AzTehsil.com


Xəbərlər
11 mart 2020
1 309


YUNESKO təhsil nazirləri üçün videokonfrans keçirdi



YUNESKO təhsil nazirləri üçün videokonfrans keçirdi

 

Koronavirusun yaratdığı böhranla mübarizə üçün səylər səfərbər olunacaq


Koronavirusun (COVID-19)  yayılmasının qarşısını almaq üçün məktəblərin və universitetlərin bağlanmasının kəskin artmasına cavab olaraq, YUNESKO yüksək səviyyəli təhsil rəsmiləri üçün fövqəladə hallara cavab vermə və tədrisdəki fasiləni   minimuma endirmək üçün bütün dünyada mübadilə strategiyalarını artırmaq məqsədilə qlobal videokonfrans keçirib.  

 

Konfransda 73 ölkənin nümayəndəsi, o cümlədən 24 təhsil naziri və 15 nazir müavini iştirak edib.

 

YUNESKO tərəfindən açıqlanan məlumata görə, mövcud böhran  dünyada 57,8 milyon universitet tələbəsi daxil olmaqla,  məktəbəqədər uşaqlardan lisey şagirdlərinə qədər, təxminən 363 milyon şagirdə təsir göstərib. Beləliklə, COVID-19 epidemiyası ilə əlaqədar olaraq, dünyada hər beş şagirddən birinin məktəb təhsili,  hər dörd tələbədən birinin isə ali  təhsil almaq imkanı yoxdur.

 

15 ölkədəki səlahiyyətlilər  ölkə daxilində məktəbləri bağlamaq qərarına gəlib, 14 ölkədə məktəblər yerli səviyyədə bağlanıb.  Beləliklə, məktəblərin bağlanması Asiya, Avropa, Orta Şərq və Şimali Amerikaya təsir edib. Hər beşinci şagird məktəbə getmədiyindən, YUNESKO  COVİD-19 epidemiyasının yaratdığı böhranı aradan qaldırmaq üçün təhsil nazirlərini səfərbər edir.

 

YUNESKO-nun baş direktoru Odre Azule: "Biz tədris prosesinin fasiləsizliyini təmin etmək üçün yüksək texnoloji, aşağı texnoloji  həllər axtarışı üçün ölkələrlə işləyirik.  Ölkələr koronovirusa qarşı cavab tədbirlərı hazırlayarkən, beynəlxalq əməkdaşlıq  ən təsirli yanaşmaları bölüşmək və tələbələr, müəllimlər, ailələrə dəstək olmaq üçün həyati əhəmiyyət daşıyır. YUNESKO bu böhranın təhsildə bərabərsizliyi  artırmaq əvəzinə,  bərabərlik  və inklüzivliyin təmin edilməsi üçün öz səylərini  gücləndirəcək”.
 

Beynəlxalq təşkilat qlobal cavab tədbirlərinin əlaqələndirilməsi üçün YUNESKO-COVID19 Fövqəladə İşçi Qrupunun yaradılacağını elan edib.  Qlobal cavab tədbirlərini əlaqələndirmək üçün YUNESKO  ən həssas ölkələrə xüsusi diqqət yetirməklə, ölkələrin koronovirusa qarşı cavab tədbirlərini dəstəkləyəcək və effektiv siyasətləri  bölüşəcək.
 

Bundan əlavə, məsafədən və açıq təhsil sahəsində  potensialın artırılması üçün  bilik mübadiləsi, qarşılıqlı təlim təcrübəsi üzrə təcrübəçi mütəxəssislərin geniş icması yaradılacaq.  YUNESKO  özəl sektor da daxil olmaqla, bütün maraqlı tərəfləri səfərbər etmək niyyətindədir. Microsoft kimi tərəfdaşlar artıq Fövqəladə İş Qrupuna texniki dəstək göstəriblər.


Videokonfrans zamanı ölkə nümayəndələri məktəblərin bağlanması  dövründə  davamlı təhsili təmin etmək üçün yanaşmalar və ən yaxşı təcrübələrin mübadiləsini aparıblar. Onların arasında Fransa, Çin, İran, Meksika, İtaliya, Yaponiya, Yunanıstan, Xorvatiya, Misir, Tailand, İndoneziya, Nigeriya, Livan, İraq, Koreya Respublikası, Mavritaniya, Kosta Rika, Kolumbiya, Paraqvay, Uruqvay və  Qvatemaladan olan nazirlər və nümayəndələr olub.
 

Koronavirusun  təhsilə təsirini izləməklə yanaşı, YUNESKO  valideynlər, müəllimlər və şagirdlər üçün, habelə daha böyük məktəb sistemləri səviyyəsində istifadəsi üçün yaradılan ümumi istifadədə olan distant təhsil tətbiqləri və platformalarının siyahısını dərc edib. Təşkilat  məktəblərin bağlanmasının ən çox həssas  şagirdlərə təsir etdiyini nəzərə alaraq  cavab tədbirlərinin planlaşdırılması üçün rəhbər prinsip kimi inklüzivlik və bərabərlikdən istifadə etməyə çağırıb.


YUNESKO-nun açıq və məsafəli təhsil sahəsindəki təcrübəsinə müəllim hazırlığı platformaları, elektron məktəb təhsili modellərinin inkişafı, internetdə təcrübə icmalarının yaradılması, Afrika ölkələrinə üstünlük verməklə təhsildə milli İKT siyasətinin inkişaf etdirilməsi daxildir.

 

"Çox sayda ölkənin eyni anda eyni problemlə qarşılaşdığı bir vaxtda biz qeyri-adi bir vəziyyətdəyik. Biz yalnız təhsil sahəsində bu görünməmiş böhranın  nəticələrini dərhal aradan qaldırmaq üçün deyil, həm də təhsil sistemlərinin uzunmüddətli dayanıqlığını artırmaq üçün güclərimizi birləşdirməliyik ",-deyə  YUNESKO-nun təhsil üzrə baş direktor müavini Stefania Giannini bildirib.


Misirin  təhsil naziri Tarek Şavki də  YUNESKO-ya təşəbbüskarlığına və digər ölkələrin sürətlə dəyişən vəziyyətin öhdəsindən necə gəldiyinə dair nümunələr göstərdiyinə görə təşəkkür edib.
 muallim.edu.az 
 



Загрузка...
Həmçinin oxuyun:
Koronavirus təhsilə təsir göstərir

Koronavirus təhsilə təsir göstərir

Təhsil naziri Ceyhun Bayramov Fransa Respublikasında səfərdədir

Təhsil naziri Ceyhun Bayramov Fransa Respublikasında səfərdədir

YUNESKO-nun yeni baş katibi məlum olub

YUNESKO-nun yeni baş katibi məlum olub

Assosiativ Məktəblər Şəbəkəsinə üzv məktəblərin toplantısı

Assosiativ Məktəblər Şəbəkəsinə üzv məktəblərin toplantısı

Ukraynanın institut direktoru Xankəndində mühazirə oxudu - RƏZALƏT...

Ukraynanın institut direktoru Xankəndində mühazirə oxudu - RƏZALƏT...

YUNESKO-nun Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

YUNESKO-nun Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

24 yanvar – Beynəlxalq Təhsil Günüdür

24 yanvar – Beynəlxalq Təhsil Günüdür

Təhsil nazirinin Fransaya səfəri davam edir

Təhsil nazirinin Fransaya səfəri davam edir

Təhlükəsiz təhsil mühitinin yaradılmasında müəllimlərin rolu

Təhlükəsiz təhsil mühitinin yaradılmasında müəllimlərin rolu

“Böyük Çin səddi” təqaüd proqramının nəticələri açıqlanıb

“Böyük Çin səddi” təqaüd proqramının nəticələri açıqlanıb

Ceyhun Bayramov Türkiyə, Rusiya və Malayziyanın Təhsil nazirləri ilə görüşüb

Ceyhun Bayramov Türkiyə, Rusiya və Malayziyanın Təhsil nazirləri ilə görüşüb

"Rəqəmsal bacarıqlar" layihəsi Təhsildə İnnovasiyalar üzrə Dünya Sammitində

"Rəqəmsal bacarıqlar" layihəsi Təhsildə İnnovasiyalar üzrə Dünya Sammitində

Nazir müavini Beynəlxalq konfransda iştirak etmək üçün Parisə gedib

Nazir müavini Beynəlxalq konfransda iştirak etmək üçün Parisə gedib

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı 3,4 milyon dollarlıq layihəyə start verilib

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı 3,4 milyon dollarlıq layihəyə start verilib

5 Oktyabr - Müəllim ən böyük təbrikə layiqdir !

5 Oktyabr - Müəllim ən böyük təbrikə layiqdir !

BDU-nun yataqxanası nə vaxt tikiləcək? - Rektor açıqladı

BDU-nun yataqxanası nə vaxt tikiləcək? - Rektor açıqladı

5 Oktyabr...Müəllim nüfuzu...Thomas...

5 Oktyabr...Müəllim nüfuzu...Thomas...

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

“Xəyal et” İKT yay düşərgəsinin bağlanış mərasimi

“Xəyal et” İKT yay düşərgəsinin bağlanış mərasimi

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər