AzTehsil.com
RU


Xəbərlər
04 oktyabr 2017
3 705


5 Oktyabr...Müəllim nüfuzu...Thomas...



 

5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. 

Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Hal-hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə 24 noyabr tarixlərində Müəllimlər günü qeyd olunur.

Son illər islahat adıyla və guya şəffaf işləyən Tomas və onun yaxın ətrafı məkqsədli şəkildə, Azərbaycan müəlliminin nüfuzunu yerlə yeksan edən addımlar atmaqdadır. Bir neçə gündən öncə ölkənin müxtəlif saytlarında, Təhsil Nazirliyinin tərəfində ənənəvi hal almış şou xarakterli bəyanatın yenidən səslənməsi təəssüf doğurur. Belə ki, 5 oktyabr Beynəlxalq Müəllimlər günü və 8 mart Beynəlxalq Qadınlar günü ərəfəsində Təhsil Nazirliyinin  yüksək vəzifə tutan əməkdaşlarının ( Tomasın yaxın ətrafdakıları) ümumitəhsil məktəblərində, guya pul toplanması və ya hədiyyələrin tələb olunması ilə bağlı və buna qarşı Təhsil Nazirliyinin sərt tədbir aparacağı ilə bağlı xəbərlər tirajlanır.

 Cəmiyyətə belə bir fikir aşılanır ki, ümumitəhsil məktəbinin hər bir müəllimi məktəbə 5 oktyabr və 8 martda pul toplamağa və hədiyyə tələb etməyə gəlir. Mən tək-tək məktəblərdə bu və ya başqa dərəcədə neqativ hallarının olmasını inkar etmirəm. Lakin, fərdi qaydada olan belə neqativ halların ictimailəşdirərək  Azərbaycan müəlliminin nüfuzuna xələl gətirməsini qəbul etmirəm. Müəllimin nüfuzdan düşməyi təhsilimizə ciddi zərbədir. Təhsilimizə vurulan zərbə isə dövlətçiliyimizə, gələcəyimizə vurulan zərbədir. Və bu zərbələrin məqsədli şəkildə aparılması Tomas və onun cinayətkar qruplaşmasının məqsədli şəkildə həyata keçirtdiyi xəyanətkar planının bir hissəsidir. 

Bu gün ümumitəhsil məktəblərimizin əksəriyyətində xüsusiylədə   BŞTİ-yə tabe olan ümumitəhsil məktəblərinin direktorları (yeni təyin olunmuş direktorlar bu mövzuda xüsusiylə canfəşanlıq edirlər) bir həftədir ki, məktəblərdə iclaslar keçirir, müəllim və valideynlərə guya neqativ halların qarşısını almaq məqsədiylə mənəvi və psixoloji təzyiqlər göstərirlər. Cəmiyyətdə (valideynlər arasında) müəllimləri dilənçi, valideynlərdən pul uman, cinayətkar kimi aşağılayıcı təsəvvür yaratmağa çalışırlar. 

Bir daha qeyd edirəm ki, məqsədli şəkildə həyata keçirilən bu iyrənc addımlar  Azərbaycan müəlliminə qarşı haqsızlıqdır. Azərbaycan müəlliminin timsalında təhsilimizə qarşı atılmış xəyanətkar addımdır. Bir daha qeyd edirəm ki, ayrı-ayrı məktəblərdə fərdi qaydada bu kimi neqativ hallar varsa, ona qarşı mübarizə ictimailəşdirilməməlidir və mübarizə də fərdi qaydada aparılmalıdır. 

Üzümü buradan valideynlərə tutub deyirəm ki, müəllim sənəti, peşəsi ən uca şərəfli peşədir. Müəllim ən böyük tərifə, ən böyük diqqətə, ən böyük alqışa layiqdir. Müəllimi təbrik etmək üçün, kütləvi şəkildə pul toplanması yol verilməzdir. Eyni zamanda, heç bir müəllim onun peşə bayramı günündə təbriksizdə qalmamalıdır. Ən böyük hədiyyə müəllimlərə qarşı olan diqqət və qayğıdır. Bu qayğı və diqqəti müəllimlərimizdən əsirgəməyin. 

Dəyərli müəllimlər,əziz həmkarlar !İnanıram ki,təhsilimizin və təhsil işçilərinin başının üstünü alan bu qara buludlar cənab Prezident İlham Əliyevin  və təhsil işçilərinin böyük himayədarı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iradəsi nəticəsində təmizlənəcək.Biz Azərbaycan Respublikasının təhsil işçiləri olaraq həmişə olduğu kimi cənab Prezidentimizin ətrafında sıx birləşərək ,onun siyasi kursunu dəstəkləməkdə, cənab Prezidentimizə olan inam və sədaqətimizi göstərməkdə davam edəcəyik və etməliyikdə.Kimsənin buna şübhəsi olmasın ,kimsə də bizi bu inam və sədaqətdən yayındıra bilməz buna da əmin olsunlar.

Dəyərli həmkarlar ! Bütün baş verənlərə rəğmən biz  Azərbaycan müəllimi  olaraq şərəflə dövlətimizə,dövlətçiliyimizə ,dövlətçiliyimizin, vətəndaşlarımızın hüquqlarının qorunmasının  qarantı olan cənəb Prezdentimizə xidmət etmək  yolunda alnımız açıqdır.
Dəyərli həmkarlar,əziz müəllimlər ! Sizi 5 oktyabr Beynəlxalq Müəllimlər Günü  münasibəti ilə təbrik edirəm. Sizə ,sizin timsalınızda ailə üzvlərinizə və sizə əziz olan bütün insanlara can sağlığı ,peşə fəaliyyətinizdə uğurlar arzulayıram !
 
Elşən Qafarov .Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru.Aztehsil.com saytının rəhbəri




Загрузка...
Həmçinin oxuyun:
Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

5 Oktyabr - Müəllim ən böyük təbrikə layiqdir !

5 Oktyabr - Müəllim ən böyük təbrikə layiqdir !

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

Bataqlıqda olan təhsilimiz... Çıxış yolu nədədir ?

Bataqlıqda olan təhsilimiz... Çıxış yolu nədədir ?

Təhsil İdarəsi müəllimlərə xəbərdarlıq etdi – VİDEO

Təhsil İdarəsi müəllimlərə xəbərdarlıq etdi – VİDEO

“Səmimi təbriklərinizdən çox təsirlənmişəm” - Mehriban Əliyeva

“Səmimi təbriklərinizdən çox təsirlənmişəm” - Mehriban Əliyeva

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

Ağstafada 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə adlı tədbir keçirilib

Ağstafada 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə adlı tədbir keçirilib

18 oktyabr  Müstəqillik Günü Ağstafa şəhər 1 saylı məktəbdə qeyd edilib

18 oktyabr Müstəqillik Günü Ağstafa şəhər 1 saylı məktəbdə qeyd edilib

1 iyun Uşaqların Beynəlxalq Müdafiyəsi günü - Bayramınız mübarək əziz uşaqlar

1 iyun Uşaqların Beynəlxalq Müdafiyəsi günü - Bayramınız mübarək əziz uşaqlar

SOS!!Ölkədə müəllim işləyən vətəndaşlar arasında intihar halları artıb

SOS!!Ölkədə müəllim işləyən vətəndaşlar arasında intihar halları artıb

Təhsil ümummilli məsələdir. Təhsildə müxalifət olmur.- Təhsil ekspertinin cavabsız SUALLARI

Təhsil ümummilli məsələdir. Təhsildə müxalifət olmur.- Təhsil ekspertinin cavabsız SUALLARI

Mehriban Əliyevanın iştirakı ilə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa” təşkil olunub

Mehriban Əliyevanın iştirakı ilə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa” təşkil olunub

17 İyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır

17 İyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır

Uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə tədbir keçirilib

Uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə tədbir keçirilib

Pul yığan müəllimlərə ciddi xəbərdarlıq - "Mənfi hal baş verdikdə..."

Pul yığan müəllimlərə ciddi xəbərdarlıq - "Mənfi hal baş verdikdə..."

AzMİU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

AzMİU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Cəlilabadda müəllimlər Prezidentə MÜRACİƏT etdi - "Bizə kömək edin"

Cəlilabadda müəllimlər Prezidentə MÜRACİƏT etdi - "Bizə kömək edin"

Mən Bütün dostlarımdan xahiş edirəm münasibət bildirsinlər

Mən Bütün dostlarımdan xahiş edirəm münasibət bildirsinlər

SİNİF VALİDEYİN İCLASLARI-ONLARIN TƏŞKİLİ,  KEÇİRİLMƏSİ VƏ SƏNƏDLƏŞDİRİLMƏSİ

SİNİF VALİDEYİN İCLASLARI-ONLARIN TƏŞKİLİ, KEÇİRİLMƏSİ VƏ SƏNƏDLƏŞDİRİLMƏSİ

Göygöl Rayon Təhsil Şöbəsində 18 oktyabr-Dövlət Müstəqillik Günü münasibətilə iclas keçirilib

Göygöl Rayon Təhsil Şöbəsində 18 oktyabr-Dövlət Müstəqillik Günü münasibətilə iclas keçirilib

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

Şabran şəhər 5 nömrəli tam orta məktəbdə 18 oktyabr Müstəqillik Günü ilə əlaqədar "Müstəqilliyimiz əbədidir" adlı dəyirmi masa keçirilib.

Şabran şəhər 5 nömrəli tam orta məktəbdə 18 oktyabr Müstəqillik Günü ilə əlaqədar "Müstəqilliyimiz əbədidir" adlı dəyirmi masa keçirilib.