AzTehsil.com


Xəbərlər
07 mart 2017
3 450


BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub



BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

 

Nurlana Əliyeva Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın ünvanına təbrik səsləndirib
 
Martın 7-də Bakı Slavyan Universitetində (BSU) 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar təntənəli bayram tədbiri keçirilib. Tədbir universitetin foyesində Rəssamlar  Klubunun üzvlərinin qadınlara həsr olunmuş əl işlərindən ibarət sərgisinin nümayişi ilə başlanıb.
 

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

 

Tədbirdə təbrik nitqi ilə çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva bütün xanımları əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edib: "Qadınlara qayğı, diqqət hər zaman cəmiyyətdə vacib prinsip olmuşdur. Çünki qadın anadır, o, bəşəriyyətin davamını yetişdirir, tərbiyə edir”.  Rektor Azərbaycan cəmiyyətində bu gün stabillik olmasını xüsusi vurğulayaraq bunun Ümummilli lider Heydər Əliyev siyasətinin nəticəsi olduğunu diqqətə çatdırıb: "Biz bütün bunlara görə dövlətimizin rəhbərliyinə minnətdar olmalıyıq. Azərbaycan Respublikasının bugünkü Prezidenti İlham Əliyevin uğurlu siyasəti sayəsində Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik prinsipləri tam bərqərar olmuşdur. N.Əliyeva bayram münasibətilə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın ünvanına təbrik səsləndirib və Azərbaycanın dünyaya tanıdılmasında gördüyü böyük işlərdə ona uğrular diləyib. Xanımlarımızı ölkənin birinci xanımından nümunə götürməyə səsləyib.
 

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

 

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

 

Sonra BSU-nun  tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov və elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov universitetin xanımlarını təbrik edərək qadınların yaradıcı qurğu olduğunu vurğulayıblar. Prorektorlar öz çıxışlarında humanizmin, insansevərliyin məhz qadın ruhunun, qadın qəlbinin bəhrəsi olduğunu diqqətə çatdırıblar. R.Novruzov və T.Cəfərov BSU-nun rektoru Nurlana Əliyevanın imzaladığı fəxri fərmanları universitetin ən qocaman və uzun  illər təcrübəsi olan xanım müəllimlərinə təqdim  ediblər. İngilis filologiyası kafedrasının baş müəllimi Südabə Həsənova, müasir rus dili kafedrasının professoru Lidiya Qranovskaya, Avropa dilləri kafedrasının baş müəllimi Klara Kərimova və Sankt-Peterburq mərkəzinin əməkdaşı, dosent İrina İvanovna Qədimova mükafata layiq görülüblər.
 

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

 

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

 

 

Bayram tədbiri respublikanın Xalq artisti, dövlət mükafatı laureatı Yalçın Rzazadə, Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist Ədalət Şükürovun çıxışları ilə davam edib.
 
aztehsil.com
BSU-nun Mətbuat xidməti




Загрузка...