxışı olmayan ailələr üçün noutbuk və internetin  təmin edilməsi  üzrə tədbirlər görüb. Onun sözlərinə görə,  işlədiyi məktəbin  müəllimləri valideynlərlə  daimi əsasda əlaqə saxlamaq üçün onlara zəng edirlər.
 Bu təcrübə təlimin mühüm aspektidir:" Biz rəqəmsal təhsillə  əldə etməyə illərimizi sərf edəcəyimiz faydalı biliklər əldə etdik",-deyə xanım A.Lourvink bildirib. "Müəllimlər bir-birini çox dəstəkləyir və güclü şəbəkələr yaradırlar, cəmiyyətlər isə müəllimlərin dəstəyinə qoşulurlar",- deyən A.Lourvink  bununla belə,  əlavə edib ki,  məktəblərin  informasiyanın ötürülməsindən başqa, təhlükəsizlikdən tutmuş emosional rifaha qədər gətirdiklərini heç nə əvəz edə bilməyəcək.
 Seminarda qeyd olunub ki, bütün ölkələrin hökumətləri peşə hazırlığının təmin edilməsi və müəllimlərin bu yeni təlim şəraitinə uyğunlaşmasına kömək etmək üçün resursların ayrılması istiqamətində səylərini gücləndirirlər.

 
Fransanın təhsil üzrə milli operatoru  "Réseau Canope" -nın idarəedici direktoru, xanım Mari-Karolina Missirin sözlərinə görə, adıçəkilən qurum müəllimlər, valideynlər və təhsilalanlar üçün pulsuz məzmun,  animasiya filmləri, tətbiqlər və istifadəçilər üçün uyğun alətlər, eləcə də müəllimləri dəstəkləmək üçün dərs vəsaitləri və digər resurslar  təqdim edir. 
Perunun  Təhsil Nazirliyinin pedaqoji kadrların inkişafı üzrə baş icraçı direktoru cənab Miguel Krusado Silveria isə hökumətin müəllimlərin onlayn rejimdə tədrisə keçid etməsi üçün kütləvi açıq onlayn kurs (Mook) hazırladığını qeyd edib.

Müəllimlər onlayn təlimə nə dərəcədə hazırdır?
Vebinarda  bildirilib ki, pandemiya dövründə  çox az sayda  müəllimin güclü rəqəmsal və İKT bacarıqları olduğu üçün tədris materiallarının qısa müddətdə rəqəmsal formata çevrilməsi problem olmuşdur.  Cənub-Qərbi Asiya və Afrikanın bir çox ölkələrində yaşayış məntəqələrinin yalnız 20% -nin və ya daha az hissəsinin  internet bağlantısı var,  fərdi kompüterdən danışmağa isə dəyməz. 
Perudan olan Krusado Silveria müəllimlərin yalnız 35% - nin kompüter və internetə çıxışının olduğunu bildirib. "Buna görə də nazirlik təhsilanlar  üçün siniflər və məzmunu, eləcə də "Aprendo en casa" kimi onlayn platformaları təmin etmək məqsədilə televiziya və radio kanalları kimi aşağı texnologiyalı həllərdən istifadə etməyə qərar verib.

Kamerunun Təhsil Nazirliyinin informatika və İKT üzrə pedaqoji müfəttişi Michael Nkventi Ndonfak  müəllimlərin yalnız 20-25% - nin internetə çıxışı olduğunu,  əksəriyyətinin İKT sahəsində bacarıqlara malik olmadığını bildirib. Müəllim və tələbələrin artıq tanış olduqları radio və televiziya platformaları vasitəsilə təhsilə çıxış əldə etməsinə imkan verən qoruyucu tədris proqramının hazırlanması üçün milli hökumət  tərəfindən hədəf qrupu yaradılıb.

Uqanda hökuməti  isə YUNESKO-nun proqramına əsaslanır- məqsədli fondlar   çərçivəsində bütün ölkə miqyasında etibarlı müəllim hazırlığı sistemi yaradılıb. Müəllim hazırlığı üzrə təhsil müəssisələri İKT sahəsində səriştəyə malik olmayan müəllimlər üçün İKT proqramı   vasitəsilə potensialın artırılması üzrə seminarların keçirilməsi üçün yaradılıb.

 Müəllimin rifahı əsasdır

Bu cür görünməmiş və qeyri-müəyyən vaxtlarda  müəllimlər  daha artıq  stress və narahatlıq hiss edirlər. Müəllimlər böhran dövründə təhsili təmin etmək üçün onlara göstərilən əlavə təzyiqlərə qarşı durmaq və təhsilalanların  emosional ehtiyaclarını dəstəkləmək üçün sosial-emosional dəstəyə ehtiyac duyurlar.  Filippinin  Təhsil Departamentinin nümayəndəsi xanım Jennifer Lopez mart və aprel ayları üçün əmək haqqının vaxtından əvvəl ayrıldığını və fövqəladə vəziyyət zamanı müəllimlərin performansının yoxlanılması  təcrübəsinin dayandırıldığını bildirib. Müəllim heyəti və təhsil işçiləri hələ də məktəblərdə təhlükəli şəraitdə işlədiklərinə görə mükafat və geyim üçün əlavə vəsait  alacaqlar.

Uqandanın təhsil və müəllim hazırlığı üzrə səlahiyyətli müfəttişi  Ceyn  Egau Oku  müəllimlərin  ilkin zəruri əşyalar əldə etmələri və heç bir əlavə narahatlıq olmadan öz missiyalarına diqqət yönəltmələri üçün nazirlik tərəfindən əmək haqqının vaxtında ödənilməsinin təmin edildiyini  bildirib.

Müəllimlərin dəstəklənməsi

2030-cu il üçün müəllimlər üzrə Beynəlxalq Hədəf  Qrupunun həmsədri xanım Gerd-Hanne Fosen vebinarın sonunda  bildirib  ki,  təhsildə  əsas siyasət hələ də əhalinin ən marginallaşmış təbəqələrinə, texnologiyalara çıxışı olmayan və ya əlverişli ev mühitinə malik olmayan şəxslərə yönəldilməlidir.  Hədəf  qrupu bu çətin dövrdə müəllimləri müdafiə etmək üçün bütün hökumətlərə, təhsil sahəsində xidmət göstərən idarəedicilərə və maliyyə təşkilatlarına  (dövlət və özəl) çağırış edib, COVID  – 19-la mübarizə və  sonrakı bərpa prosesində  müəllimin oynadığı mühüm rolu etiraf edib, müvafiq tövsiyələrini  çatdırıb.  
Bundan əlavə,YUNESKO  həmçinin təhsil sahəsi üçün gözlənilməz və görünməmiş böhran dövründə uşaq və gənclərin inklüziv təhsil imkanlarının yaradılmasına yardım məqsədilə Qlobal koalisiya yaradıb. muallim.edu.az 

 



Загрузка...
Həmçinin oxuyun:
YUNESKO təhsil nazirləri üçün videokonfrans keçirdi

YUNESKO təhsil nazirləri üçün videokonfrans keçirdi

Koronavirus təhsilə təsir göstərir

Koronavirus təhsilə təsir göstərir

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

Təhlükəsiz təhsil mühitinin yaradılmasında müəllimlərin rolu

Təhlükəsiz təhsil mühitinin yaradılmasında müəllimlərin rolu

Təhsil sistemi distant tədrisə keçir

Təhsil sistemi distant tədrisə keçir

BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ

BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ

“ZOOM” platforması qısa müddətdə müəllim və tələbələrin yaxın dostuna çevrilib”

“ZOOM” platforması qısa müddətdə müəllim və tələbələrin yaxın dostuna çevrilib”

"Rəqəmsal bacarıqlar" layihəsi Təhsildə İnnovasiyalar üzrə Dünya Sammitində

"Rəqəmsal bacarıqlar" layihəsi Təhsildə İnnovasiyalar üzrə Dünya Sammitində

Azərbaycan Təhsil Şəbəkəsi genişlənir

Azərbaycan Təhsil Şəbəkəsi genişlənir

Assosiativ Məktəblər Şəbəkəsinə üzv məktəblərin toplantısı

Assosiativ Məktəblər Şəbəkəsinə üzv məktəblərin toplantısı

Təmayüllü liseylərdə yalnız bu müəllimlər dərs deyə biləcəklər

Təmayüllü liseylərdə yalnız bu müəllimlər dərs deyə biləcəklər

Pedaqoji sahadə çalışacaq kadrları necə hazırlamalı ?

Pedaqoji sahadə çalışacaq kadrları necə hazırlamalı ?

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar

Müəllimlərin sertifikasiyadan keçirilməsi nəzərdə tutulub

Müəllimlərin sertifikasiyadan keçirilməsi nəzərdə tutulub

Yeni dünyaya yeni müəllimlər

Yeni dünyaya yeni müəllimlər

Təhsildə İKT-dən düzgün istifadə etmək və bu bacarıqların təkmilləşdirilməsi olduqca əhəmiyyətli məsələdir.

Təhsildə İKT-dən düzgün istifadə etmək və bu bacarıqların təkmilləşdirilməsi olduqca əhəmiyyətli məsələdir.

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

BSU-da onlayn dərslər üçün bütün resurslar səfərbər edilib

BSU-da onlayn dərslər üçün bütün resurslar səfərbər edilib

Təhsil işçilərinə dövlət təltifləri təqdim olunub

Təhsil işçilərinə dövlət təltifləri təqdim olunub

"Müəllimlərin əmək haqları artırılacaq" - Nazir

"Müəllimlərin əmək haqları artırılacaq" - Nazir

ADNSU-da onlayn təhsilə start verildi

ADNSU-da onlayn təhsilə start verildi

“Gənc müəllimlər” məktəbində növbəti dərs

“Gənc müəllimlər” məktəbində növbəti dərs

İnklüziv təhsil və onun əhəmiyyəti

İnklüziv təhsil və onun əhəmiyyəti